Mehman İsmayılovun sədrliyi altında İmişli bələdiyyəsi öz inkişaf dövründədir

Mehman İsmayılovun sədrliyi altında İmişli bələdiyyəsi öz inkişaf dövründədir
  • 14-01-2021, 01:07
  • 58 dəfə oxunub
Reklam

Bələdiyyələr vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunur. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna doğru uğurla addımlayan Azərbaycanın bu sahədə də nailiyyətləri kifayət qədərdir. Azərbaycanda bələdiyyə institutunun təkmilləşdirilməsi, yerli özünüidarə orqanlarının fəaliyyətinin artırılması diqqət mərkəzindədir. Bu sahədə dövlət, vətəndaş cəmiyyətləri və eləcə də bələdiyyələrin özləri əhəmiyyətli tədbirlər həyata keçirirlər.
Bir çoxlarının düşündükləri kimi bələdiyyələr bu gün respublikada formal yaradılan fəaliyyətsiz və yalnız icra strukturlarının tapşırıqlarını yerinə yetirən orqanlar deyil. Bu fikirlər reallığı əks etdirmir və əsassızdır. Sözsüz ki, bir çox bələdiyyələrin fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Ancaq bu nöqsanları yerli özünüidarə orqanlarının hamısına şamil edib onları fəaliyyətsiz bir qurum kimi qələmə vermək düzgün olmaz. Əlbəttə, bu əsassız fikirləri bələdiyyə institutu ilə yaxından tanış olmayan, yerlərdə keçirilən tədbirləri görməyən və izləməyən insanlar söyləyirlər. Ancaq bir çox bələdiyyələrin fəaliyyətini təhlil edib onların işi ilə yaxından tanış olanda başqa bir mənzərə yaranır.

Bu günki söhbət açacağımız İmişli rayon bələdiyyəsi Mehman İsmayılovun sədrliyi altında İmişlidə bir çox dəyişiklər olunur və abadlaşdırma işləri görülür. Nəzərinizə çatdıraq ki İmişli rayonunda bələdiyyə sistemi 1999-cu ildın yaradılmışdır.


İmişli rayonunda bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xəttlərinin yenidən qurulması, yeni uşaq bağçası, məktəb, səhiyyə müəssisələrinin tikilməsi, köhnələrinin əsaslı təmir olunması, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması, ağac və bəzək kollarının əkilməsi, şəhid əlil və aztəminatlı ailələrə maddi yardım verilməsi sahəsində mühüm işlər görülmüşdür.

Sözün əsl mənasında İmişli  bələdiyyəsi Mehman İsmayılovun sədrliyi ilə bu gün inkişaf mərhələsindədir. Bələdiyyə öz fəaliyyətində ərazinin təmizliyi üçün əlindən gələni əsirgəmir.

İmişli bələdiyyəsi tərəfindən kəndarası yollara çınqıl daşınıb-yayılmışdır.2020-ci il ərzində ötən illərdə yol kənarında əkilmiş ting və qazonlar suvarılır.Əhalidən məişət tullantıları yığılıb tullantı paliqonlarına təhvil verilir.İmişlidə yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığın bərpası, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi daima diqqət mərkəzində saxlanılır. Rayonun florasının daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə İmişli şəhərinin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yeni yaşıllıq zolaqları salınmışdır. Belə ki, ərazidəki görkəmini itirmiş ağac və kollar götürülmüş, yaşıllıq ləklərinə yeni münbit torpaq örtüyü tökülərək hamarlanmış və əraziyə xeyli sayda yeni dekorativ ağaclar və gül kolları əkilmişdir. Bununla yanaşı ərazidəki mövcud yaşıllıqlara aqrotexniki qulluqlar göstərilir və yaşıllıqların artırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, İmişli rayonu ərazisində yaşıllıq zolaqlarının salınması İmişli şəhərinin simasının daha da gözəlləşməsi və sakinlərin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

Günün tələbləri səviyyəsində öz işini qurmağı bacaran bələdiyyə qurumlarından biri olan İmişli rayonunda bələdiyyə sədri Mehman İsmayılov  birdirir ki, yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin fəaliyyəti xeyli inkişaf etmişdir. Kənd camaatının sosial rifahının yaxşılaşması üçün şərait yaradan bələdiyyə sədri bundan sonra da köməyə ehtiyacı olan insanlardan qayğısını əsirgəməyəcəyini söyləyir.


Məhz milli liderin tövsiyyəsi və xeyir-duası ilə formalaşan və fəaliyyətə başlayan bələdiyyələr artıq 20  ildən çoxdur ki, yerli özünüidarəetmə qurumu kimi özünü təsdiq etməkdədir. Ötən illərin təcrübəsi onların təşəkkül taparaq əhali arasında yüksək nüfuz qazanmasını şərtləndirib. Biz də öz növbəmizdə İmişli bələdiyyəsinin sədri Mehman İsmayılova və onun kollektivinə uğurlar diləyirik

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Hər bir peşə gözəldir, Rauf Ağayev kimi direktorlar olan yerdəNeft kəskin bahalaşıbİrana səfər etməyin şərtləri açıqlandıPandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoyduAzərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcəkLənkəranda oğul atasını bıçaqlayıbGöyçay sakini dəm qazından zəhərlənərək ölübAzərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"“TikTok”un bənzərinin sınaqları başladıAllahşükür Paşazadə: "Erməni kilsəsi Avropada yalan təbliğat aparır, öz xalqını müharibəyə sövq edirAzərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcəkNaxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilibStokholmda COVID-19-un üçüncü dalğası başlayıbMN: Komandirlər şəxsi heyətin təhlükəsizlik tədbirlərinə riayət etməsinə görə məsuliyyət daşıyırlarCOVAX Gürcüstana yeni vaksin təklif edibBakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI"Teleradio" İstehsalat Birliyi 17 milyon manatlıq yayım avadanlığı alacaqCozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin rəisinin gördüyü işlər tərifə layiqdir