Mərdan Əliyev : Son hadisələrdə saxta “məzlum erməni” obrazının necə məhv olduğunu dünya görür.

Mərdan Əliyev : Son hadisələrdə saxta “məzlum erməni” obrazının necə məhv olduğunu dünya görür.
  • 14-10-2020, 00:19
  • 70 dəfə oxunub
Reklam

Dövlət Yol Polisinin Zabrat Texniki Baxış Mərkəzinin rəisi Mərdan Əliyev : Son dövrlərdə Ermənistan-Azərbaycan arasında olan hərbi münaqişənin alovlanması ermənilərin faşist və qorxaq xislətini bir daha göstərdi. İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri Azərbaycanlılara qarşı qətliamlar həyata keçirir, dinc əhaliyə divan tutur, “Böyük Ermənistan” yaratmaq xülyalarıyla yaşayaraq əsl simalarını ortaya qoyur. Demək olar ki, son 100 il həmyerlilərimizin taleyinə qaçqın və məcburi köçkün həyatı yaşamaq yazılıb. Tarix dəfələrlə ermənilərin dinc əhaliyə qarşı müharibəsinin, soyqırımın şahidi olub.

Son hadisələrdə də təcavüzkar Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər həyata keçirdi. 2016-cı il aprel döyüşlərində də biz eyni proseslərin şahidi olmuşduq. O zaman da erməni hərbi birləşmələri dinc əhalini, yaşayış məskənlərini,kəndləri müntəzəm olaraq atəşə tuturdular.

Lakin o zaman da Azərbaycanın qətiyyətli və güclü müqaviməti qarşısında aciz qaldılar.Onların məqsədi bəlli idi: Bölgədə asayişi pozmaq, münaqişə yaratmaq və daha sonra zərərçəkən tərəf kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) –yə müraciət edib hərbi yardım istəmək. Ermənistanın həm keçmiş, həm indiki hakimiyyəti, həmçinin erməni ictimaiyyətinin KTMT-yə üzvlüyündən gözləntiləri əsasən hərbiləşdirilmiş gözləntilərdir. Ermənilərin əksəriyyətinin gözlədikləri odur ki, Azərbaycan-Ermənistan sərhəddindəki hər bir münaqişədən sonra KTMT Azərbaycana qarşı müəyyən təzyiqlər etməlidir. Lakin KTMT üzvlüyündə olan ölkələrin hər birinin Azərbaycanla yaxşı münasibətləri və həmçinin iqtisadi, siyası maraqları var. Təbii ki, belə olduğu təqdirdə bu ölkələrdən heç biri Ermənistana görə Azərbaycanla münasibəti pozmaq istəməz. Buna görə də , onların bura müraciəti nəticəsiz qalır, Ermənistan gözlədiyi cavabı ala bilmir.
Azərbaycan bu gün dünyada beynəlxalq aləmə sürətli inteqrasiya edən, öz dəsti-xətti ilə seçilən, iqtisadi və siyasi sabitliyini qoruyub saxlaya bilən bir ölkədir. Dünya ölkələri ilə gözəl münasibətləri var. Bu münaqişələr zamanı Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatı, Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama hərəkatı yaxından dəstəklədi.

Qardaş ölkə Türkiyə növbəti dəfə də öz prinsipial, dəyişməz mövqeyini ortaya qoyub Azərbaycana yaxından dəstək oldu. Təbii ki, bütün bunlar ölkəmizin son illərdə artan iqtisadi, siyasi gücünün, beynəlxalq aləmdəki nüfuzunun nəticəsindədir. Ermənistanın beynəlxalq ictimaiyyət qarşısındakı düşdüyü aciz durum onların haqsız və ədalətsiz istəklərinin yekunudur.

"Son hadisələr çərçivəsində Ermənistan tərəfindən geniş şəkildə xarici terrorçu qüvvələr və muzdlulardan Azərbaycana qarşı istifadə olunur".

İşğalçı Ermənistan sentyabrın 26 dan başlıyaraq bu günə kimi öz layiqli və sərt cavabını almaqdadır. Azərbaycan torpaqlarının uzun müddət işğalda saxlanılması, ərazi bütövlüyümüzü tanımaq istəməməsi, danışıqlardan imtina etməsi Dağlıq Qarabağ probleminin həllinin çox böyük bir düyünə salır. Azərbaycan danışıqlar naminə danışıqlar aparmayacağını və bu problemi əbədi olaraq saxlamaq fikrində olmadığını dəfələrlə elan edib.

Ölkədə çox böyük ruh yüksəkliyi mövcuddur. Cəmiyyət cənab Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağın azadlığı istiqamətində apardığı siyasəti dəstəkləyir. İqtisadiyyatımızn güclənməsi Silahlı Qüvvələrə ən müasir silahların alınması, döyüş hazırlığının möhkəmlənməsi ilk gündən başlayaraq uğurlarımızın artmasından xəbər verir. Hazırda döyüşlər davam edir. Qəhrəman əsgərlərimizin rəşadəti nəticəsində hər gün böyük uğurlarımızın olması göz önündədir. Tam qələbənin əldə ediləcəyi əminliklə gözləniləndir.

Azərbaycan torpaqlarının işğaldan azad etməsi üçün başladığı döyüşləri qələbə təmin olunana qədər davam etdirmıək əzmindədir. Əgər aparılan siyasət cəmiyyət tərəfindən dəstəklənirsə, xalq öz ordusunun yanındadırsa, onunla birlikdə qələbə qazanmaq üçün mübarizə aparmağa hər an hazırdırsa heç şüb şübhəsiz ki, gözlənilən nəticələr əldə olunacaq. Qələbə bizmlədir. Bu bizim haqq yolumuzdur. 2020-ci ilin sentyabr döyüşləri tariximizin ən şanlı səhifələrindən biri olacaq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilibAzərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar“Bayraktar” PUA-sının yaradıcısı: “Əl boyda körpəyə toxunan qorxaqdır”Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdıs