Hacı Tahir Abbasov : Sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri yenə də təkralanır.

Hacı Tahir Abbasov : Sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri yenə də təkralanır.
  • 18-10-2020, 00:16
  • 177 dəfə oxunub
Reklam


“Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub; 12 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40 dan çox insan ciddi yaralanıb”.

Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır: “Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.

Ermənistanın Azərbaycan mülki əhalisini hədəf alan bu mənfur hücumlarını şiddətlə qınayırıq və işğalçı ölkədən müharibə cinayətlərinə son verməyi tələb edirik.

Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar.
Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı, cəbhə bölgəsindən uzaq məsafədə yerləşən Gəncə şəhərinin və regionun enerji təhlükəsizliyi üçün stateji əhəmiyyətli Mingəçevir şəhərinin, habelə digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq qəsdən raket atəşinə atəşinə tutulması monoetnik dövlət olan işğalçı Ermənistanın beynəlxalq hüququn tələblərini tanımadığını, ona saymazyana münasibət göstərdiyini bir daha sübut edir. Halbuki, beynəlxalq humanitar hüquq normaları, xüsusilə də Cenevrə Konvensiyaları hərbi əməliyyatların gedişində kombatantların və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini əsas prinsip kimi tələb edir.

Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti insan hüquqları sahəsində beynəlxalq sənədlərin, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının, Uşaq hüquqları Konvesiyasının, “Beynəlxalq müqavilələr hüququ haqqında” 1969-cu il tarixli Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozmaqla sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirir. Bu cinayətlər nüfuzlu beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən pislənilməli və Ermənistana qarşı beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ciddi tədbirlər görülməlidir.

Buna görə də təcili olaraq nüfuzlu beynəlxalq təşkilatları və dünya dövlətlərini ədalətli mövqe nümayiş etdirməklə susmamağa çağırır, işğalçılıq siyasətini davam etdirən Ermənistan Respublikasından sülh və insanlıq əleyhinə cinayətlər törətməklə Azərbaycan Respublikasının mülki əhalisinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insanların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan müharibə və terror cinayətlərinə son qoymağı və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən imperativ xarakterli qətiyyətli qərarlar qəbul etməyi bir daha tələb edirik”.

Ermənistan Gəncəyə növbəti raket hücumu ilə özünün faşist, terrorçu mahiyyətini bir daha dünyaya nümayiş etdirmiş oldu. Bu dövlət dinc əhalini hədəfə almaqla beynəlxalq humanitar hüquqa, sivil dünyanın qayda-qanunlarına məhəl qoymadığını bir daha açıq şəkildə bəyan etdi.

Düşmənin istifadə etdiyi raket dinc insanları hədəfə almamalı idi. Dağıntılar arasında qalan əhalinin xilasetmə işləri, demək olar ki, yekunlaşmaq üzrədir.


Hacı Tahir Abbasov : Sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri yenə də təkralanır.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıbErmənistanda ciddi əsgər çatışmazlığı - sülhməramlılar geri çağırılırMN: Düşmənin 6 PUA-sı məhv edilibPrezidentin köməkçisi: "Paşinyanın açıqlaması Ermənistanın münaqişənin həllində maraqlı olmadığını göstərir"Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə veribCəbhədən son xəbərlər: Düşmən geri çəkilirErmənistana məxsus daha 3 PUA məhv edilibDİN əhaliyə xəbərdarlıq etdiAzərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxduAzərbaycan Ordusu BMT qətnamələrinin icrasını təmin edirAzərbaycanın dövlət büdcəsinin kəsiri proqnozdan 41% az olubDeputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcəkPrezidentə yazırlar: "Bu sevincə görə Sizə və Ordumuza minnətdarıq"Sərdar Əhmədov : ERMƏNİLƏRİN MƏKRLİ XİSLƏTİŞahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlarAzərbaycanın Dövlət Müstəqilliyi Günüdür“Azercell”dən Gəncədə olan abunəçilərə dəstəkDüşmənə məxsus növbəti zirehli texnikalar məhv edilibAzərbaycanda əsirlikdə olan hərbçilər ailə üzvləri ilə danışıblar“Bayraktar” PUA-sının yaradıcısı: “Əl boyda körpəyə toxunan qorxaqdır”Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdıs