Yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev

Yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf  Ağayev
  • 3-12-2021, 00:00
  • 655 dəfə oxunub
Reklam

Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə “el anası” demişlər. Həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdir. Dərin ağıllı, mütərəqqi adamlar loğmanla müqayisə edilmişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Həkimlik sənətinin özünəməxsus bir sıra qanun-qaydaları vardır. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir.
İnsanda inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Həkimə inam hissi olmadıqda onun həyata keçirdiyi bütün müalicə tədbiləri səmərəsiz olur. Əslində, inam həkimlik sənətində ən dəyərli, faydalı vasitədir.Öz sənətini sevən, ona dərindən yiyələnən təcrübəli həkimlərimiz xalq arasında həmişə nüfuz, hörmət sahibi olublar, Belə "ağ xalatlılar" mızın fədakarlılığı ilə hər gün neçə-neçə insan həyata qayıdır. Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir.Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır.Həkim hər zaman öz həyatını, vaxtını, əyləncəsini, ailəsini… digərlərin həyatlarının daha sağlam olması uğrunda fəda edir. Bu çox təbiidir, çünki həkimin borcu xəstəyə şəfa tapmaqdır

Belə həkimlərdən biri də, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Maqsud oğlu Ağayevdir.

Akad. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ölkədə və respublika hüdudlarından xaricdə tanınmış yüksək fəlsəfə doktorları, ixtisaslı mütəxəssislər – professorlar, tibb üzrə elmlər doktorları və fəlsəfə doktorları, ali dərəcəli həkimlər çalışaraq, cərrahiyyənin bir çox sahələrində laborator və instrumental diaqnostik tədqiqatların dəstəyi ilə əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərirlər. 1961-2018-ci illər ərzində mərkəzdə kliniki və eksperimental cərrahlığın aktual məsələlərinə həsr edilmiş 61 elmi konfrans keçirilmiş, 44 tibb üzrə elmlər doktorluğu, 208 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur. Bu illər ərzində institut əməkdaşları tərəfindən 45-dən çox monoqrafiya və dərsliklər, 40 elmi əsərlər toplusu, 220-ə yaxın metodik tövsiyə, 5400-dən çox elmi məqalə, 42 məcmuə, onlarla dərs vəsaiti və kitab nəşr edilmiş, 90-dan çox müəlliflik şəhadətnaməsi və səmərələşdirici təkliflər üzrə 350-yə yaxın vəsiqə alınmışdır. İnstitut 1961-ci ildə yarandığı zaman ilkin strukturası 5 bölmədən ibarət olduğu halda, bu gün Elmi Cərrahiyyə Mərkəzinin müasir texniki avadanlıqla təchiz edilmiş aşağıda qeyd edilən şöbələr əhaliyə yüksək keyfiyyətli xidmət göstərməkdədir:

Ürək cərrahlığı şöbəsi
Uşaq ürək cərrahiyyə mərkəzi
Damar Cərrahlığı şöbəsi
Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahlığı şöbəsi
Qida borusu, mədə və 12 barmaq bağırsaq cərrahlığı şöbəsi
Yoğun və düz bağırsaq xəstəlikləri cərrahiyyəsi şöbəsi
Endokrin cərrahlığı şöbəsi
Anesteziologiya və reanimasiya şöbəsi
Terapevtik qastroenterologiya şöbəsi
Ekstrakorporal detoksikasiya və hemodializ şöbəsi
Şüa diaqnostikası laboratoriyası
Kliniki diaqnostika laboratoriyası
Patomorfologiya laboratoriyası
Elmi innovasiya və informasiya
Konsultativ poliklinika şöbəsi
Qəbul şöbəsi
Qan köçürmə
Fizioterapiya və tibbi bərpa kabineti


M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev : Biz həkimlər xəstəni müayinə və müalicə edərkən bu prinsipi həmişə rəhbər tutmalıyıq. Həkim kimi eyni zamanda xəstənin adət və xasiyyətlərini, əsəbi vəziyyətini, mədəni inkişaf səviyyəsini, xəstəliyi doğuran obyektiv və subyektiv amilləri diqqətlə öyrənməli, nəzərə almalıyıq. Həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə bir qayda olaraq müsbət təsir göstərir. Ailəsindən, qohum və tanışlarından, dostlarından ayrı düşmək xəstələri kövrəldir. Fikrən həssas olan insan, xəstələndikdə daha da həssas olur. Yerində işlədilməyən sözə, hərəkətə qarşı ciddi reaksiya verir. Belə hallarda həkimin qayğısı,səmimiyyəti ən təsirli müalicə vasitəsidir. Xəstələrə fərdi yanaşmaq, onların şəxsiyyətlərinə, ləyaqətlərinə hörmət etmək həkimlərin müqəddəs borcudur. Həkim xəstəni müayinə edərkən, kimdən nəyi soruşmaq və necə soruşmaq lazım olduğunu bilməlidir. Bu vaxt xəstənin yaşı, təhsili, dünyagörüşü və s. xüsusiyyətləri nəzərə alınmalıdır. Eyni xəstəlik müxtəlif adamlarda müxtəlif formalarda təzahür edir. Buna görə də həkim hər bir xəstə üçün yalnız onun özünəxas fərdi müalicə üsulu tapmağı bacarmalıdır.

