Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov- Şərəfli həyat yolu

Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov- Şərəfli həyat yolu
  • 15-02-2021, 00:00
  • 243 dəfə oxunub
Reklam

Son günlər Suraxanı rayonunda alqışa layiq işlərin görülməsi bir növ rayon sakinlərinin böyük sevincinə səbəb oldu. Bunlardan əlavə ölkə başçısının rayona olan diqqət və qağısı görülən işlərin bariz nümünəsidir. İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.
Bu gün Suraxanı rayonunda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır.
Hazırda Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun gərgin əməyi və zəhməti sayəsində Bakının ən gözəl rayonlarından biri olan Suraxanı rayonu sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Əziz müəllim bu rayona başçı təyin olunduğu vaxtdan bəri, rayonun əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Yolların çəkilişi, qaz, su, işıq problemi demək olarki tam həllini tapmışdır.
Rayonda qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri, içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması həyata keçirilən sosial–iqtisadi siyasətin əsas istiqamətlərindəndir və sakinlərin yaşam şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir.
Əmircan qəsəbəsində Nurəli Abdullayev və Bülbülə qəsəbəsində Nizami küçələrində su və kanalizasiya şəbəkələri qurulduqdan sonra Suraxanı Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin küçələrdə 5000 kv.m ərazidə asfalt örtüyünün salınması işlərinə başlanılmış və hazırda bu istiqamətdə işlər davam etdirilir. Qeyd edək ki, sözügedən küçələrin işıqlandırılması üçün işıq dirəkləri də quraşdırılmışdır.Rayonun digər qəsəbələrində də infrastrukturun yenidən qurulması işləri mərhələli şəkildə aparılır.


Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov- Şərəfli həyat yolu


Bəli, xalqına arxalanan, amalı xalqına xidmətdə olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini təyin etmək məsuliyyətinin nə demək olduğunu anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və rahatlığı üçün çalışmaqda görürlər. Bu cür insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Millətlə birlikdə özləri də yüksəlirlər, millətlə birlikdə onları da bütün dünya tanıyır, şöhrəti aləmə yayılır.

Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir.

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır.

1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olmuşdur

2006-2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

2018-2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 Noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. "Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün... "– deyir prezident İlham Əliyev.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işlərində hər zaman nümayiş etdirdiyi prinsipiallığı onlara göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onların adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onların həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil.
Sonda isə reallığı görməyən, yaxud görmək istəməyən şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki, bu gün Suraxanı rayonu sözün həqiqi mənasında etibarlı əllərdədir. Rəhbərlik ilə rayon sakinləri arasında dərin inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Elin gözü tərəzidir.

Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli ,ardıcıl və davamlı tədbirlər həyata keçirir.Şəhid ailələri və əlillərin mənzil məişət şəraitinin yaxşılaşdırılması həyata keçırilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.

Suraxanı rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun bir başa iştirakı ilə icranın məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayon ərazisində yaşayan Şəhid ailələrinin yaşadıqları binaların əsaslı təmir edilərək yenidən qurulması, həyətlərinin abadlaşdırılması, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi ilə əlaqədar RİH başçısı və rayon İcra Hakimiyyətinin nümayəndələri müntəzəm olaraq qeyd olunan ünvanlarda olur, Şəhid ailələri ilə görüşərək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilir.



Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov- Şərəfli həyat yolu


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Suraxanı rayonunda da vaksinasiya kampaniyası uğurla davam etdirilir. Bu məqsədlə sakinlərə peyvəndlərin vurulması üçün rayon ərazisində ayrılmış 7 məntəqədə zəruri şərait yaradılmışdır. Hazırda 65 yaşdan yuxarı rayon sakinləri randevu.its.gov.az saytında qeydiyyatdan keçməklə yaşadıqları ərazi üzrə müvafiq poliklinikalarda COVID-19-a qarşı peyvənd olunurlar.

Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov- Şərəfli həyat yolu


Biz də "İqtisad.Org" müstəqil xəbər portalı olaraq Əziz müəllimə möhkəm cansağlığı, işlərində müvəffəqiyyət, dövlət vəzifəsində daim böyük uğurlar qazanmağı arzu edirik. Xalqımızın rifahı naminə qarşıya qoyduğunuz hədəflərə çatmaqda uğurlar arzulayırıq.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıbFHN: Badamdarda sürüşmə hadisəsi baş veribMehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"Axtarışda olan Biləsuvar sakini Bakıda tutulduHacıqabulda istixanada yanğın olubDünyanın ən varlı qadını orta məktəb müəlliminə ərə getdiABŞ-da “qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildiCozef Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider məlum olubİsveçrədə ictimai yerlərdə niqabdan istifadə qadağan olunduBu gün Beynəlxalq Qadınlar GünüdürSuriyada partlayışlar zamanı onlarla dinc sakin həlak olubBakıda qadın başına dəmir düşməsi nəticəsində ölübƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardırSabah Bakıda hava küləkli olacaq, bölgələrə yağış, qar yağacaqBakıda küləklə əlaqədar qaz xətti zədələnib, abonentlərin təchizatında fasilə yaranıbLivanda iğtişaşlar 5 gündür davam edirYasamalda 32 yaşlı şəxs dava zamanı bıçaqladıYaponiyanın ən böyük hava yolları şirkəti haker hücumuna məruz qalıbAvropa İttifaqının qüsurlu qaz layihələrinə xərcləri açıqlandıTürkiyədə bir ayda 78 terrorçu zərərsizləşdirilibQadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcəkPIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu