Atamoğlan Babayev : Dəyişməyən erməni xisləti !

Atamoğlan Babayev : Dəyişməyən erməni xisləti !
  • 18-10-2020, 00:00
  • 32 dəfə oxunub
Reklam

Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Atamoğlan Babayev : Tarix boyu erməni daşnaklarının türklərə - azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının və terror aktlarının sayı-hesabı yoxdur. Ermənilərin içində türklərə qarşı qaynayıb daşan kin, nifrət əsrlər boyu zərrə qədər də azalmayıb, əksinə, daha da artıb. Ötüb keçən illər onları ağlasığmaz vəhşiliklər törədəcək səviyyəyə yüksəldib. Ermənilər "dənizdən dənizə böyük Ermənistan" arzusunun gerçəkləşməsi uğrunda uzun illərdən bəri əllərindən gələni etsələr də, bu arzu xəyal olaraq qalmaqdadı. Zaman çox şeyi dəyişə-dəyişə geriyə baxmadan irəli gedir. Xam xəyallarla yaşayan ermənilər daim saxta tarixlər uyduraraq zamanı dayandırmaq, onu geri döndərmək istəyirlər. Kor tutduğunu buraxmadığı kimi, ermənilər də yapışdıqları bu saxtakarlıqdan əl götürmək istəmirlər.

Ermənistanın işğalçılıq siyasəti Azərbaycan vətəndaşlarının kütləvi şəkildə məcburi köçkün və qaçqın salınması, minlərlə insanın həlak olması, sağ­lamlığını itirməsi ilə çox ağır nəticələr doğurub. Bu­nunla yanaşı, Ermənistanın istisnasız olaraq, bütün əməli fəaliyyət sahələri üzrə, o cümlədən, mədəniyyət müəssisələrinin dağıdılması, təyinatının dəyişdirilməsi, özününküləşdirilməsi (“erməniləşdirilməsi”) baxımından anti-bəşəri davranışı da diqqət tələb edən mövzudur.

Ermənistanın işğalçılıq siyasəti, terrorçu mahiyyəti və müharibə cinayətləri göz önündədir. Düşmən məkrli, hiyləgər və riyakardır. Bir tərəfdən özü haqqında məzlum obraz yaratmağa çalışan Ermənistan digər tərəfdən də dinc azərbaycanlı əhaliyə divan tutur. Lakin Azərbaycan xalqı heç bir halda düşmənin hiylələrinə uyan deyil. Çünki işğal altındakı Azərbaycan torpaqlarını düşmən tapdağından azad etmək hər bir azərbaycanlının həyat amalıdır.


Döyüş meydanında biabırçı vəziyyətdə məğlub olan düşmənin intiqam almaq üçün Azərbaycanın mülki insanlarını hədəf aldığını diqqətə çatdıran general Yücel Azərbaycanda dinc əhalinin hədəf alınmağı Ermənistanın barbarlığı, faşizm qaydaları ilə idarə olunmasının təsdiqidir. Əslində burada yenilik yoxdur. İşğalçı dövlət Azərbaycan torpaqlarını da eyni üsullarla qəsb edib. İndi bu qeyri-insani hərəkətləri öz işğalçılıq siyasətini qorumaq məqsədilə tətbiq edir.

Düşmən qüvvələrin Gəncə, Mingəçevir, Goranboy, Ağcabədi, Naftalan və Dağlıq Qarabağ bölgəsindən xeyli uzaqda olan digər yaşayış məskənlərini hədəf almasının Ermənistanın hüquq tanımayan cinayətkar rejim tərəfindən idarə olunmasını bir daha təsdiq etdiyini vurğulayan general Yücel Karauz bildirib ki, müzəffər Azərbaycan Ordusu düşmənin şərəfsiz hərəkətlərinə məhəl qoymadan ləyaqətlə zəfər salnaməsini yazır. Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında sıx birləşməsi Milli Ordumuzun gücünü daha da artırır, qələbə rəhnini daha da yüksəldir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcəkƏhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun tikintisi davam edirQarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldüAlimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıbAzərbaycanda erməni terrorçu barədə qiyabi həbs qətimkan tədbiri seçildiAlmaniyada hidrogen qatarının sınaqları keçiriləcəkAzərbaycan tibbi maska ixracına hazırlaşırErmənistan yolayrıcında: Yeni baş nazir kim olsun?Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri qayıdıbPutindən Qarabağla bağlı yeni açıqlamaISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edibDini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblərErmənistanda daha bir nazir istefaya göndərilirŞəhid polkovnik dəfn olunubPrezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdiSaatlıda koronavirus xəstəsinə cinayət işi başlanıldıMilli Məclisin daha bir deputatı koronavirusa yoluxubŞuşa şəhərinin havadan görüntüsüİşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıbAzıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilibEvdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı"