8 saylı yol istirmar idarəsi - ZİRVƏYƏ APARAN YOLLAR

8 saylı yol istirmar idarəsi - ZİRVƏYƏ APARAN YOLLAR
  • 15-02-2021, 00:00
  • 247 dəfə oxunub
Reklam

-Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə həyat deməkdir”. Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı dövlət strategiyasında yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik inkişafını təsəvvür belə etmək mümkün deyil.

“Azəravtoyol” özü yeni yaranmış, strukturunu iş prosesində təkmilləşdirən bir qurumdur. Ölkə başçısı İlham Əliyevin 2016-cı il martın 9-da imzaladığı fərmanla “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” adlandırılıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.Əlbəttə ki, bütün bu sahədə əldə olunan nailiyyətlər Saleh Məmmədovun rəhbərliyi altında çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, eləcə də bu qurumun tabeliyində olan bütün müəssisə və şirkətlərin işçi heyətlərinin fədakar əməyi, hər kəsin ayrılıqda və kollektiv olaraq öz işini dövlətə sədaqət prinsipləri əsasında qurması sayəsində əldə olunur.

Agentliyin effektiv fəaliyyəti ilə seçilən belə struktur bölmələrindən biri də Cabir Qurbanovun rəhbərlik etdiyi Şamaxı rayon 8 saylı Yol İstismar İdarəsidir.

Cabir Qurbanovun rəhbərlik etdiyi AAYDA 8 saylı Yol İstismar İdarəsi tərəfindən çəkilmiş rahat yollarla hətta əzəmətli Şamaxı aşırımlarını belə fəth etmək olar.
Bakı-Şamaxı avtomobil yolu Bakı şəhərini Azərbaycanın mərkəzində yerləşən Yevlax şəhəri ilə birləşdirirən M4 avtomobil yolunun bir hissəsi olmaqla Bakı ilə Yevlax şəhərləri arasında yüngül çəkili nəqliyyat vasitələri üçün olan M2 avtomobil yoluna səmərəli alternativ marşrutu özündə birləşdirir. Bakı-Şamaxı avtomobil yolu Azərbaycanın qərbinə və Bakıdan Gürcüstana olan ən qısa marşrutun bir hissəsidir. Sözügedən avtomobil yolunun bütün hissələrinin təkmilləşdirilməsi işləri hazırda davam etdirilir. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilmişdir. Bundan başqa layihə çərçivəsində 719 paqon-metr uzunluğunda 17 dairəvi borunun, 42 metr uzunluğunda 2 düzbucaqlı borunun, yol boyu zəruri olan ərazilərdə ümumi uzunluğu 177 metr olan 3 alt keçidin inşası da aparılıb.
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 122-ci kilometrindən ayrılan Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi də bu yaxınlarda bitmişdir. 3 min əhalinin yaşadığı və iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Layihə çərçivəsində ilkin mərhələdə marşrutboyu mövcud örtüyün sökülməsi və yeni yol yatağının inşası işləri aparılıb. İşlərin yekunlaşdığı ərazilərdə 12 santimetr qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.

Ümumi uzunluğu 8 kilometr olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edir. Tikinti işlərinin sonuncu mərhələsində avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yolboyu yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yol-cizgi və yolgöstərici xətlər çəkilib.Ümumiyyətlə isə qədim Şamaxının bu əraziləri tarixi abidələrlə, təbiət gözəllikləri ilə zəngindir və beynəlxalq turizm marşrutuna uyğun meyarları özündə birləşdirir. Bu baxımdan, Şəhriyar–Kələxana avtomobil yolunun yenidən inşası təkcə vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının və turizmin inkişafına da şərait yaradacaq.


Ümumiyyətlə, son dövrlərdə Şamaxı rayonu ərazisində genişləndirilmiş və abad yollar, səliqə-sahmanlı küçələr göz oxşayır. Bu işlərin yüksək səviyyədə görülməsi üçün 8 Yol İstismar İdarəsinin kollektivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Qeyd etdiyimiz kimi, əsasən Şamaxı rayonu ərazisində fəaliyyət göstərən bu müəssisə Dövlət Proqramlarının icrasından irəli gələn tələblərə uyğun olaraq, kəndarası yolların təmiri, bərpası və tikintisi ilə məşğul olur. Diqqətəlayiq haldır ki, müəssisənin fəaliyyəti yerli ictimaiyyət tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Bu barədə redaksiyamıza təqdim olunan açıqlamalarda da qeyd olunur ki, məhz İdarənin rəisi Cabir Qurbanovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu qurumun analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir. Vurğulanır ki, Cabir Qurbanovun rəhbərliyi ilə Şamaxı rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verməkdədir.

Heç şübhə etmirik ki, Cabir Qurbanovun rəhbərlik etdiyi 8 saylı Yol İstismar İdarəsinin kollektivi bundan sonra da yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi istiqamətində öz səmərəli fəaliyyətlərini uğurla davam etdirəcək və bu sahədə əldə olunan nailiyyətlərdə onların da öz payları olmasından hər zaman qürur duyacaqlar.


8 saylı yol istirmar idarəsi - ZİRVƏYƏ APARAN YOLLAR

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Kürdə 36 gün əvvəl batan şəxsin meyiti tapılıbFHN: Badamdarda sürüşmə hadisəsi baş veribMehriban Əliyeva: "Şəhid analarının qarşısında baş əyirəm"Axtarışda olan Biləsuvar sakini Bakıda tutulduHacıqabulda istixanada yanğın olubDünyanın ən varlı qadını orta məktəb müəlliminə ərə getdiABŞ-da “qar adam”ı yaxalayacaq şəxsə 2,1 milyon dollar vəd edildiCozef Baydenin Ağ Evdə qəbul edəcəyi ilk xarici lider məlum olubİsveçrədə ictimai yerlərdə niqabdan istifadə qadağan olunduBu gün Beynəlxalq Qadınlar GünüdürSuriyada partlayışlar zamanı onlarla dinc sakin həlak olubBakıda qadın başına dəmir düşməsi nəticəsində ölübƏƏSMN: İşləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardırSabah Bakıda hava küləkli olacaq, bölgələrə yağış, qar yağacaqBakıda küləklə əlaqədar qaz xətti zədələnib, abonentlərin təchizatında fasilə yaranıbLivanda iğtişaşlar 5 gündür davam edirYasamalda 32 yaşlı şəxs dava zamanı bıçaqladıYaponiyanın ən böyük hava yolları şirkəti haker hücumuna məruz qalıbAvropa İttifaqının qüsurlu qaz layihələrinə xərcləri açıqlandıTürkiyədə bir ayda 78 terrorçu zərərsizləşdirilibQadınların məşğulluq imkanlarını artırmaq üçün qanunvericiliyə dəyişiklik ediləcəkPIIE: ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısında TOP-5-ə daxil oldu