Süleyman Mikayılov Qaradağ rayon sakinlərinin etimadını qazanıb

Süleyman Mikayılov Qaradağ rayon sakinlərinin etimadını qazanıb
  • 14-01-2021, 23:17
  • 314 dəfə oxunub
Reklam

Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində Azərbaycan xalqının milli maraqları və rifah halının yaxşılaşdırılması dayanır. Bunun bariz nümunəsi kimi son günlər vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə qəbul olunmuş qərar və sərəncamları misal göstərmək olar.

“Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin”, deyə öz çıxışında bildirən prezident İlham Əliyev icra başçılarının işini hər zaman öz diqqətində saxlayır.

Bu gün ölkə başçısının vətəndaş amilinin önə çəkilməsi siyasəti Qaradağ rayonunda uğurla icra olunur.

Qaradağ rayonu Azərbaycan Respublikasının dövlətçilik tarixində hər zaman xüsusi yeri və çəkisi olan rayonlardan biri olub.

Buna müxtəlif amillər səbəb olub ki, bu amillər içərisində ən əsası, adı çəkilən rayonunun dövlətçiliyimizin qorunub saxlanılması yöndə oynadığı rol, buraxdığı silinməz izlərin varlığıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010 -cı il tarixli Sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Elə həmin vaxtdan da rayonda yeni bir mərhələnin, daha dəqiq desək əsaslı inkişafın başlanğıcı qoyulub.


Bakının hər bir rayonu özünəməxsus cəhətlərinə, göstəricilərinə görə seçilir. Qaradağ rayonu paytaxtın iri və zəngin rayonlarından biridir. Bu rayon son illər sosial-iqtisadi cəhətdən daha çox inkişaf edən inzibati ərazi vahidlərindən biridir. Zaman-zaman adı dəyişdirilən və tarixi ədalətin bərpa edilməsi nəticəsində öz halal adına qovuşan Qaradağ rayonunun ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradıldığı məlumdur. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilib və rayonun əsasının qoyulduğu elan edilib.

Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Bunlar, Lökbatan, Sahil, Qızıldaş, Səngəçal, Ümid, Qobustan, Ələt , Müşfiqabad, Korgöz, Çeyildağ, Puta qəsəbələri daxildir.

Qaradağ rayonunda köhnə binaların yerində yeni binaların tikintisi ilə bağlı pilot layihələr həyata keçirilib. Qeyd edək ki, son illər rayonda xüsusi layihə əsasında planlı şəkildə quruculuq-abadlıq və əsaslı yenidənqurma işlərinin aparılması, sosial infrastruktur layihələrinin icrası Qaradağ rayonunun simasını müasirləşdirib, rayonun küçə və parklarında, yaşayış binalarının həyətlərində, yol kənarlarında on minlərlə ağac və bəzək kolları əkilib.

Onu da bildirək ki, Süleyman Mikayılov ötən illər ərzində vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən və ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən vəzifə sahiblərindən biri olub. Ötən 11 il ərzində Qaradağ rayonunun hər bir problemini diqqətdə saxlayan, xüsusilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə əməli addımlarını atan Süleyman Mikayılov, bu gün də ona göstərilən etimad və etibarı lazımi səviyyədə doğrultmağa çalışır.

Bu işlərin bir parçası kimi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun həm rayonun müxtəlif kənd və qəsəbələrində gördüyü işlər vətəndaşların onlayn fərdi qəbulu və onların problemlərinin dinlənib həll edilməsi durur.

Qaradağ rayonunun sakinlərinin Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun gördüyü bütün işlərdən öz razılığını bildirir.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verir.

Bu gün ölkəmizdə pandemiya ilə bağlı müxtəlif istiqamətlərdə mübarizə aparılmaqdadır. Bu mübarizə bütün dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan, o cümlədən bütün insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Süleyman Mikayılovun təşəbbüsü ilə karantin olmasına baxmayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən Qaradağ rayonunda bir çox işlər öz axarı ilə davam edir.Qaradağ rayon İcra Hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarının məsul əməkdaşları ilə birlikdə rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar reydlər keçirirlər. Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq RİH başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışlar.
Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov sakinlərin sosial problemlərinin və qayğılarının həllinə nail olan, rahat və ədalətli mühitdə yaşamasına şərait yaradaraq gördüyü işlərlə sakinlər tərəfindən yüksək qiymətləndirilir.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun bütün qəsəbə sakinləri ilə tez-tez onlayn video qəbul formatında görüşlər keçirir. Həmçinin qəbulda rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri də onlayn iştirak edirlər. Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayaraq, onları narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilir, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar Süleyman müəllim tərəfindən verilir.

Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarlarını tez-tez ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən sosial problemləri dinləmiş və həlli istiqamətində müvafiq tapşırıqlar verir.
Həmçinin qazi ailələrinə də baş çəkən Süleyman Mikayılov bildirir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Süleyman Mikayılov tərəfindən tez-tez baş çəkilən, şəhid, qazi evlərinə həmçinin ərzaq yardımları da göstərilir.

Biz də Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılovun gərgin əməyi nəticəsində nail olduğu bu peşəkar uğurları alqışlayır, ona bu məsuliyyətli və şərəfli işində müvəffəqiyyətlər arzu edirik.



Süleyman Mikayılov Qaradağ rayon sakinlərinin etimadını qazanıb


Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Hər bir peşə gözəldir, Rauf Ağayev kimi direktorlar olan yerdəNeft kəskin bahalaşıbİrana səfər etməyin şərtləri açıqlandıPandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoyduAzərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcəkLənkəranda oğul atasını bıçaqlayıbGöyçay sakini dəm qazından zəhərlənərək ölübAzərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"“TikTok”un bənzərinin sınaqları başladıAllahşükür Paşazadə: "Erməni kilsəsi Avropada yalan təbliğat aparır, öz xalqını müharibəyə sövq edirAzərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcəkNaxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilibStokholmda COVID-19-un üçüncü dalğası başlayıbMN: Komandirlər şəxsi heyətin təhlükəsizlik tədbirlərinə riayət etməsinə görə məsuliyyət daşıyırlarCOVAX Gürcüstana yeni vaksin təklif edibBakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI"Teleradio" İstehsalat Birliyi 17 milyon manatlıq yayım avadanlığı alacaqCozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin rəisinin gördüyü işlər tərifə layiqdir