Ombudsman hərbi əsirlərlə bağlı məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıb

Ombudsman hərbi əsirlərlə bağlı məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırıb
  • 13-11-2020, 00:26
  • 157 dəfə oxunub
Reklam

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhali arasında çoxsaylı insan tələfatı baş verib, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılıb, sülh və insanlıq əleyhinə müharibə cinayətlərinin qurbanı olub.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi və səlahiyyətli digər beynəlxalq və regional təşkilatlara müraciət ünvanlanıb.
Ombudsman Aparatından verilən məlumata görə, fərdi şəkildə ünvanlanmış müraciətlərdə bildirilib ki, Ermənistan silahlı qüvvələri yalnız mülki şəxslərə deyil, digər kombatant olmayanlara, sıradan çıxmış hərbi qulluqçulara, hərbi əsirlərə münasibətdə beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyalarının tələblərini ciddi şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirib. Hərbi əsirlərə, xüsusilə də yaralılara və həlak olmuş şəxslərə münasibətdə törətdilmiş barbarlıq aktları faktlar əsasında diqqətə çatdırılıb.
S.Əliyevanın müraciətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətləri üzrə faktların xüsusi prosedurlar əsasında araşdırılması, beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlərin görülməsi tələb olunub.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Ərdoğan və Putin Qarabağ məsələsini müzakirə etdilər"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcəkƏhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun tikintisi davam edirQarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldüAlimlər ətdən imtinanın gözlənilməz mənfi təsirini açıqlayıbAzərbaycanda erməni terrorçu barədə qiyabi həbs qətimkan tədbiri seçildiAlmaniyada hidrogen qatarının sınaqları keçiriləcəkAzərbaycan tibbi maska ixracına hazırlaşırErmənistan yolayrıcında: Yeni baş nazir kim olsun?Əlahiddə Ümumqoşun Ordunun hərbçiləri Vətən müharibəsindən geri qayıdıbPutindən Qarabağla bağlı yeni açıqlamaISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edibDini konfessiyaların rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanat veriblərErmənistanda daha bir nazir istefaya göndərilirŞəhid polkovnik dəfn olunubPrezident İlham Əliyev Vladimir Putinlə 10 noyabr Bəyanatını müzakirə etdiSaatlıda koronavirus xəstəsinə cinayət işi başlanıldıMilli Məclisin daha bir deputatı koronavirusa yoluxubŞuşa şəhərinin havadan görüntüsüİşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahı yaradılıbAzıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilibEvdən qanunsuz çıxan COVID-19 xəstəsi: "Evdə ürəyim sıxılırdı"