Azərbaycan səfiri: “Ölkəmiz Vətən müharibəsi aparır!”

Azərbaycan səfiri: “Ölkəmiz Vətən müharibəsi aparır!”
  • 16-10-2020, 00:11
  • 8 dəfə oxunub
Reklam

Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ermənistanın son təxribatlarına dair mətbuat konfransı keçirib.
Bu barədə Küveytin “Dasman News” agentliyi məlumat yayıb.
Sayt bildirir ki, səfir Ermənistanın hərbi təxribatlarına qarşı Azərbaycanın işğal olunmuş ərazilərinin bütövlüyünü və suverenliyini bərpa etmək üçün apardığı hərbi əməliyyatlar barədə məlumat verib.
Səfir diqqətə çatdırıb ki, Ermənistan ordusunun sentyabrın 27-də beynəlxalq hüquq qaydalarını pozaraq Azərbaycanın yaşayış məntəqələrini və hərbi sahələrini atəşə tutması nəticəsində mülki şəxslər və əsgərlər arasında ölən və yaralananlar olub, buna cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
Səfir Azərbaycan cəmiyyətinin tam birlik nümayiş etdirirək, Vətən müharibəsi aparıldığını deyib, bütün siyasi təşkilatların hökumətə, Ali Baş Komandana dəstək verdiyini açıqlayıb.
O, mətbuat konfransında bugünədək işğaldan azad edilən ərazilərimiz barədə informasiya verib, habelə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyasını və əlavə protokollarını kobud şəkildə pozaraq, mülki əhalini, yaşayış və dövlət obyektlərini, məktəbləri, bağçaları bombalamaqda davam etdiyi diqqətə çatdırıb.
Qarabağda Azərbaycan tərəfdən guya muzdluların döyüşməsi iddialarının əsassız olduğunu deyən diplomat, bəzi media orqanlarının yalan və qərəzli xəbərləri yaymasının yolverilməzliyini diqqətə çatdırıb:
“Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün Vətən müharibəsi aparır və başqa bir ölkənin torpaqlarında heç bir gözümüz və iddiamız yoxdur və əminik ki, haqlı işimizdə qalib gələcəyik”.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilibAzərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar“Bayraktar” PUA-sının yaradıcısı: “Əl boyda körpəyə toxunan qorxaqdır”Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdıs