Əlixan Zeynalov : Ermənilik xislətinin mahiyyəti və ya onun insanlarda oyatdığı fikirlər

Əlixan Zeynalov : Ermənilik xislətinin mahiyyəti və ya onun insanlarda oyatdığı fikirlər
  • 13-10-2020, 00:45
  • 241 dəfə oxunub
Reklam

Şirvan şəhəri 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin rəisi Əlixan Zeynalov : Ermənistanın başladığı müharibə bu dəfə onun və havadarlarının istədikləri kimi getmədi. Əksinə, Azərbaycanın qüdrətli və rəşadətli ordusu əks-hücuma keçərək 30 ilədək düşmən tapdağında olan torpaqlarını bir-bir azad edir. Bu da mənfur erməni xislətinin iç üzünü bir daha üzə çıxardı. Erməni vandalları və erməni xislətlilər Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı. Ermənistan “öz torpaqlarını qoruyan”, “günahsız” libasına yenidən büründü. Bu o deməkdir ki, biz necə murdar, həyasız, necə qatil və necə işğalçı bir düşmənlə qarşı-qarşıyayıq.

Səbr kasamızı daşıran son damla

Ermənilər 30 il əvvəl Qarabağa hücum etdilər, minlərlə dinc sakin qətlə yetirildi və Qarabağımız, eləcə də digər rayonlarımız işğal olundu. Bu 30 ildə Azərbaycan bütün diplomatik qaydalar çərçivəsində problemin sülh yolu ilə həllinə çalışdı. Amma faşist Ermənistan bunu "qorxu" kimi dəyərləndirdi və buna cavab kimi atəşkəsi dəfələrlə pozaraq ölkəmizə qarşı təxribatlar törətməyə davam etdi. Son hadisələr – düşmənin 12 iyul təxribatı və nəhayət, sentyabrın 27-i sübh tezdən bütün cəbhəboyu atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrimizə iriçaplı silahlardan atəş açması səbrimizi daşıran son damla oldu. Ölkə başçısı cənab İlham Əliyev yüksək səslə BMT kürsüsündən bütün dünya ictimaiyyətinə xəbardarlıq edərək demişdir ki, Ermənistan nəinki danışıqlardan imtina edir, eyni zamanda, "yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır: “BMT kürsüsündən də demişdim ki, yeni müharibəyə hazırlaşan Ermənistan dayandırılmalıdır və dayandırılacaq”.

Bu dəfə ən müasir hərbi texnikalarla təchiz olunan müzəffər ordumuz düşmənə daha kəskin, daha sərt cavab verdi. Otuz ilədək dolan səbr kasamız daşdı və xalqımız ölkə Prezidentinin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verdi. Bununla da ərazi bütövlüyümüzün bərpası istiqamətində əks-hücum əməliyyatlarına başlanıldı.

Həddini aşan düşmən cavabını layiqincə alır

Otuz il əvvəl Qarabağa hücum edən ermənilər silahsız, müdafiəsiz qoca, qadın və uşaq demədən minlərlə mülki əhalini vəhşicəsinə qətlə yetirdi. Bu dəfə də eyni ssenarini həyata keçirə biləcəklərini düşünərək hücum etdilər. Amma hesaba almadıqları bir məsələ var idi: dövr dəyişib və indi Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Bunu artıq ermənilərin özləri də təsdiqləyir. Azərbaycan Ordusunun müasir silahlarından qorxduqlarını və heç nəyə görə ölmək istəmədiklərini deyirlər: "Azərbaycanlılar gəlir. Onlar qayıdıb burada yaşayacaqlar. İndi 92-ci il deyil". Ötən günlərdə mənfur düşmənin iç üzünü ortaya qoyan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Ermənistana aid mühüm sənədləri yaydı: "Ermənistanın Xarici İşlər Nazirliyinə məxsus sənədlərin əldə edilməsi nəticəsində döyüş əməliyyatlarının başlanılmasından sonra bir çox erməninin orduya çağırılmamaq məqsədilə vətəndaşlıqdan imtina etməsi və bu barədə Ermənistanın xarici ölkələrdə yerləşən səfirlik və konsulluqlarına müraciət etməsini sübut edən sənədlər əldə edilmişdir".

