Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bütünlüklə bərpa olunub - AAYDA 29 saylı Yol İstismar idarəsinin peşəkar fəaliyyəti

Vətən müharibəsindən sonra Tərtərdə yol infrastrukturu bütünlüklə bərpa olunub - AAYDA 29 saylı Yol İstismar idarəsinin peşəkar fəaliyyəti
  • 9-08-2021, 12:48
  • 234 dəfə oxunub
Reklam

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.

Tərtər ərazisində düşmən hücumları nəticəsində yol infrastrukturuna dəyən böyük ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə təmir-bərpa işlərinə start verilib. İşlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən kifayət qədər texnika və canlı qüvvə səfərbər olunub.29 saylı Yol İstismar idarəsi rəisi Ramil Bayramovun kollektivinin fəal iştirakı öz sözünü deyib.

Düşmənin təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində Tərtər rayonu ərazisində 1 respublika əhəmiyyətli, 6 yerli əhəmiyyətli avtomobil yoluna, həmçinin şəhər daxilində 5 küçənin yol örtüyünə ziyan dəyib.

Yol infrastrukturuna dəyən ziyanın aradan qaldırılması məqsədilə rayon ərazisindən keçən respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunda aparılan bərpa işləri layihəsinə uyğun olaraq yolun 4.1 kilometrlik hissəsində frezlənmə işləri aparılıb, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası üçün yolboyu yararlı material tökülərək kipləşdirmə işləri görülüb. Sözügedən işlərin davamı olaraq əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsində aparılan təmir-bərpa işlərinin ardınca isə respublika əhəmiyyətli digər yolun, Tərtər-Hindarx avtomobil yolunun təmiri işlərinə başlanılıb.



Bundan başqa yerli əhəmiyyətli avtomobil yollarının təmir və bərpası istiqamətində də işlər aparılıb. Belə ki, yerli əhəmiyyətli Kovdadıq - Rəcəbli, Seydimli və Düyərli yolları eyni zamanda Buruc-Gülabatlı və Bəyim-Sarov avtomobil yolları təmir olunub. Növbəti mərhələ olaraq isə Qaraqoyunlu–Küçərli avtomobil yolunun təmiri həyata keçiriləcək.

Ardıcıl olaraq Tərtər rayonunun intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində zərər görmüş şəhərdaxili Şah İsmayıl Xətai, Elman Səfərov, Şıxəli Qurbanov, Mübariz İbrahimov və Famil Qulami küçələrində də təmir-bərpa işləri yekunlaşdırılıb.

Layihəyə uyğun olaraq asfaltlanma işləri bitdikdən sonra yollar boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.


Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.

29 saylı Yol İstismar idarəsi rəisi Ramil Bayramovun uğurlu xidmətləri sayəsində Tərtər Rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub. Turizm rayonu olan Tərtər Rayonuna gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir. Turizm mövsümü ərəfəsində hazırda rayonun kəndlərinə gedən yollarda təmir-bərpa işləri görülür.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər İsmayıllı Rayonunda da uğurla davam etdirilir.


Ramil Bayramovun rəhbərliyi ilə Tərtər Rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün Ramil müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Ramil Bayramovun güclü idarəetmə bacarığı sayəsində 29 saylı Yol İstismar idarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Ramil Bayramovun kollektivi Tərtərdə yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Tərtər Rayon sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.

Ramil Bayramov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir . Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Ramil müəllimin həyat səlnaməsinə nəzər salanda görürükki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur . Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.

Bizdə "İqtisad.Org" xəbər portalı olaraq AAYDA-nin 29 saylı Yol İstismar idarəsinin rəisi Ramil Bayramova bütün işlərində uğurlar arzu edirik

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gün Azərbaycanda Bilik GünüdürKoronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıbBir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcəkYaqub Zurufçu koronavirusdan vəfat edibFüzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıbBakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqBu il Azərbaycanda 40 mindən çox ölüm faktı qeydə alınıbBiləsuvarın həbsdə olan keçmiş icra başçısı koronavirusa yoluxubAzərbaycan əhalisinin sayı açıqlanıbİnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarlayıbTəhsil Nazirliyi məktəb direktorlarına yeni tədris ili ilə bağlı tapşırıqlar veribBakıda polis əməliyyatlar keçirib, daha 40 nəfər saxlanılıbPrezident: "Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı"Prezident yeni icra başçılarına: "Sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır"İlham Əliyev: "Artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır"Prezident Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edibBu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı açıqlanıbİlham Əliyev: "Sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar korrupsiyaya qurşanmışdılar"Sabirabad bələdiyyəsinin sabiq sədrinin məhkəməsi başlayırBakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.Fəaliyyətini şəffaf quran, iş adamı - sahibkar kimi hər zaman uğur qazanan Elşad AstanovBakı şəhəri Binəqədi rayon 5-ci polis bölməsinin rəisi, polis kapitanı Cavid İsmayılov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.