Almaniyada hidrogen qatarının sınaqları keçiriləcək

Almaniyada hidrogen qatarının sınaqları keçiriləcək
  • 25-11-2020, 00:28
  • 126 dəfə oxunub
Reklam

Almaniyanın dövlət dəmir yolları operatoru “Deutche Bahn” ilə “Siemens Mobility” hidrogen qatarlarının və onlara aid doldurma məntəqələrinin sınaqlarını keçirəcəklərini açıqlayıb.
Birgə açıqlamaya görə, 2024-cü ildə başlayacaq və bir il davam edəcək sınaqlar Baden Vürtemberq əyalətinin üç şəhəri arasında 370 mildən artıq yol üzərində aparılacaq. “Siemens”in hazırladığı “Mireo Plus H” adlı iki vaqonlu qatar hidrogen və oksigendən elektrik enerji əldə edən avadanlıq və ehtiyat akumulatorla təchiz olunaraq 160 km/saatadək sürət toplaya bilir və bir doldurma ilə 600 km məsafə qət edə bilir. Şirkət həmçinin 1000 km mənzilli üç vaqonlu versiya da hazırlayacaqlarını bildirib. Bu qatarlar yerli miqyasda, yəni nisbətən qısa məsafələrdə işlətmək üçün nəzərdə tutulub.
Hazırda ölkədəki 33 min km-lik dəmir yollarının 40 faiz elektriksiz hissəsində istifadə olunan 1300-dək dizel qatarını əvəz edəcəyi düşünülən yeni qatarların tətbiqi sayəsində ildə 330 tonadək karbon qazı azaltmaq hədəflənir. Bütövlükdə isə dizellə işləyən nəqliyyat vasitələrini dəmir yollarından 2050-ci ilədək yığışdırmaq nəzərdə tutulur.
“Siemens Mobile”ın icraçı direktoru Mayk Piterin dediyinə görə qarşıdakı 10-15 il ərzində Avropada 10-15 min qatarı əvəzləmək lazım gələcək. Hər qatarın qiyməti 5-10 milyon avrodur.
Qeyd edək ki, 2018-ci ildən Fransanın “Alstom” şirkəti Almaniyanın şimal bölgəsində sınaqlarını keçirdiyi hidrogen qatarlarını Avstriyanın bəzi xətlərində işlədir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
İşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili bu quruma tapşırılıbŞəhid ailələrinə mənzillərin verilməsində gecikmələrin səbəbləri açıqlandıYerevanda əsgər valideynləri Paşinyanla görüş tələb edibZakir Həsənov Yaponiyanın Azərbaycandakı yeni səfiri ilə görüşübİşğaldan azad olunan ərazilərdə bərpa işləri bu şəhərdən başlayacaqICESCO işğaldan azad olunan ərazilərdəki vəziyyəti araşdırmaq üçün ekspertlər təyin edəcəkSahibkarlığın İnkişafı Fondu ötən il 127 milyon manat güzəştli kredit veribMN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülürErmənistan müxalifətinin baş nazirliyə namizədi: “Revanş haqqında düşünmək mənasızdır”Vüqar Səfərli ailə üzvünün qəzetinə qanunsuz olaraq 300 min manat köçürübAntisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandıDonald Tramp cinayət məsuliyyətinə cəlb olunacaq?Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir -46 saylı yol istismar sahəsinin rəisi Xudayar RəhimovNeyrocərrahiyyə Xəstəxanasının ağxalatlıları insanların sağlamlığı keşiyindəLukaşenko: “Putindən başqa dostum yoxdur”Almaniya erməni siyasətçinin qaçqın statusunu ləğv etdiSabirabad Suvarma Sistemləri İdarəsi Şafiq Heydərovun rəhbərliyi ilə öz işinin öhdəsindən layiqincə gəlirNeftçala rayon Suvarma Sistemləri İdarəsində uğurlu layihələr həyata keçirilir.2 100-dən çox şəhid ailəsinə təqaüd, pensiya və müavinət təyin edilibPrezidentdən mədəniyyət naziri vəzifəsinə təyinatFüzuli-Şuşa avtomobil yolu ilə hərəkət qısa müddətdə təmin olunacaqƏsirlikdən qayıdan azərbaycanlı gördüyü işgəncələrdən danışıb