Abdin Fərzəliyev :Ermənistan soyqırımı törədən və terrorçuluğu dəstəkləyən dövlətdir

Abdin Fərzəliyev :Ermənistan soyqırımı törədən və terrorçuluğu dəstəkləyən dövlətdir
  • 30-10-2020, 23:33
  • 31 dəfə oxunub
Reklam

Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev: Tarixin hansı səhifəsini vərəqləsək düşmənin eyni taktika nəticəsində başımıza gətirdiyi müsibətlərin şahidi olacağıq. Daima tolerantlığımızı, dinlərə, mədəniyyətlərə dözümlü olmağımızı, həm də erməni mahiyyətindən fərqli olaraq daxilimizdə nə qədər erməni milliyyətindən olanların yaşamasını dilə gətiririk. Amma hər dəfə eyni zərbəni kürəyimizdə hiss edirik.

Gəncə,Bərdə, Tərtər hadisələrindən sonra bir fikri dilə gətirdim. Niyə içimizdə yaşayan ermənilər bir olub da Ermənistana "Dayan! Faşistliyinə son qoy!” demir. "Geri çəkil, Qarabağ sənin deyil” demir. Niyə Ermənistana Bakı erməniləri adından bir bəyanat ünvanlanmır? Məgər susmaq, olanlara qarşı lal olmaq, laqeyd olmaq zülmü edənlə razılaşmaq demək deyilmi? Axı laqeydlik ən böyük fəlakətdir. Bəli, humanizm bizim mədəni, əxlaqi səviyyəmizin göstəricisidir. Amma humanizm, sadəlövhlük demək deyil, düşmən. Əsrlər boyu sənin dinc şəraitdə millətimin başına hansı vəhşətləri gətirdiklərini görrmədikmi? Gördük. İnsanlığa yaraşmayan bütün hərəkətləri sənin timsalında gördük. Bizləri məscidlərə toplayıb odun kimi yandıran sən oldun. Yanar samovarı belinə şəllədiklərin, hamilə qadının qarnını yarıb "türk balasıdır” deyibən süngüyə keçirən sən oldun. Uzaq keçmişdə də, yaxın Xocalı timsalında da yırtıcı xislətini, qana susamış mahiyyətini gördük. Səninlə birgə Qarabağda yaşayaqmı, ƏSLA!

Buqələmun kimi hər rəngə bürünməyi bacaran erməni toplumu, "vətəninizə xoş gəldiniz” ifadəsini dilinə alar da,sonra asanlıqla alnımıza silah da tuşlaya bilər. Adam dostunu da, düşmənini də bir dəfə tanıyır. Sən həmişə düşmənsən, erməni!

Əslində 1903, 1905 qırğınlarından sonra 1907, 1907 qırğınından sonra 1918-ci il qırğınlarının başımıza gətirilməsinin əsas səbəbi tarixi olaylardan yaxşı dərs ala bilməməyimizdir. 1918-ci il Mart qırğınlarından sonra Əhməd bəy Ağaoğlu yazdığı məqalələri vasitəsilə hayqırırdı. Bəlanı başımıza gətirənlər elə o vaxtlar da rus mətbuatında meydan sulayırdı. İkili standartlar elə o vaxtlar da mövcud idi. Tarix təkrarlanırmı ?

İndiki Azərbaycan başqa Azərbaycandır. İndiki Azərbaycan Ordusu başqa ordudur. Axı sənin, düşmən, əvvəlki taktikaların bu gün üçün keçərli deyil. Sən isə "ulularından”, keşişlərin tərəfindən cızılmış kordinatlar üzrə 21-ci əsr üzərində yerimək istəyirsən, alınmaz!

Xalqımız həmişə rəşadətiylə, döyüşkən ruhuyla seçilib. Əslində danışıqlar uzandıqca hər bir azərbaycanlı, "qılıncımız qınında qalınca pas atar” deyə düşünürdü. Mən də bu qorxunu keçirənlərdən biri idim. Elə bilirdim biz doxsanların uşaqları olaraq o dövrlərin canlı şahidiyik. Qarabağı yadında saxlayan sonuncu nəsil bizik, deyə düşünürdüm.Elə bilirdim bizdən sonra gələn yeni nəsil artıq Qarabağı unudar. Amma zaman göstərdi ki, vətən genetik qan yaddaşıdır və heç vaxt unudulmur.

Böyük atəşkəs sükutundan sonra xalq sanki yuxudan oyanırmış kimi bir ayrı ruhla özünü xatırladı. Əslində ard-arda hər ilin müəyyən tarixi dövrə və şəxsə aid olması da xalqımızın özünədönüşünü təmin etdi. 

Azərbaycan xalqı yumruq olub birləşməyi də bacarır, varlığı uğrunda mübarizə etməyi də bacarır. Yeni Vətən Müharibəsi Azərbaycan torpaqlarının bütövlüyü ilə inşallah yekunlaşacaq. Didik-didik olmuş vətən zərrə-zərrə öz bütövlüyünə, tamlığına qovuşacaq. Bu əsr bizim olacaq! 2020-ci il bəşəriyyət tarixinə Koronavirus kimi, bizim tariximizə isə ZƏFƏR kimi yazılacaq.

