Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirilib
  • 16-10-2020, 00:01
  • 10 dəfə oxunub
Reklam

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, Bakı Metropolitenində tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına ciddi nəzarət olunur və bu istiqamətdə monitorinqlər nəticəsində tədbirlər davamlı olaraq dövrün tələbinə uyğun yenilənir:
"Qeyd olunmalıdır ki, sosial məsafənin qorunmasını təmin etmək məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilərin quraşdırılması sərnişinlərin hərəkət nizamının tənzimlənməsinə xidmət edir. Artıq sərnişinlərin nizamlı hərəkətinin təmin edilməsinə skaner tipli yeni yoxlama qurğularının da təsiri var. Stansiyaların girişlərinin yoxlama məntəqələrində tətbiq edilən avadanlığın əsas vəzifəsi metropolitendən sərnişinlərin istifadə rahatlığı və təhlükəsizliyini artırmaqdır. İlk olaraq metropolitenin daha çox sərnişin daxil olan stansiyalarında tətbiq edilən və avtomatik rejimdə çalışan bu çoxfunksiyalı sistem daşınan əşyaları, o cümlədən müəyyən edilmiş ölçülər çərçivəsində çanta və digər yüklərin yoxlanılmasını sürətlə həyata keçirir, ləngimələrin aradan qaldırılmasına xidmət edir.
Onu da əlavə edək ki, yoxlama məntəqəsində hər bir sərnişindən tibbi maskanın düzgün taxılması tələb olunur, sosial məsafəni qorumağın vacibliyi xatırladılır, həmçinin seçmə qayda ilə hərarətin ölçülməsi tətbiq edilir.
Koronavirus infeksiyasının yayılmasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə metropolitenin və polis əməkdaşlarının stansiyalarda və qatarlarda monitorinqləri artırılıb və bunun nəticəsində günün müəyyən saatlarında yoxlamalar intensivləşdirilib. Yoxlamalar zamanı sərnişinlərlə profilaktik söhbətlər aparılır, tövsiyələr verilir. Günümüzün tələbləri nəzərə alınmaqla, sərnişinlərin daha məsuliyyətli olaraq, tibbi maskadan düzgün istifadə etməsinin, sosial məsafənin qorunmasının vacibliyi ətraflı izah olunur.
Metropoliten stansiyalarına daxil olan sərnişinlərdən stansiyaların girişində tibbi maskadan düzgün istifadə etməklə, əl əşyaları və yüklərini artıq vestibülə daxil olarkən hazır vəziyyətdə saxlayaraq avtomatik yoxlama cihazlarına yaxınlaşmalarını xahiş edirik.
Hər bir sərnişinin sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl edəcəyinə, mövcud qaydaları anlayışla qarşılayacağına və birlikdə güclü olaraq bütün çətinliklərə qalib gələcəyimizə inanırıq".

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilibAzərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar“Bayraktar” PUA-sının yaradıcısı: “Əl boyda körpəyə toxunan qorxaqdır”Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdıs