Şahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlar

Şahin Şirinov : Erməni vandalları layiq olduqları cəzanı alırlar
  • 19-10-2020, 00:36
  • 36 dəfə oxunub
Reklam

Cəbrayıl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov : Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Bu gün dövlətimizin başçısının Ali Baş Komandanlığı altında milli ordumuz parlaq qələbələr qazanır. Mənfur düşmən isə işğal olunmuş torpaqlarımızdan qovulur. Beləliklə, insan qanına susayan erməni vandalları layiq olduqları cəzanı alırlar!

Ulu öndərin birinci hakimiyyəti zamanında da ölkədə, xüsusən də Dağlıq Qarabağda milli düşüncə, milli ruh, milli kimliyin oyadılmasında danılmaz xidmətləri olmuşdur. Tarixi Şuşanı çox sevən ulu öndər onun iqtisadi-mədəni inkişafında da böyük səylər göstərmişdi. Sonradan isə Moskvada Siyasi Büroda üzv olarkən də daim bu “Ermənistana birləşmə” arzusunun qabağına sədd çəkmişdi.

Müstəqil Azərbaycanda ikinci dəfə yenidən hakimiyyətə gələn ulu öndər məhz etnik təmizləmə, təcavüz, soyqırım, erməni millətçiliyi məsələlərinin əsil köklü mahiyyətini açmış və daşnakların “birləşmək arzularına” siyasi-hüquqi qiymət vermişdi. Dünya ictimaiyyətinə ermənilərin terrorçuluq, işğalçılıq siyasətinin əsl mahiyyətini göstərmişdi.

Ulu öndər söyləyirdi ki, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir” və onun ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirmişdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Hazırda Prezident İlham Əliyev də “Bayrağımız bütün işğal edilmiş torpaqlarımızda dalğalanacaq”, - deyə bəyan edir.
Erməni cəlladlarının Azərbaycanın Gəncə şəhərində törətdikləri qanlı hadisələr hüquqi baxımından cinayət hadisəsidir. Beynəlxalq hüquq normaları baxımından isə Ermənistan tərəfindən Gəncə şəhərində törədilən cinayətlər əsl mənada terror hadisəsidir. Ümumiyyətlə Ermənistanın terrorçu dövlət olması yeni hadisə deyildir. Bütün XX əsr boyu Ermənistanın 1905-1907-ci, 1918-1920-ci və 1946-1948-ci, nəhayət, 1988-1990-cı illərin hadisələri zamanı da məqsədlərinə çatmaq üçün istifadə etdiyi əsas silah terrordur. Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalıda da Ermənistanın törətdiyi qanlı cinayətlərin yalnız bir adı vardır: Terrorçuluq!

Son günlərdə erməni vandallarının Gəncə şəhərində törətdiyi vəhşiliklər də erməni terrorçuluğunun növbəti davamıdır. Bu, insanlığa sığmayan qanlı terror hadisələrinə görə ilk növbədə Ermənistanın başabəla baş naziri Nikol Paşinyan və onun ətrafında olub, Gəncə şəhərində terror hadisəsini həyata keçirən cinayətkar xunta məmurlar dəstəsi cavabdehdirlər. Hesab edirəm ki, Paşinyan və onun cinayətkar dəstəsi beynəlxalq məhkəmə qarşısında müttəhim kürsüsündə oturub cavab verməlidirlər.

Beynəlxalq ictimaiyyətin, Minsk Qrupunun Gəncə hadisələrinə biganə qalmaları, obyektiv hüquqi-siyasi qiymət verməmələri, Ermənistana təzyiq göstərməmələri nəticə etibarilə terrorçu dövləti və terrorçuluğu dəstəkləməyə xidmət edir.

Möhkəm surətdə inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin və xalqımızın apardığı Vətən müharibəsi tam qələbə ilə başa çatacaqdır. Möhtərəm Prezidentimizə və qəhrəman Azərbaycan ordusuna yeni zəfərlər arzu edirəm!

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcəkƏhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun tikintisi davam edirQarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldüAlimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıbAzərbaycanda erməni terrorçu barədə qiyabi həbs qətimkan tədbiri seçildiAlmaniyada hidrogen qatarının sınaqları keçiriləcəkAzərbaycan tibbi maska ixracına hazırlaşırErmənistan yolayrıcında: Yeni baş nazir kim olsun?Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri qayıdıbPutindən Qarabağla bağlı yeni açıqlamaISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edibDini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblərErmənistanda daha bir nazir istefaya göndərilirŞəhid polkovnik dəfn olunubPrezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdiSaatlıda koronavirus xəstəsinə cinayət işi başlanıldıMilli Məclisin daha bir deputatı koronavirusa yoluxubŞuşa şəhərinin havadan görüntüsüİşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıbAzıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilibEvdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı"