Prezident İlham Əliyev: “Torpaqların bərpası prosesi artıq başlamışdır”

Prezident İlham Əliyev: “Torpaqların bərpası prosesi artıq başlamışdır”
  • 15-02-2021, 03:01
  • 20 dəfə oxunub
Reklam

“Zəngilan rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yol boyunca Zəngilan rayonunda da tədbirlər var. Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır”.
Bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
“Bura da Zəngilan şəhəridir. Biz artıq burda olmuşuq. Yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar tamamilə dağıdılmışdı. Bir neçə ev qalmışdı. Burda onların hərbi hissəsi yerləşirdi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn, burada qanunsuz yaşayan ermənilər. Mənfur düşmən Zəngilanı bu günə qoyub.
Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim ediləcək, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək. Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı mən ucaltdım burada”, - deyə Azərbaycan Prezidenti bildirib.
“Zəngilan rayonunda birinci “Ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir və birinci bərpa ediləcək kənd məhz bu kənddir”, - deyə dövlət başçısı əlavə edib.
Dövlət başçısının videogörüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Hər bir peşə gözəldir, Rauf Ağayev kimi direktorlar olan yerdəNeft kəskin bahalaşıbİrana səfər etməyin şərtləri açıqlandıPandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoyduAzərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcəkLənkəranda oğul atasını bıçaqlayıbGöyçay sakini dəm qazından zəhərlənərək ölübAzərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"“TikTok”un bənzərinin sınaqları başladıAllahşükür Paşazadə: "Erməni kilsəsi Avropada yalan təbliğat aparır, öz xalqını müharibəyə sövq edirAzərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcəkNaxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilibStokholmda COVID-19-un üçüncü dalğası başlayıbMN: Komandirlər şəxsi heyətin təhlükəsizlik tədbirlərinə riayət etməsinə görə məsuliyyət daşıyırlarCOVAX Gürcüstana yeni vaksin təklif edibBakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI"Teleradio" İstehsalat Birliyi 17 milyon manatlıq yayım avadanlığı alacaqCozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin rəisinin gördüyü işlər tərifə layiqdir