Müqəddəs adın daşıyıcısı, şərəfli müəllim Nuru Nadirov

Müqəddəs adın daşıyıcısı, şərəfli müəllim Nuru Nadirov
  • 15-02-2021, 00:00
  • 344 dəfə oxunub
Reklam

Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur.

Heydər Əliyev



Müqəddəs adın daşıyıcısı, şərəfli müəllim Nuru Nadirov


Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Pedaqoji sahədə çalışan hər bir müəllim xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında didaktik qabiliyyət, ünsiyyət, təşkilatçılıq, yaradıcılıq və emosianal qabiliyyətlər mühim yer tutur.Müəllim ilk öncə akademik savada malik olmalıdır. Müəllimlik sənətinə adicə peşə kimi baxanlar bu sənətin necə vacib, ali sənət olduğunun fərqində deyillər. Hətta bəzi müəllimlər belə anlamırlar ki, onların peşəsinə qarşı olan məsuliyyəti, ətraf aləmdə baş verən hadisələrə münasibət və fikir bildirmələri, davranış və hərəkətləri, qarşısında oturan uşağın, yeniyetmənin, gəncin xarakterinə, həyata baxışına mütləq mənfi və ya müsbət təsir göstərir, yaddaşında qalıcı izlər buraxır.


Bu yazımda sizə insanların səadəti naminə təmiz, ülvi hisslərlə yaşamağı bacaran, əzəldən ali məqsədi Vətəninə, millətinə fayda vermək olan və gözəl əməlləri sayəsində bütün Abşeron rayonunda tanınan, sevilən müəllim, Abşeron rayon Fatmayi kənd məktəbinin direktoru Nuru Nadirovdan danışmaq istəyirəm.

Nuru Nadirovun rəhbərlik etdiyi məktəbin qabaqcıl iş təcrübəsi dəfələrlə təhsil şöbəsi və Təhsil Nazirliyi tərəfindən öyrənilərək yayılıb. Nuru Nadirov təhsil sahəsində səmərəli fəaliyyətinə görə bütün kənd məktəblərindən hər zaman seçilib.

Hər bir vətən övladının kamil, xoşbəxt yaşaması naminə xoş əməllərə dönüb ürəklərə yağması özünəməxsus mənəviyyat fəlsəfəsindən irəli gəlir.Nuru Nadirov öz işini ürəklə görməklə bərabər, imkan tapan kimi hamıya yaxşılıq edir, özü də elə ayların, illərin astanasında yaxşılıq gözündə ucalır.Bütün bu bəşəri, ülvi dəyərlərlə zaman-zaman doğma yurda, insanlara sevgi nümunəsi olan səmərəli, şərəfli bir həyat yolu yaşayır.Daxili aləmi gözəldir, cəmiyyətdə gördükləri də buna bənzəyir.Bir də canında, qanında el məhəbbətini gəzdirən nurlu şəxsiyyət şərdən-xətadan uzaq sevdalı dünyası vardır.Kim ki, haqq naminə bu dünyanın təmənnasız hərarətinə tapınır xoşbəxtlik özü gəlir onu tapır.Azərbaycanın işıqlı gələcəyinə, elə üstündə gəzdiyi torpağın taleyinə yönələn ilk uğurlarına ürəkdən sevinir, bütün eşqini, məhəbbətini uşaq yaşlarında müqəddəsliyinə vurulan müəllim peşəsinə verir. Müəllim adını, şərəfini hər şeydən uca tutmaqla xalqının mədəni, mənəvi dünyasına yadda qalan naxışlar vurur.

Nuru Nadirov sənətini ürəkdən sevən, ona dəyər verən, daim öyrənən və öyrətməyi bacaran təcrübəli direktordur. İnsanlığın zinəti sayılan saf, ülvi dəyərləri parlaq xarakterində cəmləyən bu vətən sevdalı Azərbaycan ziyalısı özünü biləndən elə həyat yolunu xoş arzular üzrə qurmuşdur.Üzərinə düşən vəzifənin məsuliyyətini çox yaxşı bilir.Şagirdlərə sonsuz sevgi göstərdiyi üçün onlar da öz direktorlarını böyük məhəbbətlə sevirlər.

