Yaqub Zurufçu koronavirusdan vəfat edib

Yaqub Zurufçu koronavirusdan vəfat edib
  • 15-09-2021, 00:13
  • 27 dəfə oxunub
Reklam

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu vəfat edib.

"Report"un məlumatına görə, sənətçi bu gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulmuşdu.

Qeyd edək ki, Y.Zurufçu 1956-cı il aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib.

Y.Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına adına layiq görülüb.

Ailəli idi, 3 övladı var.

Allah rəhmət eləsin!

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Şəhid ailələrinin, qazilərin və veteranların rifahı hər zaman ön plandadırSosial şəbəkədə tanış olduqları şəxsləri görüşə çağırıb alçaldıcı videolara çəkən dəstə həbs edilibErmənistanın sərhəddə törətdiyi təxribatla əlaqədar sığorta ödənişinin verilməsinə başlanılıbİndiyədək Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlanıbHelikopter qəzasında şəhid olanların ailələrinə 11 min manat ödəniləcəkBaş Prokurorluqdan hərbi helikopterin qəzaya uğraması ilə bağlı yeni açıqlamaBakıda metro vaqonları istehsal ediləcəkLaçına çəkilən yeni yol nəqliyyat axınlarının diversifikasiyasına imkan verəcəkMilli Məclis helikopter qəzasında həlak olan hərbçilərin xatirəsini 1 dəqiqəlik sükutla yad edibMilli Məclisin iclası başlayıbAzərbaycan Ordusunun giziri qayadan yıxılaraq həlak olubDünyada əlilliyi olan 1 milyard insan varSabiq icra başçısının müavini məhkəmədən bəraət istəyirAzərbaycan dilindən sınaq imtahanı yeni model əsasında təşkil olunacaqİrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunubBakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıbsDYP əlilliyi olan şəxslərlə bağlı sürücülərə müraciət edibBŞİH vətəndaşlara müraciət edibİraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olubAlimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırırAİ qısamüddətli səyahətə icazə verilən ölkələrin siyahısını 16-ya endiribRusiyada mədən qəzasından sonra 12 xilasedici hələ də xəstəxanadadır