Deputat: "Ali Baş Komandanın hər bir qərarı gələcək üçün də qarantdır"

Deputat:
  • 22-10-2020, 00:07
  • 14 dəfə oxunub
Reklam

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir, müasir hərb tarixində yeni, qələbələrlə dolu səhifələr açır".
Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat qeyd edib ki, hər ötən gün işğaldan azad edilmiş torpaqlarımızın sırasına yeniləri əlavə olunur, torpaqlarımızın işğaldan tam azad ediləcəyi tarixi sürətlə yaxınlaşdırır: "Bu gün müstəqil Azərbaycan dövlətinin əldə etdiyi tarixi uğurların təməlində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət dayanır. Cənubi Qafqazın suverenlik və tərəqqi yolunda sürətlə inkişaf edən ölkəsi kimi Azərbaycan sözün həqiqi mənasında nəhəng irəliləyişlər əldə edir".
N.Həmzəyevin sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurlar bir ilin, iki ilin məhsulu deyil: "Dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifi kimi dövlət başçısı rəhbərlik etdiyi 17 ildə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb. Bu gün biz bunun müsbət nəticələrini görür, şahidi oluruq. İşğalçı, mənfur qonşumuz Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan ən ümdə vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Məhz bunun üçün Prezidentimizin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri ordu quruculuğu olub. Azərbaycanın iqtisadi inkişafı, maliyyə imkanlarının artması ordumuzun qüdrətlənməsini təmin edib. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycan Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır".
Deputatın sözlərinə görə, hərbi paradlarda modern ordu quruculuğunu nümayiş etdirən Azərbaycan ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində, savaş meydanında öz sözünü deyib: "Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu yenidən nümayiş etdirdi. Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması, Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi isə Azərbaycan Silahlı Qüvvələrinin Aprel qələbəsindən sonra növbəti zəfəri oldu. Həmin vaxt bu zəfər cəmiyyətimizin xoş ovqatını daha da artırdı, düşmən üzərindəki tam qələbə gününün o qədər də uzaqda olmadığının müjdəsi oldu".
N.Həmzəyevin fikrincə, Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi - diplomatik sahədə qazandığı uğurların bəhrəsidir: "Cəbhənin bütün istiqamətlərində rəşadətli Ordumuzun düşməni darmadağın edərək irəliləməsi isə regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin birdəfəlik sonu olacaq. Bu gün Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar təsdiq edir ki, ölkə Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və məğrur siyasəti, atdığı hər bir addım, verdiyi hər bir qərar yalnız bu gün üçün yox, gələcək üçün də qarantdır".

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıbErmənistanda müxalifət lideri həbs olunubFüzulinin işğaldan azad olunan ərazisində iki qardaş minaya düşüb, ölən var"Qaçqınkom": Məcburi köçkünlərin qayıdışı ilə bağlı proqram hazırlanırANAMA əməkdaşı Füzulidə minaya düşdüNaxçıvandan keçəcək quru yol xətləri BTQ dəhlizini 343 km qısaldacaqNikol Paşinyana qarşı sui-qəsdin qarşısı alınıbErmənistan müharibə itkilərini gizlədirFHN Suqovuşan su anbarını mühafizəyə götürdüİcra başçısı və polis rəisi reyddə iştirak etdiTürkiyə və Rusiya hərbçilərinin Qarabağdakı atəşkəsə nəzarətlə bağlı danışıqları başa çatıbBakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olubErmənistan parlamentinin binasına daxil olan şəxslərdən birinin meyiti tapılıbBakı Şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarıldıMəcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra 3 il müddətinə müavinət alacaqlarRusiya sülməramlılarının daha bir hissəsi Xankəndinə gəlibMəcburi köçkünlərin geri qayıdışı hansı formada təşkil olunacaq?Yerevanda Paşinyana qarşı yeni aksiya keçirilibYerevanda Paşinyana qarşı yeni aksiya keçirilibOmbudsman hərbi əsirlərlə bağlı məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıbRusiya sülhməramlı kontingentin xərclərini özü qarşılayacaqŞuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salınması üçün işlərə başlanıbTerrorçuluğa çağırışlar edən ermənilərlə bağlı cinayət işi açılıb