Saxta sənəd hazırlayan vəzifəli şəxs həbs edildi

Saxta sənəd hazırlayan vəzifəli şəxs həbs edildi
  • 15-02-2021, 00:30
  • 36 dəfə oxunub
Reklam

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.
Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, həmin tədbirlərdən biri kimi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi Rövşən İsmayılovun Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və "Azərsu" ASC-nin balansında olan 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı Elçin Abbasova 700 manat pul müqabilində verməsinə, habelə həmin torpaq sahəsinə Mingəçevir bələdiyyəsinin sabiq sədrinin adından saxta “torpaq sahəsinin cizgisi” sənədini hazırlayaraq vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi başlanmaqla, Rövşən İsmayılov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıbFHN: Badamdarda sürüşmə hadisəsi baş veribMehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"Axtarışda olan Biləsuvar sakini Bakıda tutulduHacıqabulda istixanada yanğın olubDünyanın ən varlı qadını orta məktəb müəlliminə ərə getdiABŞ-da “qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildiCozef Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider məlum olubİsveçrədə ictimai yerlərdə niqabdan istifadə qadağan olunduBu gün Beynəlxalq Qadınlar GünüdürSuriyada partlayışlar zamanı onlarla dinc sakin həlak olubBakıda qadın başına dəmir düşməsi nəticəsində ölübƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardırSabah Bakıda hava küləkli olacaq, bölgələrə yağış, qar yağacaqBakıda küləklə əlaqədar qaz xətti zədələnib, abonentlərin təchizatında fasilə yaranıbLivanda iğtişaşlar 5 gündür davam edirYasamalda 32 yaşlı şəxs dava zamanı bıçaqladıYaponiyanın ən böyük hava yolları şirkəti haker hücumuna məruz qalıbAvropa İttifaqının qüsurlu qaz layihələrinə xərcləri açıqlandıTürkiyədə bir ayda 78 terrorçu zərərsizləşdirilibQadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcəkPIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu