Avronun "atası" vəfat edib

Avronun
  • 6-04-2021, 20:13
  • 12 dəfə oxunub
Reklam

Kanadalı alim, 1999-cu ilin Nobel İqtisadiyyat Mükafatının sahibi Robert A.Mandel 88 yaşında İtaliyanın Siena şəhəri yaxınlığındakı evində vəfat edib.
Uzun müddətdir xərçəng xəstəsi olmuş alim “avronun atası” kimi də tanınır. Belə ki, hələ ötən əsrin 60-cı illərin əvvəllərində müəlliflərindən biri olduğu optimal valyuta əraziləri (OCA), yaxud optimal valyuta regionları (OCR) nəzəriyyəsində dövlət sərhədlərilə əhatə olunmayan müəyyən coğrafi regionunda maksimum iqtisadi fayda əldə etmək üçün vahid monetarist siyasəti yeridilərək eyni pul vahidinin tətbiqini nəzərdə tutur.
Həmçinin o, ötən əsrin 70-ci illərində vergi dərəcələrini kəskin şəkildə azaldan və sonradan, 80-ci illərdə prezident Ronald Reyqan tərəfindən geniş tətbiq edildiyi üçün “Reyqanomik” adı ilə tanınan iqtisadi siyasətin banisi hesab olunur.
Bir neçə universitetdə dərs deyən R.Mandel həyatının əksər hissəsini Nyu-Yorkdakı Kolumbiya Universitetinə həsr edib. O, 70-ci illərdə Avropa İttifaqının sələfi İqtisadi Valyuta Birliyinin maliyyə komitəsində çalışıb. 1999-cu ildə “müxtəlif məzənnə rejimləri altında pul və maliyyə siyasətini və optimal valyuta sahələrini təhlil etdiyinə” görə Nobel İqtisadiyyat Mükafatına layiq görülüb.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edibMillimizin oyununa türk hakim təyinat aldıQazi Sahil Həsənli yüksək texnologiyalı protezlə təmin ediləcəkƏrdoğan: "Biz boynunda əsarət zənciri gəzdirəcək millət deyilik"Hacıqabulda yeni məktəb tikiləcək - SƏRƏNCAMSPrezident Hacıqabulda yol tikintisinə 5 milyon manat ayırdıBakıda xadimə işlədiyi evdən 45 min manat oğurladıBakıda taksi sürücüsünə qarşı quldurluq edənlərin məhkəməsi başlayırMilli Məclisin deputatı məcburi köçkünlərin qayıdışı məsələsini AŞPA-da qaldırıbOmbudsman DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkibAzərbaycanın 5 rayonunda kənd yolları yenidən qurulurAzərbaycanın icmal büdcəsində 1 milyard manatdan çox qalıq yaranıbQusarda polis əməliyyat keçirdi, saxlanılan varATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı 1 günlük dayandırıldıZakir Həsənov hərbi liseyin bir qrup əməkdaşını mükafatlandırıbQazi və şəhid ailələrinə yardım mərkəzləri fəaliyyətə başlayıb - SİYAHIRüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulubPrezident Hacıqabul rayonuna səfərə gedibHəbs edilən icra başçısının məhkəməsi başlayırAğsuda əlillik dərəcəsi vədi ilə dələduzluq edən şəxs saxlanıldıAzərbaycanın kimyaçı alimi vəfat edibHəyətində narkotik becərən şəxs saxlanıldı