Dilimizdə bir deyim var, "qonşun pisdir, köç qurtar”. Erməni adlı mənfur qonşu ilə (dilim gəlmir qonşu deməyə) sərhəddə yaşayırıq və əsrlərdir bu üzdəniraqların fitnəsi ilə bəlalara düçar olmuşuq. Amma biz bu deyim kimi heç yana getməyəcəyik, onlar qovulmalıdırlar. Tarix göstərdi ki, biz bir yerdə yaşaya bilmirik. Biz azərbaycanlıların ifrat humanizmi belə onların müsəlman toplumuna, türk millətinə qarşı qəzəbini, nifrətini soyutmur ki, soyutmur. Hər birinin məqsədi əlini azərbaycanlı qanına bulamaqdır. Elə bu məqsədlə döyüşü döyüşçü ilə aparmır. Mülkü əhalini hədəfə alır. Biz onlara məhz 21-ci əsrdə elə bir dərs verməliyik ki, onlar aramızdan rədd olub öz ayaqları ilə getməlidirlər.

Qarabağın erməni əhalisi adlı məhfum olmamalıdır! Yox, olmamalıdır! Əsrlərdir aldığımız dərslər buna imkan verməz. Biz onlarla bir yerdə yaşamaq istəmirik. Beynəlxalq təşkilatlar buna nə ad qoyursa, qoysun. Alınmır, alınmaz. Yenə də əsrlərdir yedirdib əjdahaya döndərə bilmərik, mənfuru. Yenə də erməni arvadlarını övrət edib, yarı türk, yarı erməni dünyaya gətizdirə bilmərik. Oljas Süleymenovun "Gil kitabında” deyildiyi kimi. "Yavalarla qaynayıb-qarışmayın. Qoy düşmənimiz özümüzə bənzərlər olmasın!”. Bir dəfəlik bunu ağlımıza yazmalıyıq!

Bizim zəif olmağa daha ixtiyarımız yoxdur. Bundan sonra daha da inkişaf etmiş, ayaq üstə dayanmağı bacaran, beynəlxalq, diplomatik sferada xüsusi imicə malik xalqlardan olmalıyıq. İqtisadiyyatımız, ədəbiyyatımız, incəsənətimizlə yeni inkişaf mərhələsinə qədəm qoymalıyıq. Bu güc bizi ucalardan uca edəcək. Və bu güc düşmən fitnəsinin, xislətinin qarşısında sipər olacaq.Ermənistan bununla heç nəyə nail ola bilməyəcək. Azərbaycan Ordusunun da, Azərbaycan xalqının da, Ali Baş Komandanımızın da yenilməz əzmi, döyüş ruhu ortadadır. Bu ruhu heç nə ilə sarsıtmaq mümkün deyil. Çünki Ali Baş Komandanımızın da qeyd etdiyi kimi biz Vətən müharibəsi aparırıq, Ermənistan tərəfi isə ədalətsiz müharibə aparır. Bu müharibə bizim üçün müqəddəsdir. Müqəddəs müharibə aparan, öz torpaqlarını azad etməyə qalxan toplumlar həmişə məğlubedilməz olur. Bunu dünyanın hərb tarixi də sübut edir.

 

Bu gün hər bir azərbaycanlı bilir və əmindir ki, Qələbə bizimlədir! Çünki Qarabağ bizimdir!"



Dünya durduqca bu xalq, bu vətən yaşayacaq! Tanrı səni qorusun, ucalardan uca XALQIM.




FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ağdamdakı maddi-mədəniyyət nümunələri Ermənistana daşınılıbErmənistanda müxalifət lideri həbs olunubFüzulinin işğaldan azad olunan ərazisində iki qardaş minaya düşüb, ölən var"Qaçqınkom": Məcburi köçkünlərin qayıdışı ilə bağlı proqram hazırlanırANAMA əməkdaşı Füzulidə minaya düşdüNaxçıvandan keçəcək quru yol xətləri BTQ dəhlizini 343 km qısaldacaqNikol Paşinyana qarşı sui-qəsdin qarşısı alınıbErmənistan müharibə itkilərini gizlədirFHN Suqovuşan su anbarını mühafizəyə götürdüİcra başçısı və polis rəisi reyddə iştirak etdiTürkiyə və Rusiya hərbçilərinin Qarabağdakı atəşkəsə nəzarətlə bağlı danışıqları başa çatıbBakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini icra edən şəxs məlum olubErmənistan parlamentinin binasına daxil olan şəxslərdən birinin meyiti tapılıbBakı Şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarıldıMəcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra 3 il müddətinə müavinət alacaqlarRusiya sülməramlılarının daha bir hissəsi Xankəndinə gəlibMəcburi köçkünlərin geri qayıdışı hansı formada təşkil olunacaq?Yerevanda Paşinyana qarşı yeni aksiya keçirilibYerevanda Paşinyana qarşı yeni aksiya keçirilibOmbudsman hərbi əsirlərlə bağlı məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıbRusiya sülhməramlı kontingentin xərclərini özü qarşılayacaqŞuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salınması üçün işlərə başlanıbTerrorçuluğa çağırışlar edən ermənilərlə bağlı cinayət işi açılıb