Şəki Təhsili əmin əllərdədir.

Şəki Təhsili əmin əllərdədir.
  • 5-01-2021, 00:21
  • 287 dəfə oxunub
Reklam

Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər.Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şəki Rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovadır. Vətənə ləyaqət nümunəsi sayılacaq təhsil rəhbərlərindən biridir.Hazırda öz vəzifəsini uğurla davam etdirən və Şəki rayonunda təhsilin inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin və cənab nazir Emin Əmrullayevin tapşırıqlarını şərəflə yerinə yetirən şöbə müdiri işlərin yüksək səviyyədə qurulmasına nail olub.

Südabər İsmayılova söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Mümkün və sona qədər səhv yol tutan birini başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar.

Südabər İsmayılova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şəki Rayon Təhsil Şöbəsinin müdiri olması , çoxsahəli professional ,dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Son illər respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da təhsilin inkişaf etdirilməsi, təlim və tərbiyə işinin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində rayonda müasir məktəblər tikilmiş, köhnələri əsaslı şəkildə təmir edilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir.Hər kəsə yaxşı məlumdur ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsil sahəsinin inkişafı hər bir ölkə üçün prioritet istiqamətlərdən birini təşkil edir. Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycan da təhsil sahəsinin inkişafı istiqamətində məqsədyönlü addımlar atan ölkələr sırasındadır. Bunu son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən də aydın şəkildə görmək olar. Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”larında yeni məktəb tikintisi, təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurulması, məktəblərin maddi-texniki təminatının yaxşılaşdırılması və s. kimi bəndlərin geniş şəkildə yer alması ölkəmizdə təhsil sahəsinə olan diqqətin bariz nümunəsidir.

Təhsil sahəsində dövlətin qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətli həlli, təlim-tərbiyə prosesinin daha da yaxşılaşdırılması məqsədilə rayon təhsil şöbəsində əsasli kadr islahatı aparılmışdır. Ötən müddət ərzində görülən işlər, həyata keçirilən tədbirlər haqqında ondan məlumat verməsini xahiş etdik.Südabər İsmayılova qeyd etdi ki,Şəkidə yeni məktəblərin tikintisi geniş vüsət alıb, əlavə sinif otaqlarının inşası, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi və onların maddi-texniki bazasının müasir standartlara uyğunlaşdırlması prosesi ardıcıl şəkildə davam etdirilir. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ötən müddətdə rayon rəhbərliyinin əsas iş istiqamətlərindən biri olub və bütün aidiyyəti təşkilatların potensial gücündən bu vacib sferanın inkişafı üçün maksimum istifadə edilir. Hazırda Şəki Təhsil Şöbəsinin tabeliyində 96 ümumtəhsil məktəbi, o cümlədən 71 tam orta, 22 ümumi orta, 3 ibtidai məktəb, 5 məktəbdənkənar tərbiyyə müəssisəsi fəaliyyət göstərir.

Südabər İsmayılova 1956-cı ildə Bideyiz kəndində anadan olub.1963-1971-ci illərdə əsas təhsili başa vurduqdan sonra Şəki Pedaqoji Texnikumuna qəbul olunub.1975-ci ildə texnikumun əmək – rəsmxətt müəllimi ixtisasını bitirib.Təyinatla Bideyiz kənd məktəbinə ixtisas üzrə müəllim təyin edilib. 1975-1980-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun ÜTF – fizika fakultəsində ali təhsil alıb.1980-cı ildən Bideyiz kənd tam orta məktəbində müəllim, 1995-ci ildən isə həmin məktəbdə direktor vəzifələrində işləyib.2010-cu ilin dekabr ayından Şəki ŞTŞ-nın müdiri vəzifəsinə təyin edilmişdir. I dərəcəli dövlət qulluqçusudur. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 1994-cü ildən YAP-ın üzvüdür. 1996-cı ildən isə YAP Şəki Təşkilatı İdarə Heyətinin üzvüdür.

Respublikamızın hər yerində olduğu kimi, Şəkidə də xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur. Karantin rejimi müddətində isə şagirdlərin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” devizi ilə onlayn dərslər keçirilir. Artıq xeyli müddətdir ki, rayonun şəhər və kənd məktəbləri daxil olmaqla əksər müəllimlər elektron kabinetlərinə daxil olaraq onlayn dərslərə qatılıblar.

Südabər İsmayılovanın rəhbərlik etdiyi Şəki Rayon Təhsil Şöbəsidə daim müəllimlərin və şagirdlərin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Südabər müəllimənin böyük zəhməti vardır .

Bizdə bu çətin və şərəfli işində Südabər müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıbFHN: Badamdarda sürüşmə hadisəsi baş veribMehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"Axtarışda olan Biləsuvar sakini Bakıda tutulduHacıqabulda istixanada yanğın olubDünyanın ən varlı qadını orta məktəb müəlliminə ərə getdiABŞ-da “qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildiCozef Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider məlum olubİsveçrədə ictimai yerlərdə niqabdan istifadə qadağan olunduBu gün Beynəlxalq Qadınlar GünüdürSuriyada partlayışlar zamanı onlarla dinc sakin həlak olubBakıda qadın başına dəmir düşməsi nəticəsində ölübƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardırSabah Bakıda hava küləkli olacaq, bölgələrə yağış, qar yağacaqBakıda küləklə əlaqədar qaz xətti zədələnib, abonentlərin təchizatında fasilə yaranıbLivanda iğtişaşlar 5 gündür davam edirYasamalda 32 yaşlı şəxs dava zamanı bıçaqladıYaponiyanın ən böyük hava yolları şirkəti haker hücumuna məruz qalıbAvropa İttifaqının qüsurlu qaz layihələrinə xərcləri açıqlandıTürkiyədə bir ayda 78 terrorçu zərərsizləşdirilibQadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcəkPIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu