Dövlətinə və xalqına sadiq polis rəisi - Həmid Həsənov

Dövlətinə və xalqına sadiq polis rəisi - Həmid Həsənov
  • 15-02-2021, 00:00
  • 261 dəfə oxunub
Reklam

Polis qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir və dövlətin ən etibarlı dayağıdır. Bütün dünyada polis çox çətin şəraitdə işləyir. Əlbəttə, kənardan baxana hər şey asan və rahat görünür. Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti öz çətinliyi və məsuliyyəti ilə daha çox seçilir. Axşamdan səhərə qədər hər kəs rahat yatır, ancaq polis yuxusuz qalır, asayişi qoruyur, bundan narahat olmur. Çünki bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət etməyi özünə şərəf bilir. Belə çətin şəraitdə işləyən, asayişi qoruyan peşə sahiblərinə iftiralar yağdıran, böhtan atan, şərəf və ləyaqətini alçaldan ifadələr işlədənlər nankor və öz şəxsi məqsədlərini hər şeydən üstün tutanlardır”.

Daxili işlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə son dövrlər daxili işlər orqanlarında aparılan kadr təyinatları da ölkədə asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğuran cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin icrasına şübhəsiz ki, öz töhfəsini verəcəkdir.

Bu gün sizə söhbət açacağımız Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik – leytenantı Həmid Həsənov ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkən, eyni zamanda, cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparan, vətəndaşların xidmətində elə əsl vətəndaş yanğısı ilə duran peşəkar kadrlardandır.

Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik – leytenantı Həmid Həsənovun fəaliyyətində ən ali məqam Ali Baş Komandan İlham Əliyevə və Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova sədaqətlə xidmət etmək, xalqa hörmət və ehtiramdır. Xaçmaz rayonunda asayişin təmin edilməsində , cinayətkarlıqla mübarizədə  polis son illər əzmlə çalışır. Sözsüz ki , bu uğurların təmin olunmasında peşəkar polis işçisi , fəaliyyətini dövlətə və xalqa şərəflə xidmət prinsipləri üzərində quran polis rəisi Həmid müəllim Həsənovun əməyi misilsizdir. Rayona polis rəisi təyin olunduqdan qısa müddət ərzində bir çox açılmamış cinayət əməllərini isti izlərlə açan peşəkar polis Həmid Həsənov  əhalinin sevimlisinə çevrilməyi bacardı . Bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı amansız mübarizə aparan rəis bu sahədə ciddi uğurlara əl ataraq  bütün rayon camaatının rəğbətini qazandı. Onun rəhbərliyi dövründə oğurluq və qətl hadisələri əsaslı şəkildə azalmış və azalmaqda davam edir. Bütün bu sadaladığımız faktlar Həmid müəllimin peşəkar polis işçisi kimi gecə-gündüz  çalışması hesabına baş vermişdir.
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik – leytenantı Həmid Həsənov əsl polis işçilərinə məxsus sərt intizama , dəmir iradəyə malik olmaqla yanaşı , həmdə əhali ilə təmaslarda sadə davranışa malik bir insandır. Bu rayonda istənilən vətəndaşı dinləməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən rəis bu alicənab davranışları hesabına ağsaqqalların , ziyalıların və bütün kateqoriyadan olan insanların rəğbətini qazanmışdır. Mütəmadi olaraq , yerlədə vətəndaşları dinləyən Həmid müəllim ona ünvanlanan müraciətlərə həssaslıqla yanaşır. Bu gün Xaçmaz qanunun aliliyinin təmin olunmasında , vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında müsbət dinamika müşahidə olunur.

Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik – leytenantı Həmid Həsənov vətənpərvər bir insan kimi bir çoxlarına nümunə olaraq Qarabağ müharibəsi veteranlarının da əzizi olaraq sevilir. Şəhid ailələrinə ,müharibə iştirakçılarına hər zaman xüsusi qayğı ilə yanaşan polis polkovnik-leytenantı Həmid Həsənov toplantıların birində bu ifadələri səsləndirmişdir :

“Dolana bilməyən, əlil və Qarabağ qaziləri, şəhid ailələri, həmçinin ailə başçılarını itirən bütün kasıb ailələrin siyahısını hazırlayın. Onu bir həftə ərzində mənə təhvil verin. Ərazidə həmin ailələrin rastlaşdığı problemləri araşdırın. Qeyd edin. Torpaq sənədləri, mağaza borcları, xəstəlikləri və digər çətinliklərin hamısın qeyd edin. O adamlara mənim telefon nömrəmi verin. Çəkinməsinlər. Qarşılaşdıqları bütün problemlər barədə mənim nömrəmə zəng etsinlər”.
Xaçmazlılar hər zaman istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstərmişlər. I Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında, o cümlədən Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn xaçmazlılar da az deyil. Xaçmaz rayonunda şəhid ailələri ilə yanaşı Vətən Müharibəsi qaziləri də daim diqqət mərkəzində saxlanılır. Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik – leytenantı Həmid Həsənov da öz növbəsində istər şəhid ailələri istərsə də qazilərə öz qayğısını göstərir. Hər biri ilə ayrı-ayrılıqda görüşən Həmid müəllim onlarla tez-tez əlaqə saxlayaraq söhbət edir,qayğı və problemləri ilə yaxından maraqlanır, maddi, mənəvi durumlarını öyrənir, köməklik göstərir. Polis sıralarına şəhid ailələrinin yaxın qohumlarının qoşulması üçün öz dəstəyini əsirgəmir.

Atalar yaxşı deyiblər ki, görünən dağa bələdçi lazım deyil. Həqiqətən də Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik – leytenantı Həmid Həsənovun gördüyü işləri sadalamaqla bitmir. "İqtisad.Org" saytı olaraq polis polkovnik – leytenantı Həmid Həsənova şərəfli və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayırıq.


Dövlətinə və xalqına sadiq polis rəisi - Həmid Həsənov

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Hər bir peşə gözəldir, Rauf Ağayev kimi direktorlar olan yerdəNeft kəskin bahalaşıbİrana səfər etməyin şərtləri açıqlandıPandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoyduAzərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcəkLənkəranda oğul atasını bıçaqlayıbGöyçay sakini dəm qazından zəhərlənərək ölübAzərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"“TikTok”un bənzərinin sınaqları başladıAllahşükür Paşazadə: "Erməni kilsəsi Avropada yalan təbliğat aparır, öz xalqını müharibəyə sövq edirAzərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcəkNaxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilibStokholmda COVID-19-un üçüncü dalğası başlayıbMN: Komandirlər şəxsi heyətin təhlükəsizlik tədbirlərinə riayət etməsinə görə məsuliyyət daşıyırlarCOVAX Gürcüstana yeni vaksin təklif edibBakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI"Teleradio" İstehsalat Birliyi 17 milyon manatlıq yayım avadanlığı alacaqCozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin rəisinin gördüyü işlər tərifə layiqdir