Azərbaycan Prezidenti: "Peyvəndlərin ədalətsiz paylanması bizi dərindən narahat edir"

Azərbaycan Prezidenti:
  • 6-04-2021, 20:37
  • 14 dəfə oxunub
Reklam

"Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək".
Bu fikirləri Prezident İlham Əliyev aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə təqdim olunan videomüraciətində bildirib.
"Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir. Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq", - dövlət başçısı bildirib.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Azərbaycanda nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edibMillimizin oyununa türk hakim təyinat aldıQazi Sahil Həsənli yüksək texnologiyalı protezlə təmin ediləcəkƏrdoğan: "Biz boynunda əsarət zənciri gəzdirəcək millət deyilik"Hacıqabulda yeni məktəb tikiləcək - SƏRƏNCAMSPrezident Hacıqabulda yol tikintisinə 5 milyon manat ayırdıBakıda xadimə işlədiyi evdən 45 min manat oğurladıBakıda taksi sürücüsünə qarşı quldurluq edənlərin məhkəməsi başlayırMilli Məclisin deputatı məcburi köçkünlərin qayıdışı məsələsini AŞPA-da qaldırıbOmbudsman DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkibAzərbaycanın 5 rayonunda kənd yolları yenidən qurulurAzərbaycanın icmal büdcəsində 1 milyard manatdan çox qalıq yaranıbQusarda polis əməliyyat keçirdi, saxlanılan varATV cərimələndi, "Bizimləsən" verilişinin yayımı 1 günlük dayandırıldıZakir Həsənov hərbi liseyin bir qrup əməkdaşını mükafatlandırıbQazi və şəhid ailələrinə yardım mərkəzləri fəaliyyətə başlayıb - SİYAHIRüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulubPrezident Hacıqabul rayonuna səfərə gedibHəbs edilən icra başçısının məhkəməsi başlayırAğsuda əlillik dərəcəsi vədi ilə dələduzluq edən şəxs saxlanıldıAzərbaycanın kimyaçı alimi vəfat edibHəyətində narkotik becərən şəxs saxlanıldı