İşinin peşəkarı və saf əqidəli insan - Bəhruz Şirəliyev

İşinin peşəkarı və saf əqidəli insan - Bəhruz Şirəliyev
  • 15-01-2021, 00:00
  • 339 dəfə oxunub
Reklam

İnsanların dünyada normal həyat sürməsi və fəaliyyət göstərməsi üçün bir çox amillərin yerində olması vacibdir. Bunların ən başlıcası insanların sağlamlığıdır. İnsan bədəni sağlam olmadıqca heç bir normal fəaliyyətdən və inkişafdan söz gedə bilməz.Səhiyyə sistemləri hədəf əhalinin tibbi ehtiyaclarını ödəmək üçün yaradılmış qurumlardır. Onların xüsusiyyəti və tərkibi ölkələrdən asılı olaraq dəyişir. ÜST-ün açıqlamasına əsasən yaxşı fəaliyyət göstərən səhiyyə sistemi güclü maliyyə mexanizminə, müvafiq təhsil görmüş və rəqabətli şəkildə ödənilən işçi qüvvəsinə, qərarlar və qanunlar hazırlamaq üçün etibarlı məlumata, lazımi infrastruktura və keyfiyyətli dərmanlar və texnologiyalara malik olmalıdır.Məsələ hazırda dünyanın bütün ölkələrində yayılaraq ümumən bəşəriyyəti təhdid edən COVID-19 koronavirus infeksiyasının yaratdığı qlobal problemlərlə bağlıdır. Belə bir xəstəliyin törətdiyi çətinliklərdən sonra indi hər kəs insan səhhətinin, Yer üzündə hamımız üçün sağlam bir mühitin yaradılmasının, xəstəliklərə qarşı birgə mübarizənin nə qədər mühüm zərurət olduğunu hiss edir. Eyni zamanda, həkim və ümumən tibb işçisi sənətinin necə çətin və məsuliyyətli bir iş olduğunu da hər kəs anlayır. Bu sahədə çalışan insanların başqalarının həyatını xilas etməkdən ötrü göstərdikləri fədakarlıqları, qəhrəmanlıqları hamı alqışlayır.

Ölkəmizdə üstünlü, keyfiyyəti, müştərilərə diqqət və onlar qarşısında məsuliyyətli davranışı və ən əsası komanda işi ilə seçilən “Zeytun Pharmaceuticals” 9 oktyabr 2014-cü ildə "Sağlamlığınızı Düşünən Apteklər Şəbəkəsi" şüarı ilə fəaliyyətə başlamışdır.“Zeytun Pharmaceutikals” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 600 manat, qanuni təmsilçisi isə Bəhruz Şirəliyev Əvəz oğludur.

“Zeytun Pharmaceuticals” qısa müddət ərzində peşəkar heyəti və təqdim etdiyi yüksək keyfiyyətli preparatlar, habelə xidmətlər sayəsində Azərbaycanın əczaçılıq sektorunda aparıcı mövqe qazana bilmiş və istehlakçıların etimad göstərdiyi br şirkətə çevrilmişdir. Şirkətin məqsədi idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə Azərbaycanın səhiyyə sisteminin həm dövlət, həm də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmət göstərməkdir. Bu ali missiyanı ən yüksək səviyyədə reallaşdırmaqdan ötrü şirkətin əməkdaşları yorulmadan çalışır. Şirkət portfelinə daxil olan əczaçılıq məhsullarının hər bir Azərbaycan vətəndaşının sağlam həyatı üçün ələçatımlı olmasını təmin etməkdən ötrü fəaliyyət çevrəsini təkcə Bakı şəhəri ilə məhdudlaşdırmayaraq Azərbaycanın bütün bölgələrini əhatə edir. Avtomobillərdən ibarət olan logistika mərkəzi "Zeytun Pharmaceuticals" -ın bütün ölkə boyu tərəfdaşlarının təchizatı işini operativ və keyfiyyətli şəkildə qurmasına zəmin yaradır. Bu gün Zeytun Pharma şirkəti Novartis, Sanofi, Abbott, Abdi İbrahim, Berlin Chemie, Santen, EVER, Takeda, EGIS, Actavis, Worwag, Sanovel, Nycomed, KRKA, Sandoz və s. bu kimi nəhəng istehsalçılarla sıx əməkdaşlıq edir və portfelinə yeni tərəfdaşları əlavə etməkdə davam edir.Müştəri məmnuniyyəti istiqamətində məhsul və xidmətlərin hüquqi qaydalara uyğun olaraq müştərilərinə ehtiyac və istəklərini tam qarşılamaq və etibarlı təşkilat imicini qorumaq üçün bu şirkət əlindən gələni edir. Müştəri məmnuniyyətini sadəcə sifariş zamanı deyil, sifariş sonrası da ən yüksək səviyyədə saxlanılır. Lazım olduqda "Zeytun Pharmaceuticals" şirkətinin əczaçıları xəstələr üçün xüsusi sifarişlə dərmanlar hazırlaya bilirlər. Misal olaraq, xərçəng xəstəliyinin müalicəsi üçün məhz xəstə qəbul etməzdən əvvəl hazırlanmalı olan məlhəmləri və ya onkoloji dərmanları göstərmək olar.

"Zeytun Pharmaceuticals" şirkəti bir çox tenderlərin qalibi də olmuşdur. Bunlardan yaxın vaxtlarda olan yüksək məbləğli tenderləri sizə təqdim edirik:
Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi COVİD-19 un təyin olunması üçün testin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC olmuşdur .

"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan, bəzi dövlət və tədbirlər proqramlarında istifadə olunan dərman vasitələrinin satınalınması 5 milyon 207,8 min manatlıq tenderin qalibi olmuşdur.

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi koronavirus infeksiyasının müalicəsində istifadə olunan dərmanlarla bağlı 692 011 manatlıq tenderin qalibi olmuşdur.

Bu qədər yüksək keyfiyyətli işlərin görülməsinə başçılıq edən Bəhruz Şirəliyev hər zaman öz işində peşəkarlığı ilə seçilən rəhbərlərdən biridir. Təcrübəli biri kimi fəaliyyət göstərən Bəhruz Şirəliyev rəhbərlik etdiyi kollektivlərdə dərin hörmət qazanmış, işinin öhdəsindən bacarıqla gələn, təcrübəli mütəxəssis kimi özünü doğrultmuşdur.Cəmiyyətdə dəyişiklik etmək, uzun illər formalaşmış stereotiplərə qarşı mübarizə aparmaq üçün təbliğ edəcəyin ideyanın dönüş yaradacağına inanmalı, bu yolda inadkarlıq nümayiş etdirməlisən. Güc isə hər zaman birlikdədir. Elə Bəhruz müəllim də hər zaman öz mübarizəsində apardığı düzgün islahatlar nəticəsində istər müştərilərin istərsə də əməkdaşlıq etdiyi bütün şirkətlərin diqqətini cəlb etməyi bacarmışdır.Arxasında dayanan gücə bir sözlə xalqının ona verdiyi inama arxalanaraq, təbliğ etdiyi fikrin faydalı olacağına şübhə etmir. Bir sözlə, Bəhruz müəllim ona görə yeniliklərə qucaq açır, ona görə yaxşını tətbiq edir ki, qazananın hər zaman insanlara düzgün xidmət olacağına inanır.
Bəhruz Şirəliyev sahibkarlığın inkişaf etdirilməsində dövlət başçımızın, cənab İlham Əliyevin qoyduğu bütün tələbləri məsuliyyətlə həyata keçirtməkdir.
Bəhruz Şirəliyev bu gün respublikamızın səhiyyə, əczaçılıq sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, rəhbərlik etdiyi kollektivdə də bir rəhbər kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində rəhbərlik etdiyi apteklər şəbəkəsi peşəkar, öz işinin öhdəsindən layiqincə gələn sağlamlığımızın qeydinə qalan kadr potensialı toplanmışdır.
Bəhruz Şirəliyevin çoxillik iş təcrübəsi, aşağıdan yuxarıyacan bütün vəzifə pillələrini ardıcıllıqla keçməsi, işə vicdanlı münasibəti, hər bir işçinin hüquqlarının qorunması və sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqətin nümunəvi təşkil olunması və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır.
Bəhruz Şirəliyev, 2020-ci il sentyabrın 27-i başlayan Qarabağ uğrunda gedən Vətən müharibəsi zamanı həmişə əsgərlərimizin yanında olmuş, onların ailələrinin təminatında yardımçı olmuşdur. Həmçinin qazi, şəhid ailələrinə öz maddi-mənəvi yardımını əsirgəməmişdir.


Bəli, bu gün isğaldan azad edilmiş torpaqlarımızda artıq quruculuq işlərinə start verilmişdir. Varlığından əsər-əlamət qalmayan şəhər, kənd, qəsəbələrimizin yenidən salınmasına artıq cənab Prezidentimiz, Ali Baş Komandanın əmri ilə başlanılmışdır. Bəhruz müəllim arzu edirik ki , həmin o torpaqlarda hər zaman insanların sağlamlığını düşünərək yaratdığınız “Zeytun Pharmaceutikals” MMC şirkətinin filialları işə başlasın. Sizə hər zaman işlərinizdə uğur və nəailiyyətlər diləyirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Hər bir peşə gözəldir, Rauf Ağayev kimi direktorlar olan yerdəNeft kəskin bahalaşıbİrana səfər etməyin şərtləri açıqlandıPandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoyduAzərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcəkLənkəranda oğul atasını bıçaqlayıbGöyçay sakini dəm qazından zəhərlənərək ölübAzərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"“TikTok”un bənzərinin sınaqları başladıAllahşükür Paşazadə: "Erməni kilsəsi Avropada yalan təbliğat aparır, öz xalqını müharibəyə sövq edirAzərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcəkNaxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilibStokholmda COVID-19-un üçüncü dalğası başlayıbMN: Komandirlər şəxsi heyətin təhlükəsizlik tədbirlərinə riayət etməsinə görə məsuliyyət daşıyırlarCOVAX Gürcüstana yeni vaksin təklif edibBakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI"Teleradio" İstehsalat Birliyi 17 milyon manatlıq yayım avadanlığı alacaqCozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin rəisinin gördüyü işlər tərifə layiqdir