Elm öyrədən, yol göstərən, qayğıkeş, cəfakeş bir insan - Xudayar Sultanlı.

Elm öyrədən, yol göstərən, qayğıkeş, cəfakeş bir insan - Xudayar Sultanlı.
  • 19-01-2021, 00:09
  • 186 dəfə oxunub
Reklam

Dünyada elə şəxsiyyətlər var ki, onlar öz yaradıcılıqları ilə təkcə bir nəslin deyil, bir neçə nəslin formalaşmasında mühüm rol oynayır. Bu insanlar bütün həyatını müəyyən bir amal üzərində qurur, daim axtarışda olur, öz fəaliyyətləri ilə xalqın yoluna işıq salırlar.
Belə insanlar sanki həyatda özü üçün yox,özgələri üçün yaşayırlar.Bu kimi şəxsiyyətlər zamanın sınağından keçib və zirvədə dayanıblar.
Bu zirvədə dayanmağı bacarmağın özü də bir fədakarlıqdır. Bunu bacaranlar təkcə valideynlərinin övladı olmurlar, onlar bir elin-obanın sevimlisinə çevrilirlər. Belə insanlar xoşbəxtdirlər.

Belə insanlardan biri də, Azərbaycan Dövlət Pedaqoji Univeristeti Cəlilabad filialına rəhbərlik edən dosent, fəlsəfə doktoru Xudayar Sultanlıdır.

Sadəliyi, səmimiliyi, təmkinliyi, nəcibliyi, ciddiliyi ilə həmişə fərqlənən Xudayar Sultanlı həyatda sevimli müəllim, dərin alim, qayğıkeş valideyn, dəyərli ziyalı, etibarlı dost statusunu qazanmışdır. Nə qədər qəribə səslənsə də, belə insanlar haqqında danışmaq istəyəndə söz tapmaq çətinləşir.

Dünyanın hansı nöqtəsindən baxsaq müəllim zirvəsini hər zaman uca görərik. Və bəşəriyyətin nicatının, qurtuluşunun yalnız elm olduğunu bizə təlqin edən insanlara bu gün bütün dünyada təzim edir, onlara sözün əsl mənasında xilaskar kimi baxırlar. Əbəs yerə deməyiblər insanın yaddaşına ona pisi və yaxşını öyrədən ömürlük həkk olur. Müəllim cəmiyyətin memarıdır. Bütün peşə sahibləri nəyisə ərsəyə gətirmək üçün bilik və bacarığını səfərbər edirlər. Müəllimin isə şah əsəri bilik verib sabahına işıq tutduğu, cahillikdən, nadanlıqdan qurtardığı, sözün əsl mənasında, çörək verdiyi mənəm, sənsən, odur, bizik. Yəni bəşəriyyət ona möhtacdır.

Xudayar müəllim dostluqda çox möhkəm, pis gündə adamın arxasında duran, bu yolda heç bir çətinlikdən qorxub çəkinməyən mərd insandır.Bütün varlığı ilə pedaqoji sahəyə bağlı olan, mənəvi-əxlaqi keyfiyyətləri ilə bir çoxlarından seçilən Xudayar müəllim hər zaman öz üzərində yüksək məsuliyyət hiss etmiş, bütün sahələrdə etimadı doğrultmuşdur. Saysız-hesabsız tələbələrə rəhbərlik edən Xudayar Sultanlı hamı tərəfindən qayğıkeş insan, mehriban müəllim-ata, sevimli dosent, fəlsəfə doktoru kimi tanınır.

O, 2011-ci ilin may ayından bu vəzifəyə təyin olunub. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə «Tərəqqi medalı» ilə təltif edilmişdir.
Xudayar müəllim 1964-cü ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almışdır. Hələ məktəb illərindən elmə, təhsilə olan bağlılığı onu ali təhsil almağa və daha sonra təhsilini davam etdirərək alimlik dərəcəsi almağa sövq etmişdir.

Tələbələrinə Vətən uğrunda ölməyi, vuruşmağı, onlara müstəqilliyi qanı bahasına almağı və qorumağı da öyrətməyi peşəkarlıqla bacaran Xudayar müəllim əsl vətənpərvərlik hissləri ilə dolu olan bir şəxsiyyətdir.

Xudayar müəllim anadan müəllim kimi doğulub. Auditoriyada onun sanki “ikinci nəfəsi” açılır. Öyrətdikcə öyrətmək istəyir. Öyrətməkdən həzz alır. Səlis nitqi, analitik qabiliyyəti, hadisələri müqayisəli təhlil etməsi, dialoq və diskussiya ilə dərsi canlandırmaq bacarığı tələbələrin ona valehedici tərzdə qulaq asması ilə nəticələnir. Hələ olmayıb ki, Xudayar müəllim auditoriyadan zəng vurulan anda çıxsın. Hər dəfə dərs bitəndən sonra tələbələrin ona suallar verdiyini və onun da aramla bu suallara cavab verməsini izləmək olar.Adətən, müəllimlər dərsdən çıxanda yorğun görünürlər. Bu Xudayar müəllimə xas deyil. O, auditoriyadan çıxanda sifətində məmnunluq hissi, gözlərində sevinc olur. Çünki o, insanlara nəsə öyrətməkdən həzz alır.Əslən, qəlbən, ruhən müəllim olan yüksək zəkası, istedadı, əxlaqi dəyərləri Xudayar müəllimə ən etibarlı yardımçı durur.Gözünün nurunu, qəlbinin hərarətini sinif otaqlarında şam kimi əridən Xudayar müəllim istər müəllim heyəti istər tələbə istərsə də rayon cammatı tərəfindən sevilir, sayılır.

"İqtisad.Org" xəbər portalı olaraq , biz də bu şərəfli, ləyaqətli, sarsılmaz, uca və məsuiliyyətli peşəsində Xudayar müəllimə uğurlar və müvəffəqiyyətlər diləyir, uzun ömür can sağlığı arzu edirik.



FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıbFHN: Badamdarda sürüşmə hadisəsi baş veribMehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"Axtarışda olan Biləsuvar sakini Bakıda tutulduHacıqabulda istixanada yanğın olubDünyanın ən varlı qadını orta məktəb müəlliminə ərə getdiABŞ-da “qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildiCozef Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider məlum olubİsveçrədə ictimai yerlərdə niqabdan istifadə qadağan olunduBu gün Beynəlxalq Qadınlar GünüdürSuriyada partlayışlar zamanı onlarla dinc sakin həlak olubBakıda qadın başına dəmir düşməsi nəticəsində ölübƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardırSabah Bakıda hava küləkli olacaq, bölgələrə yağış, qar yağacaqBakıda küləklə əlaqədar qaz xətti zədələnib, abonentlərin təchizatında fasilə yaranıbLivanda iğtişaşlar 5 gündür davam edirYasamalda 32 yaşlı şəxs dava zamanı bıçaqladıYaponiyanın ən böyük hava yolları şirkəti haker hücumuna məruz qalıbAvropa İttifaqının qüsurlu qaz layihələrinə xərcləri açıqlandıTürkiyədə bir ayda 78 terrorçu zərərsizləşdirilibQadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcəkPIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu