Hər bir uğur hədəfi düzgün seçməklə başlayır - Elmira Ələkbərova

Hər bir uğur hədəfi düzgün seçməklə başlayır - Elmira Ələkbərova
  • 28-01-2021, 00:58
  • 194 dəfə oxunub
Reklam



Suraxanı rayonunda iş sferasını yaxşı bilən, dövlətin təhsil siyasətini öz fəaliyyətində reallaşdırmağı bacaran məktəb rəhbərləri çoxdur. Onlardan biri də Əmircan qəsəbəsində yerləşən 87№li tam orta məktəbin direktoru Elmira Fəxrəddin qızı Ələkbərovadır. Onun rəhbərlik etdiyi məktəbin qabaqcıl iş təcrübəsi dəfələrlə təhsil şöbəsi və Təhsil Nazirliyi tərəfindən öyrənilərək yayılıb.Elmira Ələkbərova təhsil sahəsində səmərəli fəaliyyətinə görə hər zaman məktəb direktorlarının bir çoxusundan seçilib. 87 nömrəli tam orta məktəb 1928-ci ildə yaranmışdır. Əsas binanın 2-ci və 3-cü mərtəbələri 1959-cu ildə istifadəyə verilmişdir. Əlavə korpus 2005-ci ildə tikilib. Məktəb üçmərtəbəlidir. Layihəyə görə məktəbin tutumu 790 şagirdlikdir. Onlardan əsas bina – 550 şagird əlavə bina 240 şagird tutumuna malikdir. Sinif otaqlarının sayı (tədris kabinetləri, laboratoriyalar da daxil edilməklə) 54 otaqdır. 1-4-cü siniflər 12 otaq, 5-11-ci siniflərdə isə 42 sinif otağı var. Məktəb 2 növbəlidir: I növbədə - 899 şagird, II növbədə 978 şagird təhsil alır. Məktəb üzrə 62 sinif var. I-VII siniflər – beş günlük iş rejimi, VIII-XI siniflər – altıgünlük iş rejimi ilə təhsil alır. Məktəb üzrə şagirdlərin sayı 1877 nəfərdir. Onlardan ibtidai siniflər üzrə 842 nəfər, V-IX siniflər üzrə 748 nəfər, X-XI siniflər üzrə 178 nəfərdir. Məktəbdə dərslər 2 təlim dilində keçirilir. Rus bölməsi üzrə 943 nəfər, Azərbaycan bölməsi üzrə 934 nəfərdir.Məktəbin direktoru Elmira Ələkbərova bildirir ki, məktəbin maddi-texniki bazası gücləndirilib: "Əvvəlki məktəb binası bərbad vəziyyətdə idi. Rütubətli və şəraitsiz məktəb binasında dərslər keçilsə də, təhsilin keyfiyyətini təmin etmək mümkün deyildi. Artıq yeni məktəb hazırdır. Elə bunun nəticəsidir ki, qısa müddətdə şagirdlərin də sayı az qala iki dəfəyə qədər artıb.

Valideynlər də məktəb haqqında təəssüratlarını öyrəndik. "Çox şadıq ki, övladlarımız bu cür məktəbdə təhsil alırlar. Məktəbdə fənn müəllimlərinin hamısı var. Bu baxımdan heç bir problem yoxdur. İstilik sistemi olduğu üçün qış aylarında sinif otaqlarının qızdırılmasında da hər hansı bir problem yaşanmır".

Məktəb üç kollektivin – müəllim, şagird və valideyn kollektivlərinin vəhdətindən ibarətdir. Bu kollektivlər ümumi məqsəd uğrunda səylərini birləşdirərək yüksək nəticələr əldə etdikdə inamla yaradıcı vahid kollektivin formalaşdığını təsbit etmək olar. Məktəb elə bir müəssisədir ki, orada formalaşan iş mühiti və üslubu, ilk növbədə, məktəb direktorunun şəxsiyyətindən çox asılıdır. Elə 87 nömrəli tam orta məktəbin direktoru Elmira Ələkbərovanın öz gözəl, düzgün şəxsiyyəti sayəsində bu vəhdət özünü başlca olaraq göstərir.

Məktəbimizdə əldə olunan uğurları güclü və sağlam pedaqoji kollektivin sayəsində qazanmışıq. Qeyd edim ki, məktəbimizdə hər bir müəllim kollektivimiz tərəfindən qəbul olunan vahid geyim formasına keçib və bu, məktəbdə təlim-tərbiyə prosesinə müsbət təsir göstərir. Bu hal şagirdlər üçün də nümunədir.

Məktəbdə, həmçinin, təhsilin keyfiyyətini yüksəltmək üçün xarici dil müəllimlərinin köməyi ilə qabaqcıl ölkələrin təhsil təcrübəsi tərcümə və müzakirə olunaraq öyrənilir.

Gorülən işlərin məntiqi nəticəsi olaraq, məktəbin nüfuzu gündən-günə yüksəlir. İldən-ilə artan uğurlar, güclü potensiala malik müəllim kollektivinin formalaşması, şagirdlərin məktəbə axını isə yeni, müasir və yaradıcı planları həyata keçirməklə, uğurlu məktəb modelini daha da təkmilləşdirməyə Elmira xanımı sövq edir. Bir idarəçi və pedaqoq kimi qarşısına məktəbin respublikanın ən uğurlu məktəblərindən birinə çevirmək vəzifəsi durur. Bu, cəmiyyətin və dövlətin tələbidir. Elmira xanımın və müəllim kollektivinin hədəfi məktəbliyə keyfiyyətli təhsil verməklə, ona davranış, etika və digər qaydaları lazımi səviyyədə öyrətməklə gələcək üçün layiqli vətəndaş yetişdirməkdir. Əmin ki, bu amilləri əsas tutan məktəb qarşıdakı illərdə. təhsilin başlayacağı vaxtlarda daha böyük uğurlar əldə edərək ən uğurlu təhsil ocaqlarından biri kimi nüfuzunu daha da artıracaq.

Respublikamızın hər yerində olduğu kimi, 87№li tam orta məktəb də xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur. Karantin rejimi müddətində isə şagirdlərin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” devizi ilə onlayn dərslər keçirilib. Bütün siniflər daxil olmaqla əksər müəllimlər elektron kabinetlərinə daxil olaraq onlayn dərslərə qatılıblar.

Elmira Ələkbərovanın direktoru olduğu 87№li tam orta məktəbdə də daim müəllimlərin və şagirdlərin qayğısına qalmasında hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu . Təhsildə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Elmira müəllimənin böyük zəhməti vardır .

Bizdə bu çətin və şərəfli işində Elmira Ələkbərovaya və bütün müəllim kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.


FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Hər bir peşə gözəldir, Rauf Ağayev kimi direktorlar olan yerdəNeft kəskin bahalaşıbİrana səfər etməyin şərtləri açıqlandıPandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoyduAzərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcəkLənkəranda oğul atasını bıçaqlayıbGöyçay sakini dəm qazından zəhərlənərək ölübAzərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"“TikTok”un bənzərinin sınaqları başladıAllahşükür Paşazadə: "Erməni kilsəsi Avropada yalan təbliğat aparır, öz xalqını müharibəyə sövq edirAzərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcəkNaxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilibStokholmda COVID-19-un üçüncü dalğası başlayıbMN: Komandirlər şəxsi heyətin təhlükəsizlik tədbirlərinə riayət etməsinə görə məsuliyyət daşıyırlarCOVAX Gürcüstana yeni vaksin təklif edibBakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI"Teleradio" İstehsalat Birliyi 17 milyon manatlıq yayım avadanlığı alacaqCozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin rəisinin gördüyü işlər tərifə layiqdir