Ona etibar edilən bütün postlarda Asif Ağayev özünü doğruldub - ÖZƏL

Ona etibar edilən bütün postlarda Asif Ağayev özünü doğruldub  - ÖZƏL
  • 9-08-2021, 13:52
  • 203 dəfə oxunub
Reklam

Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində Azərbaycan xalqının milli maraqları və rifah halının yaxşılaşdırılması dayanır. Bunun bariz nümunəsi kimi son günlər vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə qəbul olunmuş qərar və sərəncamları misal göstərmək olar.

“Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin”, deyə öz çıxışında bildirən prezident İlham Əliyev icra başçılarının işini hər zaman öz diqqətində saxlayır.


Bizimlə həmsöhbət olan beyləqanlılar etiraf edirlər ki, hörmətli Asif Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğu ilk gündən onlar dövlətin qayğılı münasibətini daha dərindən hiss edirlər. Çünki bu münasibəti vətəndaşlara ötürməklə vəzifələndirilmiş Asif Ağayev və onun rəhbərlik etdiyi Beyləqan Rayon İcra Hakimiyyəti öz işlərinin öhdəsindən ləyaqətlə gəlirlər.

Başqa bir özəllikdə ondadır ki, Asif Ağayev Beyləqan rayonunun və beyləqanlıların potensialına yaxşı bələd olduğundan, tərəqqipərvər qüvvələri tez bir zamanda səfərbər edib onların güclərini rayonun daha da çiçəklənməsinə, iqtisadiyyatımızın inkişafı istiqamətinə yönəldə bilmişdir.Ən əsası, adı çəkilən rayonunun dövlətçiliyimizin qorunub saxlanılması yöndə oynadığı rol, buraxdığı silinməz izlərin varlığıdır.


Beyləqan hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub. Tarixiliklə müasirliyin qovuşduğu bu Azərbaycan şəhəri bu gün özünün görünməmiş inkişaf illərini yaşayır. Bu isə hər şeydən öncə ölkə rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Beyləqan rayonuna da göstərdiyi diqqət və qayğının təzahürüdür.

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Asif Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib Elə həmin vaxtdan da rayonda yeni bir mərhələnin, daha dəqiq desək əsaslı inkişafın başlanğıcı qoyulub.

Rayon rəhbərliyi,Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Beyləqanda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Onu da bildirək ki, Asif Ağayev ötən illər ərzində vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən və ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən vəzifə sahiblərindən biri olub. Ötən 3 ildən az bir vaxt ərzində Beyləqan rayonunun hər bir problemini diqqətdə saxlayan, xüsusilə də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə əməli addımlarını atan Asif Ağayev, bu gün də ona göstərilən etimad və etibarı lazımi səviyyədə doğrultmağa çalışır.

Bu işlərin bir parçası kimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev həm rayonun müxtəlif kənd və qəsəbələrində gördüyü işlər vətəndaşların onlayn fərdi qəbulu və onların problemlərinin dinlənib həll edilməsi durur.

Beyləqan sakinlərinin Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin gördüyü bütün işlərdən öz razılığını bildirir.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verir.

Bu gün ölkəmizdə pandemiya ilə bağlı müxtəlif istiqamətlərdə mübarizə aparılmaqdadır. Bu mübarizə bütün dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan, o cümlədən bütün insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Asif Ağayevin təşəbbüsü ilə karantin olmasına baxmayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən Beyləqan rayonunda bir çox işlər öz axarı ilə davam edir.Beyləqan rayon İcra Hakimiyyətinin başçısı hüquq-mühafizə orqanlarının məsul əməkdaşları ilə birlikdə rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar növbəti reyd keçirmişdir. Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq RİH başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışlar.
Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin yaxın tarixdə gördüyü digər işlərlə tanış olaq :

Qurban bayramı münasibəti ilə 21.07.2021-ci il tarixdə növbəti dəfə Beyləqan rayon İcra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi və Türkiyənin Milliyətci həkimlər dərnəyinin başqanı Semih Uşaklıoglu tərəfindən şəhid və qazi ailələri ziyarət edilmiş və onlara bayram sovqatları paylanılmışdır.

Vətən müharibəsi ilk gündən beyləqanlıların da işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu. Beyləqan ən çox şəhid verən və ən çox qazisi olan rayonlar sırasındadır.
Şəhid ailələri və döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Beyləqan rayonunda da diqqət mərkəzində saxlanılır.

Hazırki şəraitdə qazi və şəhid ailələrinə diqqət və qayğının artırılması barədə Ali Baş Komandan cənab İlham Əliyevin göstəriş və tapşırıqlarının həyata keçirilməsinin vacibliyi Beyləqan rayonunda da əsas götürülür.

Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil adamlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev bu rayonda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb.

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsində həlak olmuş şəhidlərin məzarlarını tez-tez ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən sosial problemləri dinləmiş və həlli istiqamətində müvafiq tapşırıqlar verir.
Həmçinin qazi ailələrinə də baş çəkən Asif Ağayev bildirir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Asif Ağayev tərəfindən tez-tez baş çəkilən, şəhid, qazi evlərinə həmçinin ərzaq yardımları da göstərilir.

Ağayev Asif 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur.[1] 1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlamışdır. Sonralar "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, "XəzərDənizNeftQazİnşaat" Tresti SMD-də iş icraçısı, sahə rəisi, "XəzərDənizNeftQazİnşaat" Tresti 2 saylı İTQ İdarəsində sahə rəisi, baş mühəndis, "Terminal" MMC-nin direktoru, ARDNŞ-nin "AzərNeftYağ" Neft emalı zavodunda direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin "AzəriQaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, ARDNŞ-nin Xəzər Dəniz Neft Donammasında ümumi məsələlər üzrə rəis müavini, ARDNŞ-nin "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini, 2013-2018-ci illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.[2][3]

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Biz də Asif Ağayev gərgin əməyi nəticəsində nail olduğu bu peşəkar uğurları alqışlayır, ona bu məsuliyyətli və şərəfli işində müvəffəqiyyətlər arzu edirik.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gün Azərbaycanda Bilik GünüdürKoronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıbBir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcəkYaqub Zurufçu koronavirusdan vəfat edibFüzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıbBakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqBu il Azərbaycanda 40 mindən çox ölüm faktı qeydə alınıbBiləsuvarın həbsdə olan keçmiş icra başçısı koronavirusa yoluxubAzərbaycan əhalisinin sayı açıqlanıbİnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarlayıbTəhsil Nazirliyi məktəb direktorlarına yeni tədris ili ilə bağlı tapşırıqlar veribBakıda polis əməliyyatlar keçirib, daha 40 nəfər saxlanılıbPrezident: "Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı"Prezident yeni icra başçılarına: "Sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır"İlham Əliyev: "Artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır"Prezident Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edibBu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı açıqlanıbİlham Əliyev: "Sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar korrupsiyaya qurşanmışdılar"Sabirabad bələdiyyəsinin sabiq sədrinin məhkəməsi başlayırBakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.Fəaliyyətini şəffaf quran, iş adamı - sahibkar kimi hər zaman uğur qazanan Elşad AstanovBakı şəhəri Binəqədi rayon 5-ci polis bölməsinin rəisi, polis kapitanı Cavid İsmayılov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.