Səudiyyə Ərəbistanında Türkiyə məhsullarına qoyulan qadağa xarici sahibkarlara çətinlik yaradıb

Səudiyyə Ərəbistanında Türkiyə məhsullarına qoyulan qadağa xarici sahibkarlara çətinlik yaradıb
  • 13-10-2020, 01:30
  • 15 dəfə oxunub
Reklam

Səudiyyə Ərəbistanında Türkiyə məhsullarının satışına qeyri-rəsmi, amma xeyli sərt məhdudiyyətlər bir çox xarici nüfuzlu istehsalçılara ziyan vurur.

İspaniyanın geyim istehsalçısı “Mango”nun nümayəndəsi türkiyəli təchizatçılarına göndərdiyi məktubda Səudiyyə hökumətinin Türkiyədə istehsal olunan məhsulların hər cür idxalına qadağa qoyduğunu bildirib.

Həmçinin dünyanın ən böyük gəmiçilik şirkəti “Maersk” də ötən ay türkiyəli müştərilərinə məktubunda Səudiyyə gömrük xidmətində yaradılan çətinlikləri göstərərək “mümkün zərəri minimuma endirmək üçün” lazımi tədbirlər görməyi tövsiyə edib. Həmçinin koronavirus pandemiyası baş qaldırandan etibarən İstanbul ilə Ər-Riyad arasında təyyarə uçuşları da dayandırılıb.

Həmçinin İstanbul Hazır Geyim və Toxuculuq Məhsulları İxracatçıları Birliyinin (İHKİB) rəhbəri Mustafa Gültəpə də Səudiyyə Ərəbistanındakı dükanlarının, həmçinin istehsal sahələri Türkiyədə yerləşən bütün məşhur brendlərinin mövcud vəziyyət üzündən ziyanla üzləşdiyini bildirib. Tükiyəli ixracatçılar artıq xeyli müddətdir Səudiyyə gömrüklərində süründürməçilikdən gileylənirlər.

Ötən il Türkiyənin Səudiyyə Ərəbistanına ixracatı 3,2 milyard ABŞ dolları, bütövlükdə isə hazır geyim ixracatının həcmi 17,7 milyard ABŞ dolları təşkil edib.

Bununla belə Səudiyyə Ərəbistanı hökuməti Türkiyə mallarına hər hansı embarqo tətbiq etdiklərini inkar edərək ikitərəfli ticarət dövriyyəsində pandemiya fəsadlarından savayı, əhəmiyyətli bir geriləmənin olmadığını bildirib. Bununla belə Səudiyyə Ərəbistanının Ticarət Palatasının rəhbəri Əclan əl-Əclan bildirib: “Bizim dövlətə, ölkəmizə, vətəndaşlarımıza qarşı düşmən mövqeyi tutan Türkiyəyə dair idxalat, yatırım, ya da turizmlə bağlı hər hansı boykot tətbiq etmək hər bir səudiyyəli tacir və ya istehlakçının öz məsuliyyətindədir”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Səhlab Bağırov : Ermənistanın həyata keçirdiyi bu hərbi cinayətə dünya laqeyd qalmamalıdırVüqar Quliyev : Azərbaycanda birliyin, vətənpərvərliyin və qalibiyyət ruhunun təntənəsiRuslan Əliyev : Ermənilərin vəhşilikləri insanlığa qarşı ən ağır cinayətlərdirAzərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilib