Sabunçu rayon sakinləri kommunal təsərrüfat birliyinin işindən razıdırlar

Sabunçu rayon sakinləri kommunal təsərrüfat birliyinin işindən razıdırlar
  • 15-01-2021, 00:00
  • 241 dəfə oxunub
Reklam

Ölkə Prezidenti İlham Əliyev cənablarının “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı fərman dövlət proqramı səviyyəsində bütün bölgələrdə olduğu kimi, Bakı şəhərinin Sabunçu rayonunda da uğurla həyata keçirilir. Bunu adicə Sabunçu rayonunun ümumi mənzərəsində görmək çox asandır. Belə ki, rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Anar Qalayevin rəhbərliyi altında geniş miqyaslı abadlaşdırılma işləri həyata keçirilir. Bununla yanaşı, rayonun bütün məhəllərində təmizlik, abadlıq və səliqə-səhman ötən illərdən fərqli olaraq göz oxşayır.

Bir qayda olaraq, soyuq qış aylarında mənzil-kommunal təsərrüfatlarının işi də xeyli artır və çətinləşir. Etiraf edək ki, soyuq hava şəraiti özü artıq fiziki işi, xüsusən də açıq küçə şəraitində görülməsi tələb olunan işləri xeyli çətinləşdirir. Lakin Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Anar Qalayev qurumun bütün strukturların səmərəli işini təmin edə bilib.

Yerli İcra həkimiyyətinin dəstəyi ilə Anar müəllim xalqın ona olan inamını bir daha da doğruldur. Faktiki olaraq rayon sakinləri Anar müəllimin gördüyü bu uğurlu işlərdən tamamilə razıdır. Rayon İcra Hakimiyyəti ilə birlikdə mütəmadi olaraq, xüsusi reydlər keçirilir və əhalinin qaldırdığı problemləri dinləyərək onların qısa zaman kəsimində həllinə çalışılır. Ona görə də, Anar müəllim rayonda böyük hörmət sahibi kimi xalq tərəfindən çox sevilir. Sabunçu rayonu ərazisində yeni salınan parklar və yaşıllıq zolaqları göz oxşayır.

Sabunçu rayonunun gün-gündən çiçəklənməsinin sirri də bundadır. Ona görə ki, Anar Qalayev kimi işinin öhdəsindən bacarıqla gələ bilən idarə rəhbəri burada çalışır.
Anar müəllim keçmişdən miras qalmış steorotiplərdən uzaq bir şəxsiyyətdir. O, daim yeniliyə can atır. Məsul olduğu sahənin inkişafı istiqamətində daim yeni planlar qurur və yerli İcra Hakimiyyəti və bələdiyyənin dəstəyi ilə onları həyata keçirir. Çünki, kollegial iş prinsipi ilə çalışamaqla bütün bu uğurlara imza atır.
Fikrimizcə, digər rayonların mənzil kommunal təsərrüfatı idarələrinin işçilərinin Anar müəllimin təcrübəsini öyrənmələrinə böyük ehtiyac vardır. Sabunçu rayonunun tanıyan adamlar indi özləri də mat-mətəəl qalırlar ki, qısa bir zaman kəsimində bu uğurlara necə nail olundu. Halbuki, Anar Qalayev öz işini dərindən bilən və yerli sakinlərdən ibarət iş qaydalarını tətbiq etməklə buna nail ola bilibdir. Çünki rayon sakinləri doğma rayonlarının sürətli inkişafında daha maraqlı tərəf olduqları üçün Anar müəllimin daim tövsiyələrinə əməl edirlər. İnanırıq ki, Anar Qalayev Sabunçu rayonunda bundan sonra daha böyük uğurları əldə edəcəkdir. Bu gün əldə olunan uğurlar həm onun, həm də rayon İcra Hakimiyyətinin birgə səytləri nəticəsində baş vermişdir. Anar müəllimin yorulmaq bilmədən çalışması həm də dövlət quruculuğumuza olan inamı daha da artırır. Başdan başa abadlaşan Sabunçu rayonu indi hamı üçün bir örnək mənbəyidir.

Biz də "İqtisad.Org" müstəqil xəbər portalı olaraq Anar müəllimə və kollektivinə gördüyü işlərə görə dərin təşəkkürlərimizi bildirir, hər zaman uğurlar arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıbFHN: Badamdarda sürüşmə hadisəsi baş veribMehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"Axtarışda olan Biləsuvar sakini Bakıda tutulduHacıqabulda istixanada yanğın olubDünyanın ən varlı qadını orta məktəb müəlliminə ərə getdiABŞ-da “qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildiCozef Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider məlum olubİsveçrədə ictimai yerlərdə niqabdan istifadə qadağan olunduBu gün Beynəlxalq Qadınlar GünüdürSuriyada partlayışlar zamanı onlarla dinc sakin həlak olubBakıda qadın başına dəmir düşməsi nəticəsində ölübƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardırSabah Bakıda hava küləkli olacaq, bölgələrə yağış, qar yağacaqBakıda küləklə əlaqədar qaz xətti zədələnib, abonentlərin təchizatında fasilə yaranıbLivanda iğtişaşlar 5 gündür davam edirYasamalda 32 yaşlı şəxs dava zamanı bıçaqladıYaponiyanın ən böyük hava yolları şirkəti haker hücumuna məruz qalıbAvropa İttifaqının qüsurlu qaz layihələrinə xərcləri açıqlandıTürkiyədə bir ayda 78 terrorçu zərərsizləşdirilibQadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcəkPIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu