Ramiz Nurullayev : Erməni vandalizmi, azərbaycanlılara qarşı ermənilərin cinayəti

Ramiz Nurullayev : Erməni vandalizmi, azərbaycanlılara qarşı ermənilərin cinayəti
  • 13-10-2020, 01:16
  • 229 dəfə oxunub
Reklam

Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev : Ermənilər haqqında V.Veliçkonun yaxşı bir sözü var:

"Mənəvi təməllərin qarajısayağı dilənçiliklə ələ keçirilməsi, ədəbazlıq və abırsızlıq - erməni siyasətinin müttəfiqləridir. Bu, tam bir siyasətdir, özü də hədə-qorxu ilə bağlı"


Rus tarixçi-jurnalistinin erməni xislətinə belə dərin və dəqiqliklə nüfuz edə bilməsi təəccüb doğurur. Son yüz il ərzində erməni qəsbkarlarının Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz qəddarlıq və vəhşiliklər (vandalizm) V.Veliçkonun erməni xisləti haqqındakı fikrini 100% doğruldur.

Yüz il bundan əvvəl baş vermiş erməni-müsəlman davası zaman Azərbaycan özünümüdafiə dəstələri erməni qəsbkarlarını, sadəcə, gülləbaran etdikləri halda erməni qəsbkarları əllərinə keçən müsəlmanları böyük işgəncə ilə öldürərək onların burun-qulağını, cinsiyyət üzvlərini kəsərək, başlarına mıx-mismar çalmışdılar... meyitlərin üstlərində olan pulları isə götürürdülər. Bu məlumat o zamankı erməni-müsəlman davasını müşahidə etmiş maarif-mədəniyyət xadimi Mir Möhsün Nəvvabın kitabında öz əksini tapmışdır.

Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər və kəndlər... Ermənilərin vandalizm izlərinə Ermənistanın silahlı birləşmələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hər addımda rast gəlmək olar.

"Azərbaycan xalqı elə düşünməsin ki, humanitar atəşkəs elan edilməklə Qarabağ savaşı bitdi. Xeyr, cənab Prezidentin də qeyd etdiyi kimi bu, müəyyən bir şansdır, bir bəyanatdır, konkret imzalanmış sənəd deyil. Əsas məqsəd ondan ibarətdir ki, humanitar addımlar atılsın".

"Bu meyitləri almaq üçün ermənilərə bir şans verilir. Bu şans illərlə, aylarla çəkə bilməz. Bir günə, üç günə, beş günə artıq bu məlum olacaq. Bu, sadəcə bir ərizədir. Burada heç bir sülh imzalanmasından söhbət getmir. Azərbaycan Ordusu öz işini görəcək və qələbəmiz çox uzaqda deyil".
Ramiz Nurullayev bununla belə qeyd edib ki, erməni xislətinə çox da inanmaq olmaz: "Ona görə də Beynəlxalq Qırmızı Xaç Komitəsi hər bir meyiti təhvil verəndə, hər bir addımı atanda onun video və fotoşəkillərini çəkməli, bu tərəfə qaytarmalıdır. Ermənilər həmin o meyitlərin burnunu, qulağını, qollarını kəsə bilər və bütün dünyaya car çəkə bilərlər ki, Azərbaycan Ordusu belə bir hərəkət edib".

Beyləqan Rayon Məhkəməsinin sədri diqqətə çatdırıb ki, bu gün cənab Prezidentin dediyi hər bir söz Azərbaycan vətəndaşı ilə vəhdət təşkil edir. Ali Baş Komandan da, Ordu da, Azərbaycan vətəndaşı da ancaq bir istiqamətdə öz fikrini yürüdür:

"Bu, qələbə deməkdir, azadlıq müharibəsi deməkdir. Ali Baş Komandanın çıxışından da aydın olur ki, 13 gündə 25-30 kilometr irəliləmiş və çətin relyef şəraitində ən mühüm yüksəklikləri götürmüş Ordu dayanarmı? Təbii ki, dayanmaz. Bu gün Azərbaycan xalqının istədiyi də budur".
Xatırladaq ki, Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Ermənistan Azərbaycanın beynəlxalq hüquqa hörmətlə yanaşmasından sui-istifadə edərək özbaşınalıqlarına mütəmadi davam etdirdi, təcavüz və növbəti təxribatını reallaşdırmaq fikrinə düşdü: "Ermənilərin təxribatları danışıqlar prosesinin sonu deməkdir və Azərbaycan ordusunu hərəkətə keçməsini vadar etdi. Baş vermiş gərginliyə görə Ermənistanın siyasi – hərbi rəhbərliyi məsuliyyət daşıyır və cənab Prezident dəfələrlə beynəlxalq tribunalardan erməni özbaşınalıqlarına son qoydurmağına çağırışlar etmişdir. Amma təəssüf ki, bu gün hərbi əməliyyatlarlın dayandırılmasından, sülhdən, danışıqlar yolu ilə münaqişənin həll olunmasından danışan beynəlxalq təşkilatların və ölkələrin 30 il ərzində münaqişənin həll olunması üçün heç bir hərəkəti olmamışdır.

Bu gün Azərbaycanın qəhrəman ordusu əks hücuma keçərək öz gücü ilə işğala son qoydurmağa başlayanda hərəsi bir yandan hərbi əməliyyatların dayandırılmasını və danışıqlar prosesinin bərpasını təklif edir. Biz 30 il belə təklifləri eşitdik, amma nəticəsini görmədik. Ona görə də Azərbaycan öz haqqını öz ordumuzun gücü ilə bərpa etməyə başladı. Erməni rəhbərliyi hələ də anlamamışdır ki, Azərbaycan ordusu heç də 90-cı illərin əvvəlindəki ordu deyil. Bu gün Azərbaycanın Ordusu dünyanın ən güclü 50 ordusu arasında yer alır.

Xüsusilə, bu günün erməni təxribatına ordumuzun qətiyyətli cavabı ordumuzun güclü olduğunun əməldə sübutudur. Ermənistanın hərbi birləşmələri şanlı ordumuzun qabağında duruş gətirə bilməyərək hərbi texnikalarını döyüş meydanında qoyaraq qaçır. Bugünkü hərbi əməliyyatların gedişi deməyə imkan verir ki, tarixi qələbəmizin bir addımındayıq. Ən əsası ordumuzda və vətəndaşlarımızda böyük ruh yüksəkliyi var. Hər bir azərbaycanlı Ali Baş Komandanın tapşırığını gözləyir və ordumuzun hər bir qələbəsini böyük sevinclə qarşılayır. Azərbaycan müharibəni öz torpağında işğalçılara qarşı aparır. Beynəlxalq hüquq və ədalət bizim tərəfimizdədir. Biz haqq yolundayıq, işğal olunmuş torpaqlarımızda ədalətin bərpası uğrunda vuruşuruq, Qarabağ Azərbaycandır və qələbə bizimlədir!".

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Vüqar Quliyev : Azərbaycanda birliyin, vətənpərvərliyin və qalibiyyət ruhunun təntənəsiRuslan Əliyev : Ermənilərin vəhşilikləri insanlığa qarşı ən ağır cinayətlərdirAzərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilibAzərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar