Neft kəskin bahalaşıb

Neft kəskin bahalaşıb
  • 7-03-2021, 00:35
  • 386 dəfə oxunub
Reklam

Dünya bazarında “qara qızıl” ın qiyməti kəskin bahalaşıb.

Martın 4-də OPEC+ formatının iştirakçısı olan 23 ölkənin nazirləri arasında keçiriləcək görüş zamanı neft hasilatının həcmini artırmaqdan imtina ediləcəyinə dair xəbərlər və ABŞ-da yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiyada irəliləyişin olması neftin qiymətinə təsir edib.

Bakı vaxtı ilə saat 20:45-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının may fyuçerslərinin qiyməti 1,99% artaraq bir barel üçün 63,95 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçerslərinin dəyəri isə 2,59% artaraq 61,30 dollar/barelə çatıb.

İsveçrənin “Julius Baer” bankının analitiki Norbert Ruker bildirib ki, car ilin ortalarında neft qiymətləri müvəqqəti olaraq 70 ABŞ dollarını keçəcək.

Bundan başqa ABŞ-da xammal ehtiyatlarının gözlənilmədən artması barədə məlumatları da bazarlara güclü təsir göstərə bilməyib. Çünki ABŞ Energetika Nazirliyinin rəsmi məlumatlarına görə, ehtiyatlar mart ayından bəri minimuma enib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Prezidentin köməkçisi: "20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinin ayrılmaz hissəsidir"Yeni icra başçısı kollektivə təqdim olunubSəudiyyə Ərəbistanında son 30 ilin ən soyuq temperaturu qeydə alınıbStrasburqda jurnalistlər Makrona etiraz əlaməti olaraq mətbuat konfransını tərk ediblərBayden Rusiyanı indiyə qədər görünməmiş sanksiyalarla hədələyibMehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edibQanlı 20 Yanvar faciəsindən 32 il ötürTeymur Musayev səhiyyə naziri təyin edilibDövlət qurumlarında işləyən daha bir qrup şəxsin maaşları artırılıb - QƏRARBaş Prokurorluq özbaşına tikinti işləri aparan şəxslərə xəbərdarlıq edibQubadlıda DSX-nin yeni qərargah bina­sı istifadəyə verilibXİN-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir başlayıbDİN Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edibSaytlara və qəzetlərə maliyyə dəstəyi ilə bağlı müsabiqənin nəticələri açıqlanıbAzərbaycan neftinin qiyməti 90 dolları keçib“Qara qızıl” 1 %-dən çox bahalaşıb"Azərsu" Müştəri İnformasiya Sistemləri proqramının tətbiqini yekunlaşdırıbİmişlidə axtarışda olan qadın narkotacir saxlanılıbBakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölübBu gün Türkiyə hökuməti Ermənistanla danışıqların nəticələrini müzakirə edəcəkAzərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıbÇingiz Əsgərov hakimlərin sayının az olması ilə bağlı iddialara münasibət bildirib