Doğru qərarları ilə seçilən içimizdən biri - İlyas Əliyev

Doğru qərarları ilə seçilən içimizdən biri - İlyas Əliyev
  • 20-02-2021, 00:00
  • 277 dəfə oxunub
Reklam

Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi (digər tərəf işəgötürən olmaqla) çıxış edirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

AHİK 17 oktyabr 2000-ci il tarixdən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və bu beynəlxalq təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. AHİK-in nümayəndəsi bu mötəbər beynəlxalq həmkarlar ittifaqı təşkilatının icraiyyə komitəsində təmsil olunur. AHİK 26 may 2004-cü ildən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatıdır. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK, Neft və Qaz Sənayesi İşçiləri HİRK, "İnşaat-iş" Həmkarlar İttifaqı, Toxucq və Yüngül Sənaye İşçiləri, Metal İşçiləri Hİ Federasiyası Beynəlxalq "İndustry All" təşkilatının, Dəniz nəqliyyatı Müstəqil HİRK Beynəlxalq Nəqliyyat Federasiyasının (London), Səhiyyə işçilərinin, Yerli, sənaye və kommunal - məişət müəssisələri fəhlələrinin, Müdafiə sənayesi işçilərinin həmkarlar ittifaqları PSI-nın üzvüdürlər.

Türkiyə, Fransa, Belçika, İngiltərə, Almaniya, Misir, Yaponiya, Bolqarıstan MDB dövlətləri, Çin Respublikası və 70-ə yaxın ölkələrin həmkarlar ittifaqları mərkəzləri ilə ikitərəfli dostluq əlaqələrindədir.

AHİK-in üzv təşkilatları

1. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası
2. «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyası
3. «Kənd-Qida-İş» Həmkarlar İttifaqı Federasiyası
4. «Metal-iş» Həmkarlar İttifaqı Federasiyası
5. Aviasiya İşçiləri Həmkarlar İttifaqı
6. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
7. Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı
8. «Baku Stil Kompani» MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi
9. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı
10. Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı
11. Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı
12. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı
13. Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı
14. Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı
15. Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
16. "İnşaat-İş" Həmkarlar İttifaqı
17. Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı
18. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
19. Metropoliten İşçiləri Həmkarlar İttifaqı
20. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
21. Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı
22. Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı
23. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
24. Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
25. Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı
26. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
27. Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı

AHİK-in tabeliyində olan təşkilatlar

I. «Kurort» Qapalı Səhmdar Cəmiyyəti
II. Azərbaycan Respublikası “Turizm və Ekskursiyalar Şurası”
III. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi özündə 9 idman cəmiyyətlərini birləşdirir.
IV. «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi
V. Əmək və Sosial Münasibətlər Akademiyası


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Alxas oğlu Əliyev çox vicdanlı, işinə sadiq, öz peşəsini sevən, öz peşəsi ilə fəxr edən vəzifə sahiblərindən biridir. Vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən və ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən İlyas müəllim bu gün bütün Həmkərlar İttifaqlarının üzvləri, sədrləri tərəfindən sevilir. İlyas Əliyev haqqında onu yaxından tanıyanlar belə heç bir şikayət, narazıçılıq etməmişdir.Onu ətrafdakıların hamısına humanist münasibətinə, qayğı və köməyə ehtiyacı olanlara yardım etdiyinə, başqasının dərdinə şərik olmaq və lazımi anda yanında olmaq bacarığına görə sevir və hörmət edirlər.O, insanlara xeyirxahlığa meyl, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb.
Kütləvi informasiya vasitələri nümayəndələri də onun fəal sədr müavini olduğunu hər zaman xüsusilə qeyd edirlər. Həmkarlar İttifaqları ilə daim maraqlanmaqla, onlarla sıx-sıx görüşməklə yanaşı, onların bütün çətinliklərini həll edilməsi yolunda bütün gücünü ortaya qoyur. Onun siyasi-ictimai fəaliyyəti, ölkə daxilində və beynəlxalq tədbirlərdə iştirakı göz qabağındadır.
İnsanların səadəti naminə təmiz, ülvi hisslərlə yaşamağı bacaran, əzəldən ali məqsədi Vətəninə, millətinə fayda vermək olan və gözəl əməlləri sayəsində İlyas Əliyev hər kəs tərəfindən tanınır, sayılır, seçilir.

İlyas müəllimin həyat yolu..

1957-ci ildə anadan olmuşdur. 1986-cı ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə «Azərkəndtəsərrüfattexnika»-da fəhlə kimi başlamış və müxtəlif vəzifələrdə çalışmışdır.
1981-ci ildən həmkarlar ittifaqı orqanlarında çalışmış, təlimatçı-müfəttiş vəzifəsindən Ticarət və İstehlak Kooperasiyası İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmişdir. 2000-ci ildə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının prezidenti seçilmişdir.
1996-cı ildə AHİK sədrinin müavini, 1998-ci ildə isə birinci müavin seçilmişdir.
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən İlyas Alxas oğlu Əliyev 3-cü dərəcəli "Vətənə xidmət görə" ordeni ilə təltif edilib.

İlyas Əliyev çoxlarından fərqli olaraq işinin, tutduğu vəzifənin şərəfi ilə yaşamır, ölkə başçısı tərəfindən ona göstərilmiş bu etimadın məsuliyyətini dərk edir.İlyas Əliyev uğurlarının əsas sirri ədalətli və obyektiv olmasıdır, hər kəsə, mən deyərdim, fərdi yanaşmasıdır.

Biz də "İqtisad.Org" xəbər portalı olaraq hər zaman harda işləməsinə harda olmasına baxmayaraq öz işini müləmməl bilən, məsuliyyətini dərk edən və Azərbaycan üçün lazımlı, hər zaman ehtiyac duyulan bir sədr müavini olan İlyas müəllimə uğurlar və müvəffəqiyyətlər diləyir, uzun ömür can sağlığı arzu edirik.






FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Hər bir peşə gözəldir, Rauf Ağayev kimi direktorlar olan yerdəNeft kəskin bahalaşıbİrana səfər etməyin şərtləri açıqlandıPandemiya bir gündə 7,8 mindən çox insanın həyatına son qoyduAzərbaycanda martın 8-də ictimai nəqliyyat işləməyəcəkLənkəranda oğul atasını bıçaqlayıbGöyçay sakini dəm qazından zəhərlənərək ölübAzərbaycan Prezidenti: "Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik"Zakir Həsənov: "Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir"İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"“TikTok”un bənzərinin sınaqları başladıAllahşükür Paşazadə: "Erməni kilsəsi Avropada yalan təbliğat aparır, öz xalqını müharibəyə sövq edirAzərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcəkNaxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilibStokholmda COVID-19-un üçüncü dalğası başlayıbMN: Komandirlər şəxsi heyətin təhlükəsizlik tədbirlərinə riayət etməsinə görə məsuliyyət daşıyırlarCOVAX Gürcüstana yeni vaksin təklif edibBakıda qaydaları pozan daha bir neçə kafe və restoran cərimələnib - SİYAHI"Teleradio" İstehsalat Birliyi 17 milyon manatlıq yayım avadanlığı alacaqCozef Bayden: ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfəri ötəcək“Yol İnşaat Servis” MMC-nin müdiri Zamin Abbasov keyfiyyətli işləri ilə seçilir.Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin rəisinin gördüyü işlər tərifə layiqdir