Neftçala rayon Suvarma Sistemləri İdarəsində uğurlu layihələr həyata keçirilir.

Neftçala rayon Suvarma Sistemləri İdarəsində uğurlu layihələr həyata keçirilir.
  • 10-01-2021, 00:08
  • 142 dəfə oxunub
Reklam

Neftçalada sular çağlayır, həyat gözəlləşir

 

Ölkəmizdə uğurla həyata keçirilən regional inkişaf proqramlarının əsas yönlərindən biri bölgələrdə məhsul bolluğu yaratmaq, əhalini ərzaqla, emal sahələrini xammalla təmin etməkdir. Başa çatdırılmış aqrar islahatlar kəndlini torpağın həqiqi sahibinə çevirsə də, onun müstəqilliyi və təşəbbüskarlığı bəzən səciyyəvi çətinliklərlə üz-üzə qalır. Belə məqamlarda dövlət kəndlini müxtəlif yollarla dəstəkləyir, əkinə yararlı torpaqların becərilməsi, məhsuldarlığın yüksəldilməsi, üçün zəruri tədbirlər həyata keçirir. Hər il meliorasiya işləri üçün büdcədən kifayət qədər vəsait ayrılır, suvarma şəbəkəsinin normal fəaliyyəti təmin olunur.
Neftçala Suvarma Sistemləri İdarəsində də suvarma kanallarının, kollektor-drenaj şəbəkəsinin lildən, kol-kosdan təmizlənməsi və hidrotexniki qurğularının təmiri işləri davam etdirilir.

Payızlıq əkin sahələrinin vaxtında suvarılması və kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün suvarma kanallarının, kollektor-drenajların lildən və kol-kosdan təmizlənməsi və hidrotexniki qurğuların təmir olunması işlərinə başlanılıb.

Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov  peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elçin Əsədov  bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin Əsədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Elçin Əsədovun sədrliyi ilə Neftçala Suvarma Sistemləri İdarəsində yüksək və rəqabətə davamlı səviyyədə qalmasını təmin etmək üçün yeni texnologiyaların mənimsənilməsi, tətbiq olunması işlərin ciddi surətdə peşəkar və dövlət normalarına uyğun şəkildə həyata keçirilməsinə və bir başa layihələrin mükəmməl olmasına amil yaradır.

Bəli, bu gün ki gündə Elçin Əsədov  prezidentimiz İlham Əliyevə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə, onların verdiyi tapşırıqlara, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Ona görə də əlindən gələni hər zaman edir ki həm fermerlər həm də dövlət başçımızı razı salsın.
Neftçala rayon Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz bir rəhbərdir.Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, Elçin Əsədov o qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.Torpaqların suvarma təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması aqrar sahədə uğurların rəhnidir. Əhalinin içməli, əkin sahələrinin suvarma suyu ilə təminatı vəziyyətinin yaxşılaşdırılmasını daim Elçin Əsədov qayğılandırmışdır.

Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı təmir olunub. Bu işlər hazırda da davam etdirilir. Elçin müəllimin rəhbərlik etdiyi Neftçala rayon Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. SSİ daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin qaz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

Neftçala Rayon Suvarma Sistemləri İdarəsinə rəisi Elçin Əsədov gəldikdən sonra demək olar ki, idarədə işlər daha da yaxşılaşdı. Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş Neftçala Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov və onun rəhbərlik etdiyi idarə əhalinin su məsələlərini daim diqqət mərkəzində saxlayırlar.

Elçin Əsədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elçin Əsədov ani və düzgün qərar qəbul edən insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Elçin Əsədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Biz də "İqtisad.Org" xəbər portalı olaraq Neftçala Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədova və kollektivinə böyük nəaliyyətlər arzu edir, gələcək işlərində uğurlar diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edibMillimizin oyununa türk hakim təyinat aldıQazi Sahil Həsənli yüksək texnologiyalı protezlə təmin ediləcəkƏrdoğan: "Biz boynunda əsarət zənciri gəzdirəcək millət deyilik"Hacıqabulda yeni məktəb tikiləcək - SƏRƏNCAMSPrezident Hacıqabulda yol tikintisinə 5 milyon manat ayırdıBakıda xadimə işlədiyi evdən 45 min manat oğurladıBakıda taksi sürücüsünə qarşı quldurluq edənlərin məhkəməsi başlayırMilli Məclisin deputatı məcburi köçkünlərin qayıdışı məsələsini AŞPA-da qaldırıbOmbudsman DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkibAzərbaycanın 5 rayonunda kənd yolları yenidən qurulurAzərbaycanın icmal büdcəsində 1 milyard manatdan çox qalıq yaranıbQusarda polis əməliyyat keçirdi, saxlanılan varATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı 1 günlük dayandırıldıZakir Həsənov hərbi liseyin bir qrup əməkdaşını mükafatlandırıbQazi və şəhid ailələrinə yardım mərkəzləri fəaliyyətə başlayıb - SİYAHIRüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulubPrezident Hacıqabul rayonuna səfərə gedibHəbs edilən icra başçısının məhkəməsi başlayırAğsuda əlillik dərəcəsi vədi ilə dələduzluq edən şəxs saxlanıldıAzərbaycanın kimyaçı alimi vəfat edibHəyətində narkotik becərən şəxs saxlanıldı