Almaniyaya TIR-ın yük yerində keçən azərbaycanlılar saxlanılıblar

Almaniyaya TIR-ın yük yerində keçən azərbaycanlılar saxlanılıblar
  • 30-12-2020, 00:05
  • 24 dəfə oxunub
Reklam

Almaniyaya qanunsuz yolla daxil olan azərbaycanlılar saxlanılıblar.
29 və 36 yaşlı azərbaycanlı qadın və həyat yoldaşı Türkiyə şirkətlərindən birinə aid TIR-ın yük yerində Çexiyadan Almaniyaya keçərkən federal Almaniya polisi tərəfindən yoxlama zamanı saxlanılıblar.
TIR-ın yük yerində azərbaycanlılardan başqa iki Əfqanıstan və bir Suriya vətəndaşı da olub. Kimlik yoxlaması azərbaycanlıların üzərindən Türkiyə Cumhuriyyətinə aid şəxsiyyət vəsiqəsi və pasport çıxıb.
Saxlanılan şəxslər əraziyə gələn miqrasiya idarəsinin əməkdaşlarına təhvil veriliblər. Onların Almaniyaya qanunsuz giriş səbəbləri öyrənildikdən sonra idarə məhkəməsinin müvafiq qərarı ilə ölkədən deportasiya edilmələri gözlənilir.
Almaniya Federal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu ilin yanvar ayından indiyə kimi təkcə sərhəd yoxlamaları zamanı Almaniyaya qanunsuz yollarla girməyə çalışan üç minə yaxın əcnəbi saxlanılıb. Onların əksəriyyəti sürətli deportasiya proseduru ilə ölkələrinə qaytarılıblar.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Tramp indi nə işlə məşğul olur?Azərbaycan Texniki Universitetinə yeni prorektor təyin olunubAzərbaycanda 344 nəqliyyat vasitəsi axtarışdadır - SİYAHIXİN: Azərbaycan Prezidenti Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıbAzərbaycanda sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılırNaxçıvanda zəlzələ olubÖtən il Bakı Şəhər Prokurorluğunun 8 əməkdaşı cəzalandırılıbAzərbaycanda COVID-19-a qarşı peyvənd olunanların vəziyyəti necədir?Yardımlılar Ayaz Əsgərovun Yardımlı rayon İcra Hakimiyyətinin başçısı işlədiyi müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar.Hippokrat andına sadiq müqəddəs peşə sahibləriElm öyrədən, yol göstərən, qayğıkeş, cəfakeş bir insan - Xudayar Sultanlı.ÜST: Dünyada bir gündə 683 mindən çox insanda koronavirus aşkarlanıbİndoneziyada zəlzələ qurbanlarının sayı 78 nəfərə çatdBaydenin ilk səfər edəcəyi ölkə açıqlandıHirkan Milli Parkında yanğın davam edirDoğru qərarları ilə seçilən içimizdən biri - Vaqif Həsənovİdman jurnalistikasına ögey münasibəti MEDİA aradan qaldıracaqmı?20 milyon ABŞ dollarını aşan gəlirDünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdüRusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumatAzərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildiİşğaldan azad olunan ərazilərdə inşa prosesinin təşkili bu quruma tapşırılıb