Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir - Rüxsarə Əliyeva

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir  - Rüxsarə Əliyeva
  • 21-01-2021, 21:27
  • 155 dəfə oxunub
Reklam

Hər bir insanın ömür yolunu onun mənəvi dünyası, gördüyü işlər, əməllər müəyyən edir. Biz hər zaman bütün peşələrin gözəlliyindən danışsaq da, amma nədənsə müqəddəs və şərəfli peşə dedikdə hər kəsin ağlına ilk olaraq müəllimlik peşəsi gəlir. Müəllimlik peşəsi ona görə müqəddəsdir ki, bütün peşələrin məktəbi müəllimlə başlayır, müəllim o peşələrə yiyələnməyin yollarını insanlara öyrədir, əxz edir. Dünyanın hansı nöqtəsindən baxsaq müəllim zirvəsini hər zaman uca görərik. Və bəşəriyyətin nicatının, qurtuluşunun yalnız elm olduğunu bizə təlqin edən insanlara bu gün bütün dünyada təzim edir, onlara sözün əsl mənasında xilaskar kimi baxırlar. Əbəs yerə deməyiblər insanın yaddaşına ona pisi və yaxşını öyrədən ömürlük həkk olur. Müəllim cəmiyyətin memarıdır. Bütün peşə sahibləri nəyisə ərsəyə gətirmək üçün bilik və bacarığını səfərbər edirlər. Müəllimin isə şah əsəri bilik verib sabahına işıq tutduğu, cahillikdən, nadanlıqdan qurtardığı, sözün əsl mənasında, çörək verdiyi mənəm, sənsən, odur, bizik. Yəni bəşəriyyət ona möhtacdır.

Xalqını, Vətənini sevərək milli-mədəni irsimizə hörmətlə yanaşan, respublikamızda savadlı tələbələr yetişdirən,təhsil sisteminin inkişafında bilikli  kadrların hazırlanmasında əvəzsiz xidməti olan Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüxsarə Əliyevanın sayəsində kollecdə əlverişli təhsil mühiti formalaşdırılıb, hər şey uğurlu nəticəyə hesablanıb.

Nəzərinizə çatdıraq ki, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Plan-Uçot Texnikumunun bazasında yaradılmışdır. 11 iyul 2020-ci ildə isə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır :

*Ailə və ev təhsili;

*Məktəbəqədər təlim və tərbiyə;

*Kitabxana-informasiya təminatı;

*Arxiv işi və kargüzarlığ;

*Mühasibat uçotu;

*Maliyyə işi;

*Bank işi;

*Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə;

Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Rüxsarə Əliyeva vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.Kollecdə kiçik mütəxəssislərin hazırlanması üçün dövrün tələbləri ilə ayaqlaşan maddi-texniki baza və ixtisaslı müəllim heyəti vardır. Kollec şəhərin sənaye müəssisələri, təşkilatları, elmi ocaqlar, təhsil müəssisələri ilə işgüzar əlaqələr saxlayır, tələbələrin aldıqları nəzəri biliklərin təcrübədə möhkəmləndirilməsində onların köməyindən istifadə edir.

Kollecdə təlim-tərbiyə işlərinin təhsildə aparılan islahatlara, təhsil qanunun tələblərinə müvafiq səviyyədə aparılmasına, məzunların mütəxəssis kimi yerləşdirilməsinə ciddi fikir verilir. Respublika Təhsil Nazirliyinin əmrləri, göstərişləri, təlimatları dəqiq və vaxtında yerinə yetirilir. Təhsil Nazirliyinin Təhsil problemləri İnstitutu, Azərbaycan Müəllimlər İnstitutu ilə müntəzəm əlaqə saxlanılır, normativ tədris sənədləri blankları alınır, tədris planları və dərs proqramları üzərində birgə iş aparılır, müəllimlərin ixtisasartırma kursunda iştirakları təmin edilir.

Ümumiyyətlə, kollecdə gələcək orta ixtisaslı kadrların hazırlanmasında pedaqoji kollektivin hər bir üzvü öz bilik və bacarığını əsirgəmir, müstəqil Azərbaycanın gələcəyi naminə bütün işləri günün tələbləri səviyyəsində qurmağa calışılır.

Respublikamızın hər yerində olduğu kimi,İqtisadiyyat və Humanitar Kollecində də xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur. Karantin rejimi müddətində isə tələbələrin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” devizi ilə onlayn dərslər keçirilib. Bütün ixtisaslar daxil olmaqla əksər müəllimlər elektron kabinetlərinə daxil olaraq onlayn dərslərə qatılıblar.

Təbii ki, bu sadaladıqlarım bütün müsbət özəlliklər kollecin direktoru olan Rüxsarə Əliyevanın başçılığı altında, tam məsuliyyətlə görülüb.

Rüxsarə Əliyevanın rəhbərlik etdiyi Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində də daim müəllimlərin və tələbələrin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Rüxsarə müəllimənin böyük zəhməti vardır .
Bizdə bu çətin və şərəfli işində Rüxsarə Əliyevaya və bütün müəllim kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.


Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir  - Rüxsarə Əliyeva

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıbFHN: Badamdarda sürüşmə hadisəsi baş veribMehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"Axtarışda olan Biləsuvar sakini Bakıda tutulduHacıqabulda istixanada yanğın olubDünyanın ən varlı qadını orta məktəb müəlliminə ərə getdiABŞ-da “qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildiCozef Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider məlum olubİsveçrədə ictimai yerlərdə niqabdan istifadə qadağan olunduBu gün Beynəlxalq Qadınlar GünüdürSuriyada partlayışlar zamanı onlarla dinc sakin həlak olubBakıda qadın başına dəmir düşməsi nəticəsində ölübƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardırSabah Bakıda hava küləkli olacaq, bölgələrə yağış, qar yağacaqBakıda küləklə əlaqədar qaz xətti zədələnib, abonentlərin təchizatında fasilə yaranıbLivanda iğtişaşlar 5 gündür davam edirYasamalda 32 yaşlı şəxs dava zamanı bıçaqladıYaponiyanın ən böyük hava yolları şirkəti haker hücumuna məruz qalıbAvropa İttifaqının qüsurlu qaz layihələrinə xərcləri açıqlandıTürkiyədə bir ayda 78 terrorçu zərərsizləşdirilibQadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcəkPIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu