DİN vətəndaşın polisdə döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

DİN vətəndaşın polisdə döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib
  • 3-04-2021, 12:26
  • 13 dəfə oxunub
Reklam

Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Laçın Vəliyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılması və onun təzyiqə məruz qalması ilə bağlı iddialar yayılıb.
DİN Mətbuat Xidmətinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cavab olaraq bildirib ki, yayılan iddialar həqiqəti əks etdirmir:
"Həmin şəxs törətdiyi konkret cinayət əməlinə görə, Sabunçu RPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Belə ki, o, satış məqsədilə qanunsuz olaraq, narkotik vasitələrin dövriyyəsində şübhəli bilinir. Onun üzərindən istintaqla mənbəyi araşdırılan, şəxsi istehlak miqdarından artıq narkotik maddə 4,791 qr metamfetamin, 6,474 qr heroin aşkarlanıb.
Qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma tərkib əlamətləri müəyyən olunub.
Fakt üzrə Sabunçu RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Birmənalı olaraq bildirirəm ki, onun istintaqa cəlb edilməsində siyasi motiv yoxdur, o, konkret cinayət əməlində şübhəli bilinir", - E.Hacıyev bildirib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edibMillimizin oyununa türk hakim təyinat aldıQazi Sahil Həsənli yüksək texnologiyalı protezlə təmin ediləcəkƏrdoğan: "Biz boynunda əsarət zənciri gəzdirəcək millət deyilik"Hacıqabulda yeni məktəb tikiləcək - SƏRƏNCAMSPrezident Hacıqabulda yol tikintisinə 5 milyon manat ayırdıBakıda xadimə işlədiyi evdən 45 min manat oğurladıBakıda taksi sürücüsünə qarşı quldurluq edənlərin məhkəməsi başlayırMilli Məclisin deputatı məcburi köçkünlərin qayıdışı məsələsini AŞPA-da qaldırıbOmbudsman DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkibAzərbaycanın 5 rayonunda kənd yolları yenidən qurulurAzərbaycanın icmal büdcəsində 1 milyard manatdan çox qalıq yaranıbQusarda polis əməliyyat keçirdi, saxlanılan varATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı 1 günlük dayandırıldıZakir Həsənov hərbi liseyin bir qrup əməkdaşını mükafatlandırıbQazi və şəhid ailələrinə yardım mərkəzləri fəaliyyətə başlayıb - SİYAHIRüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulubPrezident Hacıqabul rayonuna səfərə gedibHəbs edilən icra başçısının məhkəməsi başlayırAğsuda əlillik dərəcəsi vədi ilə dələduzluq edən şəxs saxlanıldıAzərbaycanın kimyaçı alimi vəfat edibHəyətində narkotik becərən şəxs saxlanıldı