Alimlər: İqlim dəyişikliyi COVID-19 pandemiyasının yaranmasına səbəb olub

Alimlər: İqlim dəyişikliyi COVID-19 pandemiyasının yaranmasına səbəb olub
  • 6-02-2021, 16:57
  • 24 dəfə oxunub
Reklam

Böyük Britaniya, Almaniya və ABŞ-dan olan alimlər ilk dəfə Çinin cənubunda və yaxın ərazilərdə ətraf mühit dəyişikliyi mexanizmlərinin yeni növ koronavirusun (SARS-CoV-2) yaranması üçün ilkin mənbə olan yarasaların növ müxtəlifliyində kəskin artıma səbəb ola biləcəyini ortaya çıxarıblar.
Tədqiqatın nəticələri “Science of Total Environment” jurnalında dərc olunub.
Qlobal iqlim dəyişikliyi – temperaturun artması, atmosferdə günəş işığının və karbon qazının miqdarının artması dünyanın bir çox bölgəsində bitki tərkibini və heyvanların təbii yaşayış yerini dəyişdirib.
Çinin cənubunda və qonşu Myanma və Laosun sərhədə yaxın ərazilərində aparılan genişmiqyaslı ekoloji araşdırma son yüzillikdə bu regionda bitki örtüyünün tərkibində əhəmiyyətli dəyişikliklər olduğunu üzə çıxarıb. Bu, göstərilən ərazilərdə yarasaların yaşaması üçün əlverişli şərait yaradıb.
Yarasaların populyasiyasında yaranan yeni virusların sayının birbaşa bu heyvanların yerli növlərinin sayından asılı olduğu məlumdur. Alimlərin hesablamalarına görə, təkcə Yunnan vilayətində ötən əsrin əvvəllərindən bəri 40 yeni yarasa növü meydana gəlib və onların potensial olaraq özləri ilə 100 növ koronavirus gətirdiyi təxmin edilir. İstiləşmə və bununla əlaqədar tropik meşələrin sürətlə artması səbəbindən bu region, tədqiqatçıların fikrincə, yeni zoonoz patogenlərin meydana çıxması üçün “qlobal qaynar nöqtə” halına gəlib.
Son yüz il ərzində temperatur, yağıntı və buludluluq müşahidələrindən alınan məlumatlara əsasən, müəlliflər dünyanın bir əsr əvvəlki bitki örtüyünün xəritəsini tərtib ediblər. Daha sonra onlar 1900-cü illərin əvvəllərində yarasaların qlobal yayılmasını təyin etmək üçün müxtəlif yarasa növlərinin bitki tələbatları barədə məlumatlardan istifadə ediblər. Alınmış xəritəni mövcud yayılma ilə müqayisə etmək alimlər yarasaların növ müxtəlifliyinin son bir əsrdə dünyada necə dəyişdiyini görməyə imkan verib.
Alimlərin hesablamalarına görə, dünyada yarasaların populyasiyasında bu gün təxminən 3 min növ koronavirus var. Bu heyvanların hər növü orta hesabla 2,7 koronavirus daşıyır. Yarasaların daşıdığı koronavirusların çoxu insanlara ötürülmür. Ancaq konkret bir bölgədə yarasalar növlərinin sayındakı artım orada insanlar üçün təhlükəli patogenin ortaya çıxma ehtimalını artırır.
Tədqiqat göstərib ki, son bir əsrdə iqlim dəyişikliyi Mərkəzi Afrika regionlarında və Mərkəzi və Cənubi Amerikanın bəzi bölgələrində yarasa növlərinin artmasına səbəb olub.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Hər bir peşə gözəldir, Rauf Ağayev kimi direktorlar olan yerdəNeft kəskin bahalaşıbİrana səfər etməyin şərtləri açıqlandıPandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoyduAzərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcəkLənkəranda oğul atasını bıçaqlayıbGöyçay sakini dəm qazından zəhərlənərək ölübAzərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"“TikTok”un bənzərinin sınaqları başladıAllahşükür Paşazadə: "Erməni kilsəsi Avropada yalan təbliğat aparır, öz xalqını müharibəyə sövq edirAzərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcəkNaxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilibStokholmda COVID-19-un üçüncü dalğası başlayıbMN: Komandirlər şəxsi heyətin təhlükəsizlik tədbirlərinə riayət etməsinə görə məsuliyyət daşıyırlarCOVAX Gürcüstana yeni vaksin təklif edibBakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI"Teleradio" İstehsalat Birliyi 17 milyon manatlıq yayım avadanlığı alacaqCozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin rəisinin gördüyü işlər tərifə layiqdir