FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq təlimdə uğurla iştirak edib

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq təlimdə uğurla iştirak edib
  • 26-09-2021, 02:12
  • 14 dəfə oxunub
Reklam

20-23 sentyabr 2021-ci il tarixlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarə olunması Mərkəzi və Şimali Makedoniya Respublikasının birgə təşkilatçılığı ilə fəlakət nəticələrinin idarə olunması sahəsində “Şimali Makedoniya – 2021” təlimi keçirilib.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallara hazırlıq və onların qarşısının alınması, cavabvermə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsinin təkmilləşirilməsi, eləcə də NATO-nun Təhlükəsizlik və Sülh üçün Elmi Proqramı tərəfindən hazırlanmış “Yeni Nəsil Fəlakətlərin İdarə edilməsi Sistemi”nin (NICS) Şimali Makedoniyada sınaqdan keçirilməsi olub. Beynəlxalq təlimdə NATO-ya üzv və tərəfdaş ölkələrin axtarış-xilasetmə komandaları, beynəlxalq təşkilatların, Şimali Makedoniyanın dövlət və qeyri-hökumət orqanlarının nümayəndələri iştirak edib.

Təlimdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi – Nazirliyin Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev, Mülki müdafiə işinin təşkili Baş idarəsinin baş zabitləri kapitan Cavid Mehdiyev və baş leytenant Sabir Əhmədov, Beynəlxalq əlaqələr idarəsinin baş məsləhətçisi İlqar Həsənov, Mülki müdafia qoşunlarının N saylı hərbi hissəsinin qərargah rəisi-komandirin müavini polkovnik-leytenant Namiq Əzimov, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəis müavini kapitan Ramid Əliyev və fəxri qonaq qismində Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi polkovnik Fərhad Səmədov iştirak edib.

Şimali Makedoniya Respublikasının ərazisi üçün xarakterik olan təbii fəlakət və qəzaların baş verməsi ssenarisinə əsaslanan təlimin açılış mərasimində Şimali Makedoniya Respublikasının daxili işlər naziri Oliver Spasovski, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Stojanç Angelov və NATO Baş katibinin əməliyyatlar üzrə müavini Con Monaza çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təlimdə iştirak edən ölkələrə təşəkkürlərini bildiriblər.

Şimali Makedoniya Respublikasının Ohrid və Struga şəhərlərində keçirilən təlimlər zamanı şəhər və dağlıq ərazilərdə axtarış-xilasetmə əməliyyatları, daşqın hadisələrinə, kimyəvi, bioloji və radioaktiv xarakterli qəzalara reaksiya verilməsi üzrə idarəetmə və koordinasiya qruplarının, komanda və ekspertlərin birgə fəaliyyəti nümayiş etdirilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri təlimlərdə əsas planlaşdırma qrupunda və sahə əməliyyatlarını koordinasiya mərkəzində yer almaqla yanaşı, qiymətləndirici qismində də uğurla iştirak ediblər. Bundan əlavə, FHN-in Beynəlxalq dəstəsinin üzvləri masaüstü təlimdə də uğurlu iştirak nümayiş etdiriblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

FaceBook Şərh Yaz
Son Saatın Xəbərləri:
Siyəzən RPŞ-nin rəisi Xəqani Məmmədov dövlətin, dövlətçiliyin və insanların keşiyindədir.Neftçala sakinləri : Mənim polisim məni qoruyur. Vətən oğlu Vüsal ŞəbəndiyevDüzgün idarəçilik hər kəsə başucalığı gətirir - Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov !Əfqanıstanda məsciddə partlayış törədilib, ölən və xəsarət alanlar varAzərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaqBrilliant Dadaşovanın bacısı oğlu 5 il müddətinə azadlıqdan məhrum edilibAzərbaycan Prezidenti: "Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq"Azərbaycan lideri: "Biz səhifəni çevirmək, qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik"Deputat: “İran Azərbaycanla dostluq əlaqələrinə kölgə salacaq əməllərdən çəkinməlidir”Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirilibAli Məhkəmə hakimlərə məhkəmə binalarında maska taxmağı tapşırıbOna etibar edilən bütün işlərdə Şahin Şirinov özünü doğruldubSumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbi əmin əllərdədir.Avstriya kanslerinin ofisində və partiyasında axtarışlar aparılıb“3-cü mikrorayon” dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqMüvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideyni tapılıb, izahatı alınıbBaş Prokurorluq saxta “səyahət turlarını” satanlara xəbərdarlıq edib"Qaçqınkom": "Azərbaycan məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək"Azərbaycanda vaksin pasportu olmayan şəxslərin cinayət işinə videokonfrans vasitəsilə baxılacaqErmənistanın mülki təyyarələri Azərbaycanın hava məkanından istifadə edə biləcəkAzərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri davam edirMilli Məclisin oktyabrda keçiriləcək iclaslarının vaxtı açıqlanıb