Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir -46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir -46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov
  • 15-01-2021, 01:09
  • 278 dəfə oxunub
Reklam

Ömür boyu yol gedirik. Yollar bizi dağlara qaldırır arana endirir, yaxınlarımıza qovuşdurur, geriyə, doğma ocağa qaytarır. Vaxtilə abad kənd tüstüsündən bilinirdisə, indi hamar yolundan bilinir. Yəqin bu yeni deyimi doğrultmaq üçün hələ çox çalışmalıyıq.Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə həyat deməkdir”. Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı dövlət strategiyasında yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik inkişafını təsəvvür belə etmək mümkün deyil.

Bu tədbirlər Cəlilabad rayonundan da yan keçməyib.Elə əsas yollardan biri olan Cəlilabad-Yardımlı yolunun əsaslı şəkildə yenidən qurulması deyə bilərik.
Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, Azərbaycanda beynəlxalq, respublika və yerli əhəmiyyətli yolların müasir səviyyəyə çatdırılması istiqamətində mühüm işlər görülüb və görülməkdə davam edir. Yeni-yeni yollarının inşası, mövcud yolların ən müasir səviyyəyə çatdırılması isə ilk növbədə, əhalinin sosial məsələlərinin həlli baxımından olduqca vacib əhəmiyyətə malikdir.Cəlilabad və Yardımlı rayonları arasında yeni bir bağlantı yaradan 72 km uzunluğa malik Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi də məhz buna hesablanıb.46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimovun bu yolun çəkilməsində çox zəhmətləri olmuşdur.

Cəlilabadda bütün yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Cəlilabad Yol Tikinti İdarəsi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Tikinti layihəsinə uyğun olaraq yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq çiyin hissələrin xüsusi materialla bərkidilməsi, 28 min paqon-metr uzunluğunda küvet hissələrin avtoqreyderlə açılması da görülür.

Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 280 min kv.m sahədə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından yol əsasının inşası, həmçinin xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri də aparılır. Yolun 175 min kv.m sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənir.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik 154 paqon-metr uzunluğunda dəmir-beton dairəvi suötürücü borular quraşdırılır və izolyasiya olunur. Bundan başqa yol boyu istismara yararsız körpü məhəccərləri də yeniləri ilə əvəz olunur.

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir.Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.Heç bilirsiniz kimə şər atırsınız? Şər atdıgınız adam millətimizin yətişdirdiyi bir ziyalıdır. Şər atdığınız adam sıradan bir şəxs dəyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. Bəli, o, əsl Vətən daşıdır. Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında vərə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır. 46 saylı yol istismar sahəsinin rəisi Xudayar Rəhimov yeganə məmurdur ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər. eganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu,korona virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayaq.Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun!

Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər İsmayıllı Cəlilabad rayonunda da Xudayar Rəhimovun rəhbərliyi ilə uğurla davam etdirilir.46 saylı Yol İstismar idarəsinin rəisi Xudayar Rəhimovun uğurlu xidmətləri sayəsində Cəlilabad rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub. Bu rayona gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir.

Xudayar Rəhimovun rəhbərliyi ilə Cəlilabad rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün Xudayar müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki,Xudayar Rəhimovun güclü idarəetmə bacarığı sayəsində 46 saylı Yol İstismar idarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Xudayar Rəhimovun kollektivi Cəlilabadda yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Cəlilabad rayon sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.

46 saylı Yol İstismar idarəsinin uğurları göz qabağındadır.
Xudayar Rəhimov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir . Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Xudayar müəllimin həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.

Xudayar müəllim və kollektivinə "İqtisad.Org" xəbər portalı olaraq uğurlar arzu edir, müvəffəqiyyətlər diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Hər bir peşə gözəldir, Rauf Ağayev kimi direktorlar olan yerdəNeft kəskin bahalaşıbİrana səfər etməyin şərtləri açıqlandıPandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoyduAzərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcəkLənkəranda oğul atasını bıçaqlayıbGöyçay sakini dəm qazından zəhərlənərək ölübAzərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"“TikTok”un bənzərinin sınaqları başladıAllahşükür Paşazadə: "Erməni kilsəsi Avropada yalan təbliğat aparır, öz xalqını müharibəyə sövq edirAzərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcəkNaxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilibStokholmda COVID-19-un üçüncü dalğası başlayıbMN: Komandirlər şəxsi heyətin təhlükəsizlik tədbirlərinə riayət etməsinə görə məsuliyyət daşıyırlarCOVAX Gürcüstana yeni vaksin təklif edibBakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI"Teleradio" İstehsalat Birliyi 17 milyon manatlıq yayım avadanlığı alacaqCozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin rəisinin gördüyü işlər tərifə layiqdir