Gördüyü işlərlə hər zaman özünü doğruldan Musa Şəkiliyev !

Gördüyü işlərlə hər zaman özünü doğruldan Musa Şəkiliyev !
  • 17-03-2021, 00:00
  • 211 dəfə oxunub
Reklam

Həmişə belə olur. Qax barədə nə isə yazmaq istəyəndə mütləq digər rayonlardan olan çoxsaylı dostlarımdan xahiş edirəm ki, heç biri məndən inciməsin. Çünki bura mənim üçün daha əziz, daha doğma və görmək üçün darıxdığım bir yerdir. Hər kim nə desə də fakt faktlığında qalır. Bu diyarın tarixi, təbiəti, mədəniyyəti, insanları və bir də mətbəxi haqqında nə yazsaq, neçə dəfə yazsaq, yenə də azdır. Bu gün Qaxda böyük işlər görülür, rayon yenidən tikilir, gözəl obyektlər istifadəyə verilir.Qax şəhərində görülən işlərin miqyası çoxəhatəlidir. Qaxın zəngin təbiətə , turizm potensialına malik olması bir yana burada görülən işlər bir-başa rayon rəhbərliyinin təşəbbüsü, zəhməti sayəsində ərsəyə gəlib. Sözsüz ki, hər kəsin fəaliyyəti bu gün göz önündədir. Hər bir məmura qiyməti isə zamanında verilir. Onu da qeyd edim ki, bu sistemdə həqiqətən səviyyəli, bacarıqlı, dövlətinə və Vətəninə sədaqətlə xidmət edən məmurlar da az deyil.

Bunlardan biri də Qax rayon İcra Hakimiyyətinin Başçısı Musa Şaban oğlu Şəkiliyevdir. Musa Şəkiliyev 12 aprel 2010-cu il tarixində Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir Daim səmimiliyi ilə, savadı və bacarığı ilə seçilən Musa müəllim digərlərindən fərqləndirən əsas cəhət sözünə bütov olması, vətəndaşlarla təmas qurmağa maraqlı olması, fəaliyyətində açıq, şəffaf olmasıdır.

Yadımdadır, vaxt var idi ki, rayon icra hakimiyyətinin binası əksər hallarda şikayətçilərlə əhatə olunurdu. Günün hansı vaxtında getsən giley-güzar edən, hay-küy salan, yardım istəyən adamlara rast gəlirdik. İndi tamam başqa mənzərədir.Qax rayonunda hərə öz işi ilə məşğuldur. İcra hakimiyyəti aparatında da hər kəs vəzifəsini bilir, ona uyğun hərəkət edir.

Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil vətəndaşlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, Qax rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev bu ada rayonunda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb.

Musa müəllimin həyat yolu...

Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirmişdir. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.

Qaxlılar hər zaman istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstərmişlər. I Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında, o cümlədən Vətən müharibəsində 40 nəfər şəhidlik zirvəsinə yüksəlmişdir. Qax rayonunda şəhid ailələri ilə yanaşı Vətən Müharibəsi qaziləri də daim diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti Musa Şəkiliyev başda olmaqla, aidiyyəti digər rayon təşkilat rəhbərləri ilə birlikdə belə ailələrə baş çəkilir, problemləri öyrənilir və yerində maddi- mənəvi dəstək göstərilir.

Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qələbə xəbərindən sonra Qaxda yüzlərlə gənc, qadın, uşaq, yaşlı şəhərin küçə və meydanlarına çıxıb, bu şad xəbəri bir-biri ilə bölüşüb, qəhrəman əsgər və zabitlərimizə, Ali Baş Komandan İlham Əliyevə sonsuz məhəbbət ifadə edən şüarlar səsləndirib.
Rayon sakinləri al bayraqlarla bəzədilmiş maşınlarla, atlarla şəhərin küçələrində yürüş edib, qalib ordumuzu, qələbəmizi vəsf edən mahnılar səsləndirib, rəqs edib, sevincli, bayram əhval-ruhiyyəli anlar yaşayıblar.

Bütün dünyada olduğu kimi Koronavirus pandemiyası başlayan gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş, sərəncam və tövsiyələrinin nəticəsi olaraq ölkəmizdə vətəndaşların sağlamlığının qorunması üçün vacib olan bütün addımlar atılıb.Bunun nəticəsidir ki, dövlət başçısının rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində bu istiqamət üzrə ölkəmiz ilk sırada dayanan dövlətlərdən biridir.

