Neyrocərrahiyyə Xəstəxanasının ağxalatlıları insanların sağlamlığı keşiyində

Neyrocərrahiyyə Xəstəxanasının ağxalatlıları insanların sağlamlığı keşiyində
  • 13-01-2021, 14:27
  • 159 dəfə oxunub
Reklam

Sağlamlıq insanın həyatdakı vacib qazancı, ömrü rövnəqləndirən ən gözəl nemətdir. Atalarımız da sağlamlığı ən böyük sərvət adlandırmışlar. İnsanın sağlamlığı öz əlindədir və xüsusən yaşa dolduqca bu barədə daha çox fikirləşməyə başlayırıq. Əlbəttə, nə qədər sağlamlığımızın qeydinə özümüz qalsaq da, bu prosesdə tibbin və həkimlərin rolu müqayisəolunmazdır.

Ürəyindəki qurub-yaratmaq arzuları, insanlara sağlam həyat bəxş etmək həvəsi, həmişə olduğu kimi, yenə də Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənovun ən ümdə istəyi, vəzifəsidir. Bu işıqlı şəxsiyyət yaxşılıq etməkdən, insanlara daim mədəni, tibbi xidmət göstərməkdən usanmır, əksinə ondan zövq alır.

Ən çətin anlarda haraya çatmağı, xəstələrlə şəxsən özü təmasda olmağı, onların dərd-sərlərini səbirlə dinləyib, dəyərli məsləhətlər verməyi özünün peşə borcu hesab edir. Məhz ona görə də bölgənin müxtəlif yerlərindən Fərhad Həsənovun rəhbərlık etdiyi saglamlıq ocağına müalicə üçün axışıb gələnlərin, burada çalışan həkimlərin şəfalı əllərindən nicat tapanların sayı günü-gündən çoxalır. Direktorun səmimiyyəti, yüksək əxlaqi keyfiyyətləri, insanpərvərliyi gələcək nəsillərə nümunə olan, çətin sınaqlardan keçmiş böyük həyat məktəbidir.

Fərhad müəllim deyir ki, son illər respublikamızda nail olunmuş sosial-iqtisadi inkişafın bəhrələrini bütün sahələrdə həmçinin tibb sahəsində də görmək olar.Kollektivimiz çalışır ki, tapşırılan vəzifənin öhdəsindən yüksək səviyyədə gəlsin. Görkəmli səhiyyə təşkilatçısı N.Semaşko deyirdi ki, insan ən qiymətli sərvətdir. Onun sağlamlığı keşiyində durmaq şərəfli bir işdir və bu vəzifənin öhdəsindən gələn insanlar yüksək qiymətə layiqdirlər.

Pasientlərin təşəkkür nidalarından əlbəttə ki, xəstəxananın yüksək savadlı, peşəkar, gülərüz kollektivinə uğurla rəhbərlik edən direktor Fərhad Həsənova böyük pay düşür. O, mehriban bir ailə başçısı kimi, personalın monolit birliyinə nail olmuşdur.Fərhad Həsənov yüksək peşəkarlığı, mehribanlığı və başqa üstün insani keyfiyyətləri ilə təkcə həkim kollektivinin deyil, bütün Bakı və digər rayon sakinlərinin hörmətini qazanmışdır.

Əsl Azərbaycan həkiminə xas olan humanist, alicənab xüsusiyyətləri ilə seçilən Fərhad həkim xəstəxananın xidmətindən istifadə edən pasientləri, xəstəyə baş çəkməyə gələn yaxın adamlarını şəfqət və gülərüzlə qarşılayır ki, bu da hamıda məmnunluq hissi doğurur. Heç bir xəstənin ümidsizliyə qapılmasına imkan vermir, mütləq sağalacağına inandırmağa çalışır, hamısına mənəvi dəstək göstərir. Hətta dəfələrlə müşahidə olunmuşdur ki, Fərhad həkim yazılmış resept üzrə dərmanları almağa gücü çatmayan xəstələrə maddi köməklik də göstərmişdir. Kollektiv üzvlərinə, ələlxüsus da gənc həkimlərə, tibb bacılarına tövsiyə edir ki, xəstələrlə tələb olunandan da artıq qayğı və şəfqət göstərsinlər.

Bəli, respublikamızda minlərlə sənətlərinə hörmətlə yanaşan, öz işinin öhdəsindən layiqincə gələn həkimlərimiz var ki, onların hər biri ən çətin şəraitdə belə öz işlərini layiqincə yerinə yetirdiklərini sübut edirlər. Belə həkimlərlə xalqımız fəxr edir. Onların timsalında Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov başda olmaqla bütün tibb işçilərinə, onlarla çiyin-çiyinə çalışan inzibati işçilərə, texniki personala uğurlar arzulayırıq. İnanırıq ki, onlar ölkəmizdə sağlam vətəndaşlardan ibarət sağlam cəmiyyət quruculuğu işinə daha böyük töhfələr verəcəklər.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Hər bir peşə gözəldir, Rauf Ağayev kimi direktorlar olan yerdəNeft kəskin bahalaşıbİrana səfər etməyin şərtləri açıqlandıPandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoyduAzərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcəkLənkəranda oğul atasını bıçaqlayıbGöyçay sakini dəm qazından zəhərlənərək ölübAzərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"“TikTok”un bənzərinin sınaqları başladıAllahşükür Paşazadə: "Erməni kilsəsi Avropada yalan təbliğat aparır, öz xalqını müharibəyə sövq edirAzərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcəkNaxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilibStokholmda COVID-19-un üçüncü dalğası başlayıbMN: Komandirlər şəxsi heyətin təhlükəsizlik tədbirlərinə riayət etməsinə görə məsuliyyət daşıyırlarCOVAX Gürcüstana yeni vaksin təklif edibBakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI"Teleradio" İstehsalat Birliyi 17 milyon manatlıq yayım avadanlığı alacaqCozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin rəisinin gördüyü işlər tərifə layiqdir