İnsanların keçirdikləri əzab-əziyyətləri, ruhi sarsıntıları duymaq, onun səbəblərini aşkar edib müvafiq tədbirlər görmək üçün adi həkim olmaq kifayət deyil. Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olmalıdır. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev belə insanlardandır.

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, tibb elmlər doktoru, professor Rauf Ağayev 264 elmi məqalə və tezisi, 10 səmərələşdirici təklif vardır.

İş fəaliyyəti:

05.08.1982 – 27.08.1983 cu il 5№ li Xəstəxana həkim interna
01.08.1983 – 27.08.1985 cu il Abşeron Mərkəzi Rayon Xəstəxanası Həkim cərrah
27.08.1985 – 29.08.1986 ci il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına ETİ həkim
27.08.1986 – 01.07.1989 Aspirant
01.07.1989 – 18.10.1990 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına ETİ Kiçik elmi işçi
16.10.1990 – 10.02.1997 Qastroenterologiya Elmi Tədqiqat İnstitutu Böyük elmi işçi
10.02.1997 – 18.02.2003 N.Nərimanov adına ATU II cərrahiyyə xəstəliklər kafedrasının asisstenti
18.02.2003 – 10.02.2006 Həmin kafedranı dossenti
07.12.2005 – 11.12.2012 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kadrlar , elm və təhsil şöbəsinin müdir müavini
11.12.2012 – 03.11.2016 Respublika Müalicə Diaqnostika Mərkəzi ASC,Baş direktorun müavini – baş həkim
03.11.2016 – 10.05.2018 ci il Azərbaycan Tibb Universiteti II cərrahi xəstəliklər kafedrasını professoru, və Tədris Cərrahiyyə Klinikasının müalicə işləri üzrə direktor müavini
10.05.2018 ci il hal hazıra kimi M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Direktor vəzifəsindədir.

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev bildirir ki, xəstəxanamıza gələn xəstələrin hamısı demək olar ki, bizim şöbənin həkimlərindən razılıq edirlər. Onlara hər cür xismət etmək bizim borcumuzdur. Biz bu gün həmin borcu layiqincə yerinə yetiririk. Həkimkil anddır, həkimlik vicdandır, həkimlik müqəddəsdir. Biz bu gün bunların hamısına riayət edirik. Həkim kimi mənə müraciət edən xəstələrin hamısını dinləyir, onlara dəqiq diaqnoz qoyulur, sonra da, onların müalicəsinə başlayırıq. Bu gün dövlət poliklinikalarına müraciət edən xəstələr daha çoxdur. Çünki özəl poliklinikalar təsərrüfat hesablıdır və onlardan müəyyən miqdarda pul tələb olunur. Lakin bizdə belə bir şey yoxdur. Ona görə də xəstələrimizi erəklə yola salırıq. Aztəminatlı ailələrdir ki, onların əksərriyyətinə də çox vaxt dərman pereparatlarının alınmasında köməklik edirik. Bu da təbii ki, bizim içimizdən gələn bir hissdir.
Mən bir həkim kimi əlimdən gələn köməkliyi xəstələrə edirəm. Onların hər cür qulluğunda durmağa çalışıram.
Həkimlik sənəti hər bir ağ xalat geyinən insanın müqəddəs andıdır. Ağ xalatlı insanlar müqəddəs bir xalat daşıyırlar çiyinlərində. Heç bir həkim də istəməz ki, o ağ xalata hardasa kiçicik bir ləkə salsın.
Mən indiyə kimi bu ağ xalata hörmət etmişəm, onu əynimə geyindiyim gündən ona ləkə salmayacağıma and içmişəm. Şükür ki, bu günə kimi andıma sadiq qalmışam və bundan sonra da qalacağam.

Biz də, "İqtisad.Org" xəbər portalı olaraq M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayevə öz işlərində uğurlar arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Teymur Musayev səhiyyə naziri təyin edilibDövlət qurumlarında işləyən daha bir qrup şəxsin maaşları artırılıb - QƏRARBaş Prokurorluq özbaşına tikinti işləri aparan şəxslərə xəbərdarlıq edibQubadlıda DSX-nin yeni qərargah bina­sı istifadəyə verilibXİN-də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir başlayıbDİN Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edibSaytlara və qəzetlərə maliyyə dəstəyi ilə bağlı müsabiqənin nəticələri açıqlanıbAzərbaycan neftinin qiyməti 90 dolları keçib“Qara qızıl” 1 %-dən çox bahalaşıb"Azərsu" Müştəri İnformasiya Sistemləri proqramının tətbiqini yekunlaşdırıbİmişlidə axtarışda olan qadın narkotacir saxlanılıbBakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölübBu gün Türkiyə hökuməti Ermənistanla danışıqların nəticələrini müzakirə edəcəkAzərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-dən çox artırıbÇingiz Əsgərov hakimlərin sayının az olması ilə bağlı iddialara münasibət bildiribYanvarın 20-də Bakıda bir sıra yollar bağlanacaq - SİYAHIGoranboydakı suvarma kanalı 30 illik fasilədən sonra istismara qaytarılıbMarşal İrsi İnstitutu Azərbaycanda minatəmizləmə işlərini sürətləndirirİnstaqramda yeni funksiya yaradılıbÜST: Son bir həftədə dünyada koronavirusa 18 milyondan çox yoluxma qeydə alınıbHacı Zeynalabdin Tağıyevin abidəsini zədələyən şəxslər saxlanılıb, heykəl bərpa olunubSüleyman Mikayılov : Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi