Masallı rayon İcra hakimi Şahin Məmmədovun gördüyü işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar - 1 nömrəli başçı

Masallı rayon İcra hakimi Şahin Məmmədovun gördüyü işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar - 1 nömrəli başçı
  • 11-09-2021, 02:53
  • 70 dəfə oxunub
Reklam

İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Həmişə belə olur. Masallı barədə nə isə yazmaq istəyəndə mütləq digər rayonlardan olan çoxsaylı dostlarımdan xahiş edirəm ki, heç biri məndən inciməsin. Çünki bura mənim üçün daha əziz, daha doğma və görmək üçün darıxdığım bir yerdir. Hər kim nə desə də fakt faktlığında qalır. Bu diyarın tarixi, təbiəti, mədəniyyəti, insanları və bir də mətbəxi haqqında nə yazsaq, neçə dəfə yazsaq, yenə də azdır. Bu gün Masallıda böyük işlər görülür, rayon yenidən tikilir, gözəl obyektlər istifadəyə verilir.Masallı rayonunda görülən işlərin miqyası çoxəhatəlidir. Masallının zəngin təbiətə , turizm potensialına malik olması bir yana burada görülən işlər bir-başa rayon rəhbərliyinin təşəbbüsü, zəhməti sayəsində ərsəyə gəlib. Sözsüz ki, hər kəsin fəaliyyəti bu gün göz önündədir. Hər bir məmura qiyməti isə zamanında verilir. Onu da qeyd edim ki, bu sistemdə həqiqətən səviyyəli, bacarıqlı, dövlətinə və Vətəninə sədaqətlə xidmət edən məmurlar da az deyil.

Bunlardan biri də Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Kərim oğlu Məmmədovdur. Şahin Məmmədov Azərbaycan Respublikası Prezdentinin 20 noyabr 2019-cu- il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir Daim səmimiliyi ilə, savadı və bacarığı ilə seçilən Şahin müəllim digərlərindən fərqləndirən əsas cəhət sözünə bütov olması, vətəndaşlarla təmas qurmağa maraqlı olması, fəaliyyətində açıq, şəffaf olmasıdır.

Yadımdadır, vaxt var idi ki, rayon icra hakimiyyətinin binası əksər hallarda şikayətçilərlə əhatə olunurdu. Günün hansı vaxtında getsən giley-güzar edən, hay-küy salan, yardım istəyən adamlara rast gəlirdik. İndi tamam başqa mənzərədir.Masallı rayonunda hərə öz işi ilə məşğuldur. İcra hakimiyyəti aparatında da hər kəs vəzifəsini bilir, ona uyğun hərəkət edir.

Vəziyyətin nizama salınmasının başlıca səbəblərindən biri rayon əhalisinin maddi-rifah halının tədricən yüksəlməsidir. Burada iş görən, torpağından səmərəli istifadə etmək istəyən adamlara münbit şəraitin yaradılması, izahat-təbliğat işinin gücləndirilməsi, hüquqi biliklərin təbliği də mühüm əhəmiyyət kəsb edir. Amma ən başlıca amil vətəndaşlara münasibətdir, diqqətdir. Bəri başdan qeyd edək ki, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov bu rayonda fəaliyyətə başladığı gündən adamlara qaynayıb-qarışıb, onların dərdini-sərini öyrənib, kömək göstərib. Rayonun infrastrukturunun da dəyişdirilməsi, yeni iş yerlərinin açılması, problemlərin imkan daxilində həlli vəziyyəti nizama salıb.


Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Şahin müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Şahin Məmmədovu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir. Hər kəsə bəllidir ki, Şahin Məmmədov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Şahin Məmmədov, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Şahin Məmmədov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Şahin müəllimin həyat yolu....

01 yanvar 1959-cu ildə Azərbaycan Respublikası Bərdə şəhərində anadan olmuşdur. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxumuşdur. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1983-cü illərdə “Azelektromontaj” idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləmişdir. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirmişdir. 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib vəzifəsində işləyib. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Azəraudit” mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti Başcısının sosial-iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində işləmişdir.

28 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Müdafiə Nazirliyi 1918” yubiley medalı, Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “Veteran Həmrəyliyi” medalı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Fədai” medalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Ş. Məmmədov Azərbaycan Respublikası Prezdentinin 17 aprel 2004-cü il tarixli Sərancamı ilə Samux rayon İcra hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci tarixli Sərancamı ilə Ağcabədi rayon İcra hakimiyyətinin başçısı, 20 noyabr 2019-cu tarixli Sərancamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

YAP Siyasi Şurasının üzvüdür.

