Rusiyada son sutkada 518 nəfər koronavirusdan ölüb

Rusiyada son bir gündə daha 24 246 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 284 384 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 518 nəfər artaraq 59 506-ya yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 662 668 nəfər sağalıb.
FaceBook Şərh Yaz