Əslən, qəlbən, ruhən müəllim olan yüksək zəkası, istedadı, əxlaqi dəyərləri Nuru müəllimə ən etibarlı yardımçı durur.Gözünün nurunu, qəlbinin hərarətini sinif otaqlarında şam kimi əridən Nuru Nadirovun istər müəllim heyəti istər şagirdlər istərsə də şəhər cammatı tərəfindən sevilir, sayılır.

Nuru Nadirovun elmə, təhsilə bağlılığı ailəsində də özünü göstərir. Yorulmadan doğma vətəninin tərəqqisi naminə çalışan, fəaliyyətində müstəqil Azərbaycanımıza dəyərli töhfə verən, yaşatmaq eşqi ilə cəmiyyətin gözündə ucalan, qəlblərdə isti yuva quran, mənəvi təmələ, xoş niyyət və arzulara tapınmış, əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutmuş ailə şəhərimizdə nümunə göstərilir.

Öz işini kamil bilən müəllim , yaxşı insan olduğuna görə onun qədər şəhərimizdə onun qədər təhsil sahəsində hörmət, nüfuz qazanan ikinci bir adam yoxdur. Uzun illərdir müəllim peşəsini ləyaqətlə daşıyır.Əsl ziyalıya xas yüksək mənəvi-əxlaqi keyfiyyətləri, dərin zəkası, geniş dünyagörüşü həmişə ona el-oba sevgisini gətirir.Hərkəsin gözündə Nuru Nadirovun ürəkdən bağlandığı millətin sabahına sözün əsl mənasında ümid çırağı, sönməz məşəldir.Xoşbəxtliyini Abşeron rayon Fatmayi kənd məktəbinin divarları arasında görməklə dəyərli ziyalı ömrünü yaşayır.

Xoş təbiəti, nəcib, mehriban xisləti dünyada ən müqəddəs peşə sayılan müəllimliyi ona gözəl yaraşdırır. Elə ziyalılıq da bu alicənab insanın daxili aləmində, mənəviyyatındadır.Məhz buna görə də Nuru Nadirov tərbiyə verməyə təhsil sahəsində rəhbərlik kimi fəaliyyət göstərməyə mənəvi hüququ böyükdür.

Nuru müəllim təmsil etdiyi məktəbdə nəinki təkcə dərslərin yaxşı keçirilməsinə, bununla yanaşı ictimai, mədəni tədbirlərin təşkilinə, şagirdlərdə yüksək vətənpərvərlik hisslərinin aşılanmasına da xüsusi qayğı və diqqətlə yanaşır.

Respublikamızın hər yerində olduğu kimi, Abşeron rayon Fatmayi kənd məktəbində də Nuru Nadirovun başçılığı ilə xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur. Karantin rejimi müddətində isə şagirdlərin təhsildən geri qalmamaları üçün müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” devizi ilə onlayn dərslər keçirilir.

"İqtisad.Org" xəbər portalı olaraq , biz də bu şərəfli, ləyaqətli, sarsılmaz, uca və məsuiliyyətli peşəsində müəllim Nuru Nadirova və
məktəbin dəyərli müəllim heyətinə uğurlar və müvəffəqiyyətlər diləyir, uzun ömür can sağlığı arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıbFHN: Badamdarda sürüşmə hadisəsi baş veribMehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"Axtarışda olan Biləsuvar sakini Bakıda tutulduHacıqabulda istixanada yanğın olubDünyanın ən varlı qadını orta məktəb müəlliminə ərə getdiABŞ-da “qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildiCozef Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider məlum olubİsveçrədə ictimai yerlərdə niqabdan istifadə qadağan olunduBu gün Beynəlxalq Qadınlar GünüdürSuriyada partlayışlar zamanı onlarla dinc sakin həlak olubBakıda qadın başına dəmir düşməsi nəticəsində ölübƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardırSabah Bakıda hava küləkli olacaq, bölgələrə yağış, qar yağacaqBakıda küləklə əlaqədar qaz xətti zədələnib, abonentlərin təchizatında fasilə yaranıbLivanda iğtişaşlar 5 gündür davam edirYasamalda 32 yaşlı şəxs dava zamanı bıçaqladıYaponiyanın ən böyük hava yolları şirkəti haker hücumuna məruz qalıbAvropa İttifaqının qüsurlu qaz layihələrinə xərcləri açıqlandıTürkiyədə bir ayda 78 terrorçu zərərsizləşdirilibQadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcəkPIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu