İsmayıllıda elektron qolbaq daşıyan şəxs evdən 18 min manat pul oğurlayıb

İsmayıllıda elektron qolbaq daşıyan şəxs evdən 18 min manat pul oğurlayıb
  • 28-07-2021, 00:53
  • 37 dəfə oxunub
Reklam

İsmayıllı rayonu Qalagah kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 18 min manat pulun və qızıl-zinət əşyalarının oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğu üçün elektron qolbaqla təchiz edilən İlqar Zeynalov və əvvəllər məhkum olunmuş Xəyal Məmmədov saxlanılıb.
Araşdırma zamanı həmin şəxslərin oğurluq etdikdən sonra Bakı şəhərinə getdikləri və cinayət yolu ilə əldə etdikləri pulun bir qismini orada öz əyləncələri üçün xərclədikləri məlum olub.
Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edib, pulların və qızılların bir hissəsi onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gün Azərbaycanda Bilik GünüdürKoronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıbBir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcəkYaqub Zurufçu koronavirusdan vəfat edibFüzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıbBakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqBu il Azərbaycanda 40 mindən çox ölüm faktı qeydə alınıbBiləsuvarın həbsdə olan keçmiş icra başçısı koronavirusa yoluxubAzərbaycan əhalisinin sayı açıqlanıbİnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarlayıbTəhsil Nazirliyi məktəb direktorlarına yeni tədris ili ilə bağlı tapşırıqlar veribBakıda polis əməliyyatlar keçirib, daha 40 nəfər saxlanılıbPrezident: "Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı"Prezident yeni icra başçılarına: "Sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır"İlham Əliyev: "Artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır"Prezident Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edibBu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı açıqlanıbİlham Əliyev: "Sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar korrupsiyaya qurşanmışdılar"Sabirabad bələdiyyəsinin sabiq sədrinin məhkəməsi başlayırBakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.Fəaliyyətini şəffaf quran, iş adamı - sahibkar kimi hər zaman uğur qazanan Elşad AstanovBakı şəhəri Binəqədi rayon 5-ci polis bölməsinin rəisi, polis kapitanı Cavid İsmayılov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.