Erməni xisləti və Gəncə olayı - Hacı Tahir Abbasov

Erməni xisləti və Gəncə olayı - Hacı Tahir Abbasov
  • 16-10-2020, 22:13
  • 24 dəfə oxunub
Reklam

İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov : “Cəbhədə uduzurlar, işğal etdikləri torpaqları itirirlər, ondan sonra buradaki sivilləri hədəf alırlar. Burada baş verənlər, sivillərin atəşə tutulması tamamilə qeyri-insani davranışdır. Vurulan bu yerlərdə, heç bir hərbi bölmə yoxdur, hərbi qarnizon, əsgər də yoxdur...”

11 oktyabr gecə saat 2-də Gəncənin yaşayış və əhalinin sıx yaşadığı ərazisini hədəfə alan bu dəhşətli hücum nəticəsində 4 qadın ,10 mülki şəxs həyatına itirdi, 6 uşaq və 16 qadın olmaqla 34 insan yaralandı. Bu qeyri-insani hərəkət nəticəsində 3 uşaq hər iki valideynini itirdi, 10-dan çox yaşayış binası və 100-dən çox mülki infrastruktur zərər gördü.

19-cu əsr Gəncə Gimnaziyasına əlavə olaraq, 9-cu əsrin İmamzadə məscidi, 19-cu əsr İskəndər Nevski Pravoslav Kilsəsi kimi digər abidələr də Ermənistanın davamlı raket hücumları nəticəsində zərər gördü. Bu isə o dəməkdir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçün müqəddəs heçnə yoxdur.

Vurğulamaq istərdim ki, Gəncə sıradan bir şəhər deyil, bu şəhər Azərbaycan xalqının tarixində və həyatında mühüm rol oynamış və oynamağa davam edir. Bu şəhər Nizami Gəncəvi, Əbulula Gəncəvi, Məhsəti Gəncəvi kimi böyük şair və filosofları ilə tanınan bölgənin mədəniyyət mərkəzlərindən olmaqla yanaşı, həm də tarixən Azərbaycan xalqının xarici təcavüzə qarşı gücünü və dayanıqlığını simvollaşdırır. Bu mənada, Gəncənin 1918-ci ildə müsəlman dünyasında Azərbaycanın ilk demokratik respublikasının ilk paytaxtı, demokratiyanın vətəni olması heç də təsadüfi deyil.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci şəhəri Gəncəni artilleriya atəşinə tutması nəticəsində ibadət yerlərinə də ziyan dəyib.
Ən çox zərər 9-cu əsrin yadigarı olan kompleks Gəncə şəhərinin təqribən 7 kilometrliyində, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Yaxınlıqda yerləşən və Gəncənin ən qədim məzarlıqlarından birinə düşən raket mərmisi həm qədim qəbirlərə, həm də İmamzadə kompleksindəki məsciddə dağıntılar törədib.

Azərbaycanın tolerant ölkə olduğunu vurğulayan Hacı Tahir deyib: "Gəncədə çoxlu kilsələr, məscidlər, sinaqoq və dini mərkəzlər var. Ermənistandan atılan raketlərdən biri Gəncədə IX əsrdən qalma İslam peyğəmbərinin 5-ci nəvəsinin məzarı və ətrafındakı böyük məscidin yanına düşüb və oraya zərər vurub. Bundan başqa, Gəncədə bir əsr yarım yaşı olan pravoslav kilsəsinin də ətrafına raket düşüb və kilsə zərər görüb. Bu da onu göstərir ki, ermənilər heç bir dinə, inanca baxmırlar, onlar üçün müqəddəs heç nə yoxdur".



FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilibAzərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar“Bayraktar” PUA-sının yaradıcısı: “Əl boyda körpəyə toxunan qorxaqdır”Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdıs