20 milyon ABŞ dollarını aşan gəlir

20 milyon ABŞ dollarını aşan gəlir
  • 17-01-2021, 16:54
  • 455 dəfə oxunub
Reklam

SOCAR 2016-cı ildə buraxdığı ilk istiqrazlarla qiymətli kağızlar bazarında böyük uğurlara imza atıb və təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan qiymətli kağız statusunu qoruyub saxlayıb.
“SOCAR Capital” şirkətindən verilən məlumata görə, nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri rüblük ödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti kupon ödənişi 18 yanvar tarixində istiqraz sahiblərinin hesablarına köçürüləcək (17 yanvar tarixi qeyri-iş gününə təsadüf etdiyindən, qanuvericiliyə əsasən, növbəti ilk iş günü).
Dörd ildən artıqdır ki, investorlar tərəfindən ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR istiqrazları 18 yanvarda baş tutacaq 2021-ci ilin ilk və ümumilikdə 17-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,25 milyon ABŞ dolları məbləğində gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin toplam qazancı 21 milyon 250 min ABŞ dollarına yüksələcək.
Təkrar bazar əməliyyatları həcminin 195 milyon ABŞ dollarını aşması, bağlanmış əqd sayının 2 300-ü ötməsi, Bakı Fond Birjasında ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 37 milyon ABŞ dollarına çatması SOCAR istiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.
İstiqraz sahibləri vəsaitə ehtiyac duyduqda istiqrazlarını satmadan, REPO əməliyyatı etməklə, qısamüddətli vəsait cəlb edə, eləcə də istiqrazlarını bankda girov qoyaraq, sərfəli şərtlərlə kredit götürə bilərlər. Bu hallarda faiz gəlirləri itmir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2021-ci ilin 17 aprel tarixində baş tutacaq. Ətraflı məlumat üçün 19 99 nömrəsi investorların daim xidmətindədir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezidentin köməkçisi: "20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinin ayrılmaz hissəsidir"Yeni icra başçısı kollektivə təqdim olunubSəudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıbStrasburqda jurnalistlər Makrona etiraz əlaməti olaraq mətbuat konfransını tərk ediblərBayden Rusiyanı indiyə qədər görünməmiş sanksiyalarla hədələyibMehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edibQanlı 20 Yanvar faciəsindən 32 il ötürTeymur Musayev səhiyyə naziri təyin edilibDövlət qurumlarında işləyən daha bir qrup şəxsin maaşları artırılıb - QƏRARBaş Prokurorluq özbaşına tikinti işləri aparan şəxslərə xəbərdarlıq edibQubadlıda DSX-nin yeni qərargah bina­sı istifadəyə verilibXİN-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir başlayıbDİN Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edibSaytlara və qəzetlərə maliyyə dəstəyi ilə bağlı müsabiqənin nəticələri açıqlanıbAzərbaycan neftinin qiyməti 90 dolları keçib“Qara qızıl” 1 %-dən çox bahalaşıb"Azərsu" Müştəri İnformasiya Sistemləri proqramının tətbiqini yekunlaşdırıbİmişlidə axtarışda olan qadın narkotacir saxlanılıbBakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölübBu gün Türkiyə hökuməti Ermənistanla danışıqların nəticələrini müzakirə edəcəkAzərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıbÇingiz Əsgərov hakimlərin sayının az olması ilə bağlı iddialara münasibət bildirib