Ailəlidir, 4 övladı var.



Masallılar hər zaman istər 20 YANVAR hadisələrində, I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstərmişlər. I Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində, İyul savaşlarında, o cümlədən Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmişdir. Masallı rayonunda şəhid ailələri ilə yanaşı Vətən Müharibəsi qaziləri də daim diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti Şahin Məmmədov başda olmaqla, aidiyyəti digər rayon təşkilat rəhbərləri ilə birlikdə belə ailələrə baş çəkilir, problemləri öyrənilir və yerində maddi- mənəvi dəstək göstərilir.

Bütün dünyada olduğu kimi Koronavirus pandemiyası başlayan gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş, sərəncam və tövsiyələrinin nəticəsi olaraq ölkəmizdə vətəndaşların sağlamlığının qorunması üçün vacib olan bütün addımlar atılıb.Bunun nəticəsidir ki, dövlət başçısının rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində bu istiqamət üzrə ölkəmiz ilk sırada dayanan dövlətlərdən biridir.

Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər də tam sürətlə davam etdirilir.Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti yanında yaradılan "mobil qrup” tərəfindən rayonun mərkəzində, qəsəbə və kəndlərdə əhalinin sıx toplaşdığı obyektlərdə, marketlərdə və digər sıxlıq təşkil edən ərazilərdə növbəti dəfə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. ⠀Həmçinin vaksinasiya işi rayonda surətlə davam etdirlir.

Şahin Məmmədov kimi icra başçılarının xalqın firavan gələcəyi naminə gördüyü işlər heç şübhəsiz ki, dövlətimizin daha da möhkəmlənməsinə xidmət edir. Kütləvi informasiya vasitələri nümayəndələri də onun fəal dövlət məmuru olduğunu hər zaman xüsusilə qeyd edirlər. Sakinləri ilə daim maraqlanmaqla, onlarla sıx-sıx görüşməklə yanaşı, o, həm də bir-başa videokonfranslarla ümummilli məsələlərə bağlı önəmli fikirlər ortaya qoyur.

Bu gün respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da tikinti-quruculuq və abadlıq işləri davam etdirilir. Abadlıq işlərindən biri də rayonuda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.Bu istiqamətdə əməli işlərə başlanılıb. Belə ki, şəhərdaxili və qəsəbələrdə yolların əsaslı şəkildə təmir olunmasına start verilib.

Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Şahin Məmmədov bu qədər işin öhdəsindən peşəkar səviyyədə gəlir. Gördüyü işlərin çətinliyini, məsuliyyətini dərk edən Şahin Məmmədov və kollektivinə "İqtisad.Org" müstəqil xəbər portalı olaraq uğurlar arzu edir, bütün işlərində nəaliyyətlər arzu edirik. Ulu Tanrı sizi qorusun !


Masallı rayon İcra hakimi Şahin Məmmədovun gördüyü işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar - 1 nömrəli başçı

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Bu gün Azərbaycanda Bilik GünüdürKoronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıbBir sıra müntəzəm marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcəkYaqub Zurufçu koronavirusdan vəfat edibFüzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıbBakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqBu il Azərbaycanda 40 mindən çox ölüm faktı qeydə alınıbBiləsuvarın həbsdə olan keçmiş icra başçısı koronavirusa yoluxubAzərbaycan əhalisinin sayı açıqlanıbİnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarlayıbTəhsil Nazirliyi məktəb direktorlarına yeni tədris ili ilə bağlı tapşırıqlar veribBakıda polis əməliyyatlar keçirib, daha 40 nəfər saxlanılıbPrezident: "Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı"Prezident yeni icra başçılarına: "Sizdən əvvəl işləyənlərin aqibəti daim sizin gözünüzün qabağında olmalıdır"İlham Əliyev: "Artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır"Prezident Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edibBu günə qədər əks-göstəriş sertifikatı verilən şəxslərin sayı açıqlanıbİlham Əliyev: "Sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar korrupsiyaya qurşanmışdılar"Sabirabad bələdiyyəsinin sabiq sədrinin məhkəməsi başlayırBakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.Fəaliyyətini şəffaf quran, iş adamı - sahibkar kimi hər zaman uğur qazanan Elşad AstanovBakı şəhəri Binəqədi rayon 5-ci polis bölməsinin rəisi, polis kapitanı Cavid İsmayılov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.