Erməni Silahlı Qüvvələrinin hücumuna cavab olaraq Azərbaycan bir gündə 7 yaşayış məntəqəsini və strateji yüksəklikləri işğaldan azad etdi. Və azad olunan ərazilərin sayı günbəgün artır. Cəbhədən sevinc dolu xəbərlər eşidirik. Darmadağın edilən erməni ordusu ön xəttdən arxasına belə baxmadan qaçarkən saysız-hasabsız silah-sursat, texnika qoyur. Azərbaycana qarşı müharibədə zorla səngərdə oturdulan erməni əsgəri qaçmasın deyə əlləri, ayaqları qandallanır. Bu, əslində ermənilərin zehniyyətində, təxəyyülündə olan qandallardır: torpaqsızlığın, Vətənsizliyin onlara sevgi əvəzinə bəxş etdiyi qandallar... Bu zehniyyətdə kök salan tək bir şey var: təcavüzkarlıq.

Cenevrə Konvensiyasının pozulması

Erməni vandalları mülki əhalini atəşə tutur, İkinci Dünya müharibəsindən sonra qadağan edilmiş silahlardan istifadə edirlər. Müharibənin də qayda-qanunları və heç olmasa bir əxlaqı var. Müharibə zamanı mülki şəxslərə heç vaxt toxunulmur. Mütəxəssislər İkinci Dünya müharibəsində öldürülmüş mülki şəxslərin sayını həlak olmuş hərbçilərin sayı ilə müqayisə etdilər. Bu faciəvi nəticələrdən narahat olan dünya ictimaiyyəti 1949-cu ildə müharibə qurbanları olan mülki əhalinin müdafiəsi ilə bağlı dörd yeni Cenevrə Konvensiyasını qəbul etdi. IV Konvensiya isə xüsusilə “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında”dır. Təbii ki, insanlıq adına ləkə olan ermənilərə bu qanun və qaydaların heç bir aidiyyəti yoxdur. Quyruğu qapı arasında qalan, ilk fürsətdə mülki əhaliyə hücum edən, qırğınlar törədən ermənilərə Azərbaycan Ordusu tərəfindən həyatının ən ağır günləri yaşadılır desək, yanılmarıq. Düşmənə layiqli cavab verilir. Buna görə də ermənilər bu gün dünyaya "Azərbaycan bizə hücum edir",- deyərək əsassız hay-küy salırlar. Lakin özgəsinin torpağında özgə əsgərlərini özgəsinin silahları ilə döyüşdürdüklərindən əsla söhbət açmırlar.



Muzdlu əsgər... muzdlu silah



Ermənistanın muzdlu əsgərləri, hələ üstəlik Azərbaycan ordusunun müasir silah-sursatı qarşısında ibtidai icma quruluşunun primitiv əl əməyi təəssüratı yaradan, başları aldadılaraq sırınan muzdlu silahları ilə Nikola Makiavallenin "Hökmdar" əsərindən bir parçanı xatırlayıram: "Muzdlu qoşunlara güvənən hakimiyyət heç zaman möhkəm və uzunömürlü ola bilməz, çünki muzdlu əsgərlər arasında birlik yoxdur, onlar təkəbbürlü, intizamsız, xəyanətkar olurlar, dostlarla münasibətdə davakar, düşmənə qarşı qorxaqdırlar. Belə əsgərlərin məğlubiyyəti yalnız qəti döyüşün təxirə salındığı müddət qədər yubanır. Sülh dövründə əsgər olmaq xoşlarına gələr, müharibə başlayan kimi döyüş meydanından qaçıb uzaqlaşarlar". Ermənilərin muzdlu əsgərləri kimi, muzdlu silahlarının da keyfiyyət göstəriciləri çox aşağı çıxdı. Belə isə...



Qələbəyə addım-addım



Artıq geriyə yol yoxdur. Düşmən havadarlarından dəstək almağa çalışsa da, Azərbaycan öz qərarını verdi və bu müharibə Qarabağ azad olunana qədər davam edəcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Biz öz torpağımız uğrunda vuruşur, şəhid veririk. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! ...Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Biz tələsirik. Tələsirik Ağdama, Xocalıya, Şuşaya, Laçına, Kəlbəcərə... Azərbaycan Ordusu da bunu yaxınlaşdırır. Ölkə başçısı cənab İlham Əliyev: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.



Birliyimiz qələbənin əsasıdır. Güc birlikdədir. Qarabağ Azərbaycandır!

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Vüqar Quliyev : Azərbaycanda birliyin, vətənpərvərliyin və qalibiyyət ruhunun təntənəsiRuslan Əliyev : Ermənilərin vəhşilikləri insanlığa qarşı ən ağır cinayətlərdirAzərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilibAzərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar