Sabirabad Suvarma Sistemləri İdarəsi Şafiq Heydərovun rəhbərliyi ilə öz işinin öhdəsindən layiqincə gəlir

Sabirabad Suvarma Sistemləri İdarəsi Şafiq Heydərovun rəhbərliyi ilə  öz işinin öhdəsindən layiqincə gəlir
  • 11-01-2021, 01:25
  • 490 dəfə oxunub
Reklam

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır.
Ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır.. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində görülən işlər danılmazdır. Qeyd etmək lazımdır ki, ötən illər Füzuli rayonunda qazanılmış nailiyyətlər bu il də uğurla davam etdirilir. Dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.Çünki bu vəzifəyə təyin olunan Əhməd Əhmədzadənin ən qısa müddətdə rəhbərliyi altında “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində görülən böyük işlər və uğurlar göz qabağındandır.

Əsrarəngiz təbiətə malik olan Sabirabad rayonu ölkəmizin bütün bölgələri kimi günbəgün böyüyür və gözəlləşir. Son illərdə burada həyata keçirilən genişmiqyaslı, quruculuq-abadlıq tədbirləri, rayon əhalisinin sosial həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən saysız-hesabsız işlər Sabirabad rayonunun simasını daha da gözəlləşdirmiş, ona xüsusi yaraşıq bəxş etmişdir.Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Sabirabad camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur.

Ölkə başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi, neft amilindən asılılığının aradan götürülməsi üçün kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetrir.

Respublikamızın iri kənd təsərrüfatı rayonlarından olan Sabirabad Suvarma Sistemləri İdarəsinin təcrübəli rəisi Şafiq Heydərov da bu fikirdədir. O, aqrar sahənin perspektiv inkişafı barədə fikirlərini bizimlə bölüşdü: -Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiya potensialından daha dolğun istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Respublikamıza yatırılan xarici investisiyaların xeyli hissəsi bu sahənin inkişafına yönəldildi.

Hazıırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir ki, bunun da uğurlu həlli üçün idarəmizin kollektivimiz gecə-gündüz sahələrdə çalışır, suvarmanın mütəşəkkil aparılmasına öz töhfələrini verirlər. Qabaqcıl aqrar rayonlardan olan Sabirbad rayonunda da suvarmanı tələb olunan səviyyədə həyata keçirmək məqsədilə Sabirbad Suvarma Sistemləri İdarəsində əkin sahələrinin suvarılması nəzərdə tutulan tədbirlər planına uyğun uğurla yerinə yetirilir. Kənd təsərrüfatı bitkilərinin suvarılmasını həyata keçirmək məqsədilə, su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, diğər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün lazım olan bütün işlər görülmüşdür. İdarəmizin balansinda olan HTQ, hidropostlar və eyni zamanda nasos stansiyaları və ümumiyyətlə bütün avadanlıqlar təmir olunaraq tam işlək vəziyyətdə gətirilib. Mövcud su mənbələri istehlakçıların suvarma və komunal-texniki suya olan təlabatını tam ödəyir. Əkin sahəlrini vaxtında və səmərəli suvarma suyu ilə təmin etmək üçün işçilərimiz sahələrdə olur, suyun itkisiz təminatı üçün səylə çalışırlar. Habelə ərzaq təhlükəsizliyinin təminatını və Dövlət proqramları əsasında aqrar bölmənin dinamik və davamlı inkişafını təmin etmək üçün suvarma və meliorasiya işçiləri hətta gecə saatlarında da çalışmalı olurlar. Aqrar sahənin inkişafı, heç şübhəsizdir ki, toropaqların meliorativ qaydada əkinə yararlı hala gətirilməsindən, normal suvarma suyu ilə təminatından asılıdır. Bu həyat əhəmiyyətli işlərdə şoranlaşan torpaqlarda meliorativ işlərin aparılması, sututarların, çay və su hövzələrinin qorunması, onların təbii fəlakətlərdən hifz olunması vacib şərtdir. Əkinin mütəxəssis məsləhəti ilə aparılması fermerlərə öz işlərini daha yaxşı qurmaqda kömək etmiş olar.Hər dövrün öz tələbi var.

Müstəqillik qazandıqdan sonra respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov belə insanlardandır.
Şafiq Heydərov hər zaman Dövlətə - Dövlətçiliyə , Xalqa -Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Şafiq Heydərovun həyat səlnaməsinə nəzər salanda görürük ki , o , hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O ,hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Şafiq Heydərov işlədiyi Sabirabad rayon Suvarma Sistemləri İdarəsində qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Şafiq müəllimin böyük zəhməti vardır .
Bizdə bu çətin və şərəfli işində Şafiq müəllimə və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gündən məktəblər açılırƏrdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”Azərbaycanda vurulan vaksinlərin sayı 8 milyonu keçdiVüqar Səfərli: "Həmin vəsaiti devalvasiya zamanı əldə etdim"Azərbaycan qırıcıları İstanbul səmasında nümunəvi uçuşlar həyata keçiribƏrdoğanın Rusiyaya səfər tarixi açıqlanıbAXC-nin elan edildiyi bina bərpa olunurTürkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıbDSX və DTX Xəzər dənizində əməliyyat keçirib, saxlanılanlar varDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov !Neftçala Suvarma Sistemləri İdarəsi Elçin Əsədovun rəhbərliyi ilə öz işinin öhdəsindən layiqincə gəlirTanınmış jurnalist koronavirusa yoluxub, süni tənəffüs aparatına qoşulubMingəçevir Xəstəxanası xəstə yaxını ilə həkimlər arasında baş verən davaya münasibət bildiribAzad olunan ərazilərdə daha 63 mina aşkarlanıbƏrdoğan Rusiyaya səfər edəcəkTəcrübəli və səriştəli şəxs - Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılovGömrük Komitəsinin elektron xidmətlərinin istifadəçisi 6,8 milyonu ötübBakıda ilk dəfə qabarıq sahəyə malik piyada zolağı yaradılıbAzərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıbUkraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana təhvil verilibGözünüz aydın, Üzeyir bəy, doğum gününüz Şuşada qeyd olunurABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırıb