Şagirdlərin mənəvi dünyasının memarı- Əməkdar müəllim Almaz Əsgərova

Şagirdlərin mənəvi dünyasının memarı- Əməkdar müəllim Almaz Əsgərova
  • 4-06-2021, 23:14
  • 164 dəfə oxunub
Reklam

Tarixin bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb etmişdir. Müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artıraraq sahənin həlli vacib olan əksər məsələlərini dövlətin və cəmiyyətin bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə təhsilin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşdırılmasının, fərdin həyatının daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır. Bu gün insanlar məhz təhsilin vasitəsi ilə texnologiyaları çevik şəkildə mənimsəyir, əmək bazarında layiqli yer tutur və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı qazanırlar.

Zəngi liseyi — Azərbaycan Respublikası Təhsil Nazirliyinə tabe orta təhsil müəssisəsidir. Liseyin qurucusu tanınmış pedaqoq, əməkdar təhsil işçisi, "Şöhrət" Ordenli, Fizika-riyaziyyat elmləri doktoru Bayram Mirabbas oğlu Heydərov olmuşdur.

«ZƏNGİ» liseyi Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun təqdimatı ilə Nizami RİH-nin başçısının 27.07.1992-ci il tarixli 699 saylı sərəncamı, Azərbaycan Respublikası Təhsil nazirinin 28.07.1992-ci il tarixli 684 saylı sərəncamı və Bakı şəhəri İcra Hakimiyyəti başçısının 14.08.1992-ci il tarixli 1159 saylı sərəncamı ilə yaradılmışdır. 1993-cü ilin oktyabr ayından liseyə mustəqil təhsil müəssisəsi statusu verilmiş və 289 saylı məktəb - «ZƏNGİ» liseyi adlandrılmişdır. 2007-ci ilin yanvar ayından lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərir. Liseydə ixtisaslaşma kibernetika biokimya və genetika, humanitar profilləri üzrə aparılır. Təhsilə 8-ci sinifdən başlayan liseydə 1995-cı ildən 7-ci sinif, 1997-ci ildən 5-ci sinif, 1999-ci ildən isə 1-ci sinif və humanitar profilli bölmə fəaliyyətə başlamışdır. 2001-ci ilədək lisey mövcud ikimərtəbəli binanın yalnız birinci mərtəbəsində yerləşirdi. 2001-ci ildən bina Təhsil nazirliyi tərəfindən tamamilə liseyə verildi.

Liseydə dərslər savadlı müəllimlər tərəfindən tədris olunur.Müəllimlər arasında professorlar, elmlər namizədləri, ən yaxşı müəllim müsabiqəsinin qalibləri, əməkdar müəllimlər vardır.Liseydə dərslər xüsusiləşdirilmiş fənn kabinetlərində tədris olunur.Tədris zamanı əyani vəsaitlər,müxtəlif dərsliklər tədrisin keyfiyyətin artırılması məqsədilə istifadə olunur.Liseyin sinifləri kompyuterlə və ağıllı lövhələrlə təchiz olunub Liseydə Azərbaycan və rus bölmələri üzrə tədris həyata keçirilir.Azərbaycan Prezidenti İlham Əliyev 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

“Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş məktəblər sırasında "Zəngi" liseyinin də adı var. "Zəngi" liseyi-zəngin milli dəyərlərimizə malik olan və zamanla ayaqlaşan, yüksək səviyyəli təhsil ocağıdır. Bu təhsil mərkəzində intelektual və geniş dünyagörüşünə malik şəxsiyyət yetişdirilir.

Liseyin direktoru Əməkdar müəllim,Almaz Ələsgər qızı Əsgərovadır.

Elə bu yazımda sizə insanların səadəti naminə təmiz, ülvi hisslərlə yaşamağı bacaran, əzəldən ali məqsədi Vətəninə, millətinə fayda vermək olan və gözəl əməlləri sayəsində bütün şagird, valideyn və müəllim heyəti tərəfindən sevilən əməkdar müəllim, Almaz Əsgərova haqqında danışacam.

Xoş təbiəti, nəcib, mehriban xisləti dünyada ən müqəddəs peşə sayılan müəllimliyi ona gözəl yaraşdırır. Elə ziyalılıq da bu alicənab insanın daxili aləmində, mənəviyyatındadır.Məhz buna görə də Almaz xanımın tərbiyə verməyə təhsil sahəsində rəhbərlik kimi fəaliyyət göstərməyə mənəvi hüququ böyükdür.

Öz işini kamil bilən əməkdar müəllim, Almaz Əsgərova, yaxşı insan olduğuna görə onun qədər təhsil sahəsində hörmət, nüfuz qazanan ikinci bir adam yoxdur. Uzun illərdir müəllim peşəsini ləyaqətlə daşıyır.Əsl ziyalıya xas yüksək mənəvi-əxlaqi keyfiyyətləri, dərin zəkası, geniş dünyagörüşü həmişə ona el-oba sevgisini gətirir.Hərkəsin gözündə Almaz müəllimə ürəkdən bağlandığı millətin sabahına sözün əsl mənasında ümid çırağı, sönməz məşəldir.Xoşbəxtliyini «ZƏNGİ» liseyinin divarları arasında görməklə dəyərli ziyalı ömrünü yaşayır.

"İqtisad.Org" xəbər portalı olaraq , biz də bu şərəfli, ləyaqətli, sarsılmaz, uca və məsuiliyyətli peşəsində Almaz müəllimə uğurlar və müvəffəqiyyətlər diləyir, uzun ömür can sağlığı arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gün Azərbaycanda Bilik GünüdürKoronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıbBir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcəkYaqub Zurufçu koronavirusdan vəfat edibFüzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıbBakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqBu il Azərbaycanda 40 mindən çox ölüm faktı qeydə alınıbBiləsuvarın həbsdə olan keçmiş icra başçısı koronavirusa yoluxubAzərbaycan əhalisinin sayı açıqlanıbİnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarlayıbTəhsil Nazirliyi məktəb direktorlarına yeni tədris ili ilə bağlı tapşırıqlar veribBakıda polis əməliyyatlar keçirib, daha 40 nəfər saxlanılıbPrezident: "Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı"Prezident yeni icra başçılarına: "Sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır"İlham Əliyev: "Artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır"Prezident Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edibBu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı açıqlanıbİlham Əliyev: "Sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar korrupsiyaya qurşanmışdılar"Sabirabad bələdiyyəsinin sabiq sədrinin məhkəməsi başlayırBakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.Fəaliyyətini şəffaf quran, iş adamı - sahibkar kimi hər zaman uğur qazanan Elşad AstanovBakı şəhəri Binəqədi rayon 5-ci polis bölməsinin rəisi, polis kapitanı Cavid İsmayılov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.