Qaxda karantin qaydalarının pozulmasına qarşı reydlər də tam sürətlə davam etdirilir.Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Qax Rayon İcra Hakimiyyəti yanında yaradılan "mobil qrup” tərəfindən rayonun mərkəzində, qəsəbə və kəndlərdə əhalinin sıx toplaşdığı obyektlərdə, marketlərdə və digər sıxlıq təşkil edən ərazilərdə növbəti dəfə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. ⠀⠀⠀⠀

Qax rayon İcra Hakimiyyətinin Başçısı insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
⠀⠀⠀⠀
Xüsusi karantin rejiminin davam etdirilməsi ilə əlaqədar ticarət obyektlərində maskadan və digər qoruyucu vasitələrdən istifadə olunmaq tövsiyyə olunub.

Həmçinin rayonda koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, vətəndaşlar tərəfindən xüsusi karantin rejiminə riayət olunması, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların daim diqqətdə saxlanılması, eyni zamanda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilib.Əhaliylə tez-tez onlayn qəbullar keçirən Musa Şəkiliyev onların qeydinə qalaraq bir-başa videokonfranslarla rayonun dövlət qurumlarına tapşırıqlar verir.

Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 21 yanvar 2021-ci il tarixdən ölkədə, o cümlədən rayonumuzda “Azərbaycan Respublikasında pandemiya əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin mərhələli şəkildə vaksinasiyası prosesinə başlanılmışdır. Pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə Qaxda daəhalinin vaksinləşmə prosesinə rəhbərlik etmək üçün Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qərargah və xüsusi qrup yaradılmışdır. İcra Hakimiyyəti başçısının şəhər və kənd İƏD üzrə nümayəndəlikləri, aidiyyəti qurumlar o cümlədən tibb işçiləri tərəfindən əhali arasında maariflənmə işləri aparılaraq vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi davam etdirilir.

Musa Şəkiliyev kimi icra başçılarının xalqın firavan gələcəyi naminə gördüyü işlər heç şübhəsiz ki, dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Kütləvi informasiya vasitələri nümayəndələri də onun fəal dövlət məmuru olduğunu hər zaman xüsusilə qeyd edirlər. Sakinləri ilə daim maraqlanmaqla, onlarla sıx-sıx görüşməklə yanaşı, o, həm də bir-başa videokonfranslarla ümummilli məsələlərə bağlı önəmli fikirlər ortaya qoyur.

Bu gün respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da tikinti-quruculuq və abadlıq işləri davam etdirilir. Abadlıq işlərindən biri də rayonuda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.Bu istiqamətdə əməli işlərə başlanılıb. Belə ki, şəhərdaxili və qəsəbələrdə yolların əsaslı şəkildə təmir olunmasına start verilib.

Qax rayon İcra Hakimiyyətinin Başçısı Musa Şəkiliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Musa Şəkiliyev bu qədər işin öhdəsindən peşəkar səviyyədə gəlir. Gördüyü işlərin çətinliyini, məsuliyyətini dərk edən Musa Şəkiliyev və kollektivinə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq uğurlar arzu edir, qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirik.


FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edibMillimizin oyununa türk hakim təyinat aldıQazi Sahil Həsənli yüksək texnologiyalı protezlə təmin ediləcəkƏrdoğan: "Biz boynunda əsarət zənciri gəzdirəcək millət deyilik"Hacıqabulda yeni məktəb tikiləcək - SƏRƏNCAMSPrezident Hacıqabulda yol tikintisinə 5 milyon manat ayırdıBakıda xadimə işlədiyi evdən 45 min manat oğurladıBakıda taksi sürücüsünə qarşı quldurluq edənlərin məhkəməsi başlayırMilli Məclisin deputatı məcburi köçkünlərin qayıdışı məsələsini AŞPA-da qaldırıbOmbudsman DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkibAzərbaycanın 5 rayonunda kənd yolları yenidən qurulurAzərbaycanın icmal büdcəsində 1 milyard manatdan çox qalıq yaranıbQusarda polis əməliyyat keçirdi, saxlanılan varATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı 1 günlük dayandırıldıZakir Həsənov hərbi liseyin bir qrup əməkdaşını mükafatlandırıbQazi və şəhid ailələrinə yardım mərkəzləri fəaliyyətə başlayıb - SİYAHIRüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulubPrezident Hacıqabul rayonuna səfərə gedibHəbs edilən icra başçısının məhkəməsi başlayırAğsuda əlillik dərəcəsi vədi ilə dələduzluq edən şəxs saxlanıldıAzərbaycanın kimyaçı alimi vəfat edibHəyətində narkotik becərən şəxs saxlanıldı